Rusiyanın koronavirus əleyhinə “Sputnik-V” vaksininin Almaniyada istehsalına hazırlıq təxminən 4-5 ay, hətta yarım il çəkə bilər. Əgər “IDT Biologika” əczaçılıq şirkətinə istehsalı daha əvvəl qaydaya salmaq nəsib olmazsa, o halda preparatın istehsalına başlanan anadək ümumi ajiotaj səngiyə bilər.
AZƏRTAC-ın məlumatına görə, Avropa İttifaqında vaksinin kəskin çatışmazlığı ona gətirib çıxarıb ki, bir çox ölkə Rusiya dərmanını nəinki bəyəndiklərini və qəbul etdiklərini, hətta Rusiya ilə birgə öz müəssisələrində bu dərmanın istehsalına başlamağa hazır olduqlarını çox tez elan ediblər.
“Sputnik-V” vaksininin istehsalına Avropa İttifaqının marağının artmasının səbəblərindən birincisi bu günlərdə koronavirus əleyhinə vaksinlərin bütün Aİ məkanı üzrə kəskin çatışmazlığı, ikincisi isə bu ilin fevralında nüfuzlu elmi jurnallarda Rusiya vaksininin kliniki sınaqlarının nəticələrinin ətraflı nəşrindən sonra ona etimadın artmasıdır.
- Oxunub: 2070 |
- Tarix: 09-02-2021 |
-
Çap et |