Ana səhifə »  Xəbər lenti »  Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş olub
A+   Yenilə  A-
Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş olub

Yeni yaradılan hərbi hissələrə döyüş bayraqları təqdim edilib

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.

Ali Məclisin Sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.

Ali Məclisin Sədri çıxış edərək deyib: Dövlətin qüdrəti onun ordusunun qüdrəti ilə ölçülür. Güclü ordu müstəqil dövlətçilik, sabitlik və inkişaf deməkdir. “Azərbaycan təkcə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik olmalıdır”, - deyən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Dahi şəxsiyyət ötən əsrin 70-ci illərində ordu quruculuğuna ixtisaslı hərbçi kadrların hazırlanması ilə başlamış, 90-cı illərin əvvəllərində Naxçıvanda ilk milli ordu qurumu, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Silahlı Qüvvələrini yaratmışdır. Ümummilli liderimiz Heydər Əliyev ordunun vacibliyini həm də belə əsaslandırırdı: “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”. Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ikinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, böyük tarixi qələbə qazanılmışdır. Bu qələbənin qazanılmasında şəhidlərimiz və yaralananlar da olmuşdur.

Ali Məclisin Sədri yaralanan bütün hərbi qulluqçulara şəfa diləyib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri deyib: Vətən müharibəsində Naxçıvandan olan hərbçilər də iştirak edərək şücaət, peşəkarlıq və vətənpərvərlik göstəriblər. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Bu illər ərzində muxtar respublikada ordu quruculuğu əsas məsələlər sırasında saxlanılmış, 288 hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvanda motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçilmiş, yeni hərbi hissələr yaradılmış, ən müasir silah və texnika təminatı həyata keçirilmiş, müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Muxtar respublikada hərbi infrastrukturun möhkəmləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılmışdır. Naxçıvan şəhərində, rayon mərkəzlərində müasir yaşayış binaları, hərbi şəhərciklər tikilərək istifadəyə verilmiş, zabit-gizir ailələri mənzillərlə təmin olunmuşlar.

“Vətənpərvər və peşəkar şəxsi heyət olmadan nizami ordu yaratmaq mümkün deyil”, - deyən Ali Məclisin Sədri bildirib ki, ordu quruculuğu sahəsində qazanılan ən böyük uğurlardan biri də peşəkar və vətənpərvər şəxsi heyətin formalaşdırılmasıdır. Keçirilən birgə təlimlər, təşkil olunan kurslar, ideoloji işin düzgün qurulması, müasir təlim-tədris komplekslərinin istifadəyə verilməsi hərbi qulluqçuların peşəkarlığını xeyli artırmışdır. Ölkəmizdə dövlət-xalq-ordu birliyi vardır. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, inkişafa öz töhfələrini verirlər. İkinci Qarabağ müharibəsində muxtar respublika sakinlərinin səfərbərlik tədbirlərini böyük ruh yüksəkliyi ilə qarşılaması, təsərrüfatlarında yetişdirdikləri məhsullardan hərbi hissələrə aparması, ordumuzla həmrəylik nümayiş etdirməsi də xalq-ordu birliyinin nəticəsidir. Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və Vətənin müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə qayğı da həyata keçirilən sosial siyasətin əsas istiqamətidir.

Ali Məclisin Sədri deyib: Hər bir hərbi qulluqçu unutmamalıdır ki, o həm ərazi bütövlüyümüzün, həm də ölkəmizin təhlükəsizliyinin təminatçısıdır. Ona görə də hərbi xidmət bundan sonra da nümunəvi təşkil olunmalı, nizam-intizama ciddi əməl edilməli, peşəkarlıq daha da artırılmalıdır. Müdrik fikirlərin birində deyilir ki, torpaq silahla deyil, milli ruhla qorunduğu zaman Vətən olur. Vətən müharibəsində Azərbaycanı qələbəyə aparan da milli ruh, milli iradə və vətənpərvərlik oldu. Bu səbəbdən də vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılmalı, şəhidlərimizin, Vətən müharibəsi iştirakçılarının döyüş yolu gənc hərbi qulluqçular üçün nümunə olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, ordunun qüdrəti təkcə silahda deyil, onun gücündə deyil. Ordunun əsas qüdrəti hər bir əsgərin, zabitin xalqına, torpağına, Vətəninə sədaqətindədir. Vətənə sədaqət yolu isə ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi yoluna sədaqətdən keçir.

