Ana səhifə »  Xəbər lenti »  İqtisadi tərəqqi ölkənin inkişafını və xalqın rifahını təmin edir...
A+   Yenilə  A-
İqtisadi tərəqqi ölkənin inkişafını və xalqın rifahını təmin edir...

Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı.Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir. Əldə olunan Qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edib.Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu səbəbdən əhalimizin Böyük Qayıdışı çərçivəsində növbəti məqsədlərə nail olunmalıdır: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya.İqtisadi tərəqqi ölkənin inkişafını və xalqın rifahını təmin edir. Ölkənin iqtisadi inkişafı ictimai münasibətlərin bütün sahələrinə sirayət etmişdir. Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyi təmini üçün güclü potensial yaratmışdır. Ölkədə yaşanan siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir.Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkədir. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir.Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Cəmiyyət, biznes və dövlət üçlüyü Azərbaycanın inkişaf modelidir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir. Təsdiq olunmuş sənəd dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən edib:

- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması Azərbaycan dövlətinin seçimidir.Uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün iki məqsəd təmin olunmalıdır: davamlı və yüksək iqtisadi artım, habelə daxili və xarici təsirlərə dayanıqlıq. Strateji planlaşma davamlı və yüksək iqtisadi artımına xidmət etməlidir. İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir. İqtisadiyyatda tətbiq olunacaq yeniliklər və təsdiq olunmuş “Milli Prioritetlər” cəmiyyətin böyük hissəsinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Təsdiq olunmuş Milli Prioritetlər iqtisadi münasibətlərdə iştirak edən bütün  subyektlərinin fəaliyyətində müsbət əks olunacaqdır. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir. Milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdiriməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır. Ölkə iqtisadiyyatı öz müstəqilliyini qorumaq məqsədilə daxili və xarici təsirlərə dayanıqlığını təmin etməlidir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır. Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır.  Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olmasıtəmin edilməlidir. Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır. İqtisadi islahatlar dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşmasına xidmət edir. Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. İqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin etməli, həmçinin  inkişafdan hər bir vətəndaş bəhrələnməlidir. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməlidir;

 İqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə edəcəkdir. Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur. Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır. Regionların tarazlı inkişafı dövlətin ümumi sürətli inkişafına xidmət edir.  Regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq önəmli vəzifələrdəndir. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionların milli gəlirdə payının artırılması təmin edilməlidir. Azərbaycan rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməlidir. Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir. Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığıtəmin olunmalıdır. Ətraf mühit və “yaşıl artım” ölkənin dayanıqlı inkişafını təmin edən önəmli amillərdəndir.Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.

 

Samir Hüseynov

YAP Pirallahı Rayon Təşkilatının könüllüsü

 
  • Oxunub:  2550  |  
  • Tarix:  08-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib
06 Mart 12:53
Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır
06 Mart 12:52
Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
06 Mart 12:51
Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06 Mart 12:48
Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır
06 Mart 12:09
Liviyanin müvəqqəti işlər vəkili: Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur
06 Mart 12:08
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndinin videogörüntülərini yayıb - VİDEO
06 Mart 11:38
Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar
06 Mart 11:33
YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
06 Mart 11:31
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
06 Mart 10:47
Sabah ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək
06 Mart 10:42
“Qardaşlığımızı dünyaya göstərdik”
06 Mart 10:38
“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır
06 Mart 10:37
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb
06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA