Keçən il koronavirus pandemiyası Avropa İttifaqı məkanındakı bütün hava limanlarında sərnişin axınının xeyli azalması ilə nəticələnib. COVID-19 ilə bağlı məhdudiyyətlər üzündən bütün Avropada sərnişinlərin sayı xeyli azalıb. Avropada sərnişinlərin sayı 1,7 milyard nəfər, reyslərin sayı isə təqribən 6 milyon azalıb. Pandemiyanın aviasərnişinlərə xidmət intensivliyinə mənfi təsiri Budapeşt hava limanından da yan keçməyib.
AZƏRTAC xəbər verir ki, keçən il Macarıstanda sərnişin axını xeyli azalaraq 3,86 milyona düşüb. Bu, 2019-cu ildəki 16,2 milyon sərnişinlə müqayisədə 76 faiz azdır.
Bununla belə, Budapeşt aeroportunun rəhbərliyi vaxtı hədər yerə itirməyib. Aerovağzalın binası qarşısında parklama, sərnişinlərin qəbulu və enməsi üçün istifadə edilən ərazi boşdayanma müddətində təmir edilib, 2A terminalının uçuş zalında döşəmələr təzələnib, bir sözlə, əlverişsiz hava şəraitindən qorunma səviyyəsi təmin edilib.
Necə deyərlər, hər pislikdə bir yaxşılıq da var.
- Oxunub: 2160 |
- Tarix: 09-02-2021 |
-
Çap et |