Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.
“Nizami Gəncəvi İli” çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən “Nizami Gəncəvi-880” adlı növbəti videoslayd hazırlanıb. Videoslayda MEK-in Şərq ədəbiyyatı fondunda saxlanılan XX əsrin ən böyük şərqşünaslarından biri, SSRİ Dövlət mükafatı laureatı, Nizamişünas alim Yevgeni Eduardoviç Bertelsin (1890-1957) kolleksiyasından dahi şairi Nizami Gəncəvinin yaradıcılığına dair qiymətli kitablardan seçmələr daxil olub.
Qeyd edək ki, rus və digər keçmiş SSRİ xalqlarının dillərində olan 4253 nüsxə nəşrdən ibarət Y.E.Bertelsin şəxsi kolleksiyası alimin vəfatından sonra Azərbaycan SSRİ EA MEK-in Şərq ədəbiyyatı fonduna daxil edilmişdir. Kolleksiyada Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid çox nadir, qiymətli kitablar əhəmiyyətli yer tutur.
Videoslaydı buradan izləyə bilərsiniz.
AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr şöbəsi
- Oxunub: 2490 |
- Tarix: 09-02-2021 |
-
Çap et |