Fevralın 8-də Qobustan seysmoloji stansiyasından 31 kilometr cənubda – Şamaxı rayonunda maqnitudası 3.8 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:12-də qeydə alınıb.
Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
- Oxunub: 1860 |
- Tarix: 08-02-2021 |
-
Çap et |