Hesablama Palatası sədrinin iştirakı ilə bu il yanvarın 5-də imzalanmış həmkar qiymətləndirilməsi çərçivəsində görülmüş işlərlə əlaqədar Türkiyə Respublikası Hesablama Məhkəməsinin nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib. Onlayn görüşün açılış mərasimində Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədr müavini Zekeriya Tüysüz və qurumun nümayəndələri çıxış edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyə Hesablama Məhkəməsinin əməkdaşları Hesablama Palatası tərəfindən aparılmış uyğunluq, maliyyə və performans (səmərəlilik) auditlərinin praktik aspektlərinin qiymətləndirilməsi çərçivəsində hər üç audit istiqaməti üzrə müəyyən edilib, ümumilikdə 9 audit hesabatlarının ali audit qurumlarının beynəlxalq audit standartlara (ISSAI) uyğunluğunun incələndiyini, o cümlədən öncədən müəyyənləşdirilmiş işçi qrup planına əsasən, hər üç audit istiqaməti üzrə Hesablama Palatasının auditorlarının rəhbərliyi ilə aparmış qruplarla müxtəlif onlayn görüşlərin keçirildiyini, nəzər yetirilmiş hesabatlar ətrafında müzakirələrin aparıldığını və bir sıra məsələləri qeyd edərək görülmüş işlərin ilkin nəticələrini təqdim edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov saziş çərçivəsində həmkar qiymətləndirilməsinin əhəmiyyətini vurğulayaraq növbəti mərhələ kimi qeyd olunan audit materiallarının dəyərləndirilməsi üzrə yekun hesabatın hazırlanması ilə bağlı tapşırıq verib.
- Oxunub: 2340 |
- Tarix: 08-02-2021 |
-
Çap et |