Ali Məclisin Sədri bu yolda şəxsi heyətə uğurlar arzulayıb.

“Vətən Müharibəsi Qəhrəmanı” adı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunan mayor Elnur Şirinov deyib: “Müstəqil, suveren Azərbaycan dövlətinin yaradıcısı ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş milli ordumuzun ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğal altında qalan torpaqlarımızı azad etməsi dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Ali Məclisin Sədri tərəfindən Naxçıvanda ordu quruculuğuna göstərilən diqqətin nəticəsidir ki, qədim diyarımızın müdafiəsi etibarlı şəkildə təmin edilib. 2017-ci il oktyabrın 18-də ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad gücümüzü düşmən qarşısında bir daha nümayiş etdirdi. Xüsusi təyinatlı bölmələrin cəlb edildiyi “Kəşfiyyat”, “Dağçılıq”, “Snayper” hazırlığı, eləcə də zabit təkmilləşdirmə kursları, Naxçıvan Muxtar Respublikasında təşkil olunan Qarnizon Xüsusi Təyinatlı birləşmə və hərbi hissələrinin, eləcə də 2019-2020-ci illərdə Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə birgə keçirilmiş “Sarsılmaz Qardaşlıq” döyüş atışlı taktiki təlimlərə cəlb olunan xüsusi təyinatlılar yüksək vətənpərvərlik hissi ilə bilik və bacarıqlarını, əldə etdikləri praktik təcrübəni 44 günlük Vətən müharibəsində əməliyyata başladıqları ilk anda böyük ustalıqla tətbiq edərək düşmənin döyüş əzmini qırdılar. Bu gün xüsusi təyinatlı bölmələrin şəxsi heyəti Ali Məclis Sədrinin diqqət və qayğısını bir daha hiss edir. Hərbi hissəmizin müasir qərargah binasının, hərbi qulluqçuların döyüş hazırlığının inkişaf etdirilməsi üçün yaradılan idman şəhərciyinin və asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət parkının istifadəyə verilməsi bizi çox sevindirir”. Elnur Şirinov göstərilən qayğıya görə xüsusi təyinatlılar adından minnətdarlıq edib.

Vətən müharibəsi iştirakçısı, “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan əsgər Fəxri Qazıbəyov deyib: “Ölkəmizdə, eləcə də doğma Naxçıvanımızda ordu quruculuğu daim diqqət mərkəzində olub. Ali Baş Komandanın etimadını doğruldan Əlahiddə Ümumqoşun Ordunun mərd, cəsarətli əsgərləri Ali Məclis Sədrinin rəhbərliyi altında 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndini və muxtar respublikanın 11 min hektardan artıq ərazisini düşməndən azad edib. Azərbaycan Milli Ordusunun ötən ilin sentyabr ayında düşmənə qarşı başladığı əks-hücum əməliyyatlarında Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edib və qələbə sevincini yaşayıblar. Hərbi hissəmizin şəxsi heyəti öncə Qızılqayada qaldırdığı üçrəngli bayrağımızı Vətən müharibəsində əzəmətli Şuşa qalasında da qürurla dalğalandırdı. Qeyd etmək istəyirəm ki, Vətən müharibəsində iştirak etmək üçün Qarabağa yollanarkən bu barədə ailələrimizə heç bir məlumat vermədik. Çünki yaxşı dərk edirdik ki, biz getsək də, burada qalan ailə üzvlərimiz diqqət və qayğı ilə əhatə olunacaqdır. Buna görə də döyüş əməliyyatlarında ailələrimiz üçün heç bir narahatlıq keçirmədən tapşırıqları uğurla yerinə yetirib, qələbəyə doğru irəlilədik”.

