Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Diləli Müskənli kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Diləli Müskənli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 7-də kəndi işğalçılardan azad edib.
- Oxunub: 2370 |
- Tarix: 08-02-2021 |
-
Çap et |