Fəsildən asılı olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyasının ötürülməsində havanın temperaturu, rütubəti, həmçinin küləyin sürəti mühüm rol oynayır. Rusiyanın “Lenta.ru” xəbər portalının “Cyprus Mail”ə istinadən yaydığı məlumata görə, belə bir nəticəyə Nikosiya Universitetinin Tibb fakültəsinin alimləri gəliblər. Mütəxəssislər, müasir diaqnostikada tez-tez yalnız xəstələrin sağalma tempi və patogenin ötürülmə sürəti kimi bir neçə faktorun nəzərə alındığına diqqət çəkirlər. Qeyd edək ki, artıq COVID-19-a yoluxma indeksi ilə iqlim təsirlərini nəzərə alan kompüter modeli yaradılıb. Bu metodun Paris, Nyu-York və Rio-de-Janeyroda ikinci koronavirus dalğasını proqnozlaşdırmağa kömək etdiyi qeyd edilir.
Alimlərin fikrincə, külək sürəti infeksiyanın yayılmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, zəif külək əsəndə belə, virus hava-damcı yolu ilə daha sürətlə yayılır. Bu baxımdan, mütəxəssislər sosial məsafənin tövsiyə olunan hədlərinin, küləyin sürətindən asılı olaraq, daha böyük ölçüdə nəzərdən keçirilməsinə çağırırlar. Çünki iki metr insanlar arasında yalnız zəif külək olduqda minimum təhlükəsiz məsafə hesab oluna bilər. Universitetin Tibb fakültəsinin professoru Dimitris Drikakis COVID-19-un yayılmasının yay aylarında azalmasını, payız aylarında isə artmağa başlamasını həmin amillərlə (nisbi rütubətin, küləyin sürətindən asılı olaraq) izah edir. Bununla yanaşı, epidemiyanın yayılması və ötürülmə sürəti regionun ekvatorun şimalında və ya cənubunda yerləşməsinə görə də fərqlənir.
- Oxunub: 3750 |
- Tarix: 08-02-2021 |
-
Çap et |