Ali Məclisin Sədri Vətən müharibəsi iştirakçılarını qiymətli hədiyyələrlə mükafatlandırıb.

Orkestrin müşayiəti ilə şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Sonra xatirə şəkli çəkdirilib.

Ali Məclisin Sədri yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə şəxsi heyəti təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Qərargah binası, təlim meydanı və Türkiyə-Naxçıvan Dostluq Parkı istifadəyə verilib

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət qərargah binasında növbətçi, silah, əməliyyat, tibbi, tədris və digər xidməti otaqlar, yeməkxana, qazanxana vardır. Binanın həyətində xüsusi təyinatlılar üçün təlim meydanı hazırlanıb.

Hərbi hissənin ərazisində Türkiyə-Naxçıvan Dostluq Parkı yaradılıb. Ümumi sahəsi 17 min kvadratmetr olan istirahət parkı salınıb. Parkda 75 müxtəlifölçülü oturacaqlar və 38 müxtəlif heykəl quraşdırılıb, müxtəlif dekorativ ağac və güllər əkilib. Parkda ümumi sahəsi 114 kvadratmetr olan fəvvarə tikilib, bayrağı özündə əks etdirən 9 metr hündürlüyündə alov maketi hazırlanıb.

Sonra xatirə şəkli çəkdirilib.

Ali Məclisin Sədri deyib: Türkiyə Respublikası həmişə Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yanında olmuşdur. Qazanılan uğurlarda Türkiyə Silahlı Qüvvələrinin də böyük rolu vardır. Buna görə də Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiram və hörmətimizi bildiririk. Bu park ikinci Qarabağ müharibəsində Türkiyə-Azərbaycan birliyinə xatirə olaraq yaradılıb və buraya Türkiyə-Naxçıvan Dostluq Parkı adı verilib. Bu da gələcək nəsillər üçün nümunə olacaqdır.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun təlimlərdə iştirak etməsinə şərait yaratdığına görə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitlərinə, ordunun hazırlığı və tapşırıqların düzgün icrasına görə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanlığına, eləcə də şəxsi heyətə təşəkkürünü bildirib.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  08-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub
05 Mart 11:55
Ümumdünya Piylənmə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb
05 Mart 11:40
Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
05 Mart 11:26
Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib
05 Mart 11:23
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
05 Mart 11:18
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
05 Mart 11:16
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir
05 Mart 11:15
Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
05 Mart 11:12
Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir YENİLƏNƏCƏK
05 Mart 11:04
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb VİDEO
05 Mart 11:03
KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
05 Mart 11:01
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
05 Mart 10:59
Böyük Qayıdış üçün mühüm tədbirlər həyata keçirilir
05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib
05 Mart 09:11
Fəzail Ağamalı: Siyasi dialoq prosesi islahatların tərkib hissəsidir
05 Mart 09:09
Tahir Kərimli: Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
05 Mart 09:07
Elçin Mirzəbəyli: Mövcud reallıqlara adekvat olmayan davranışların nəticələri Ermənistan üçün çox ağır olacaq
05 Mart 09:05
Elşad Musayev: Prezident İlham Əliyevin mətbuat konfransı ölkəmizin informasiya cəbhəsində mövqeyinin daha da möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir
05 Mart 09:03
Nurəddin Məmmədlinin gülünc “məntiq”i...
05 Mart 09:02
Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05 Mart 09:00
“Hüquq guşəsi: oxucu soruşur”
05 Mart 08:59
“Vaksinasiyanın alternativi yoxdur”
05 Mart 08:57
Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir
04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6