Rusiyanın “Lenta.ru” xəbər portalının “Express” nəşrinə istinadən yaydığı məlumata görə, bəzi tədqiqatçılar qəhvə içməyi qaraciyərdə əmələ gələn yağlar səbəbindən yaranan, diabet və xərçəng daxil olmaqla, bir çox təhlükəli xəstəliklərin qarşısını almağın üsulu kimi göstərirlər. Belə ki, alimlər qəhvənin insan bədəninə faydalı təsirlərini araşdıran bir sıra elmi tədqiqatlar aparıblar. Araşdırmaya görə, bu içki qaraciyər fermentlərinə təsir göstərir, bu da yağ yığılmasını azaldır, həmçinin onu bədxassəli toxumaların yaranması və inkişafına səbəb ola biləcək zəhərli maddələrdən azad edir. Qəhvə, eyni zamanda, bədəndəki qoruyucu antioksidanların miqdarını artırır.
Araşdırma zananı, həmçinin spirtli içki qəbul edən, siqaret çəkən, qaraciyər piylənməsindən və ağır çəkidən əziyyət çəkənlərdə və ya xroniki hepatit xəstələrində qəhvənin faydalı təsirləri müşahidə edilib. Belə ki, orqanların funksional toxumaları siroza yol açan birləşdirici toxuma ilə əvəzlənməyə başladıqda, bu içkinin qaraciyər fibrozuna qarşı qoruyucu təsiri olduğu ortaya çıxıb.
- Oxunub: 2100 |
- Tarix: 08-02-2021 |
-
Çap et |