Ana səhifə »  Xəbər lenti »  “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans keçirilib
A+   Yenilə  A-
“Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans keçirilib

Fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfrans zamanı Azərbaycanın və bütövlükdə türk dünyasının ayrılmaz parçası olan Dağlıq Qarabağ bölgəsində yerləşən tarixi, mədəni, dini abidələrə, incəsənət nümunələrinə dəyən zərər, eləcə də bu istiqamətdə görülə biləcək işlər müzakirə olunub. Konfrans, həmçinin videoformat şəklində də aparılıb.

Tədbiri açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib: “Şanlı Qələbədən sonra Qarabağ torpağı bütün türk xalqlarını daha da birləşdirib. 44 gün bizə Zəfərlə bərabər yenidən öz kimliyimizi qaytarıb və bu fəxarəti Azərbaycanla yanaşı, bütün türk dünyası yaşayır. Azərbaycanın Türkiyə ilə dostluq, qardaşlıq və dövlət rəhbərləri səviyyəsində sərgilədiyi həmrəylik bütün dünyaya bir nümunə olub”.

Qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi arasında işgüzar və səmərəli iş birliyi qurulub. Bildirib ki, rəhbərlik etdiyi qurumun missiyası türk dünyasının zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini qorumaq, araşdırmaq və bütün dünyaya göstərməkdir.

“30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqların vəziyyəti bizi çox sarsıdıb. Biz bir neçə dəfə işğaldan azad olunan Füzuli və Ağdam rayonlarını ziyarət etmişik və oradakı acınacaqlı vəziyyətin canlı şahidi olmuşuq. Vaxtilə bu şəhərlər Azərbaycanın mədəniyyət mərkəzləri idi. Şuşa, Ağdam, Füzuli, bütövlükdə Qarabağ neçə-neçə bəstəkarların, xanəndələrin, şair və yazıçıların, eyni zamanda, Azərbaycan memarlığının şah əsərlərinin vətənidir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ermənistan Azərbaycanın yüz illər boyu qoruduğu tarixi əsərlərin əksəriyyətini məhv edib. Ağdam dəhşətli dağıntılara məruz qalıb, Füzuli isə tamamilə yerlə-yeksan edilib. Qafqaz Albaniyası dövrünə aid yazılar silinərək, oraya erməni xaçları bərkidilib. Sonra bütün dünyaya erməni abidələri kimi təqdim edilib, eyni zamanda, ağaclar yandırılıb, ekoloji terror törədilib. Bununla bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ermənilərin törətdiyi cinayət əməllərini qətiyyətlə pisləyən, dünya ictimaiyyətini bu hallara obyektiv münasibət bildirməyə səsləyən bəyanatlar vermişdir”, – deyə Günay Əfəndiyeva vurğulayıb.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov 44 günlük Vətən müharibəsində qazanılan qələbəni bütün türk dünyasının sevinclə qarşıladığını bildirib. O qeyd edib ki, TÜRKPA-nın məqsədi parlamentlərarası əməkdaşlığın, dövlətlərarası siyasi dialoqun daha da genişləndirilməsinə, qanunvericilik aktlarının daha da uyğunlaşdırılmasına və türkdilli ölkələrlə digər ölkələr arasında qarşılıqlı, faydalı, bərabərsəviyyəli iş birliyinin inkişaf etdirilməsinə yönəlmiş fəaliyyətlərə töhfə verməkdir. Bildirib ki, təmsil etdiyi qurum hər il təşkil olunan plenar iclaslar zamanı xalqlarımız və dövlətlərimiz üçün faydalı qərarlar almağa çalışır. Həmçinin şəhərsalma sahəsində ehtiyac duyulan bütün texniki infrastrukturun inkişaf etdirilməsi üçün əməkdaşlıq etməyə hazırdır.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qonaqları salamlayaraq, bu cür önəmli bir tədbiri təşkil etdiyinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib. Azərbaycan və Türkiyə dostluğuna toxunan səfir qeyd edib ki, iki qardaş ölkə arasında olan münasibətin keçmişinin təməli möhkəm, bu günü şərəfli, gələcəyi isə parlaqdır. Səfir, eyni zamanda, Qarabağda yerləşən maddi-mədəniyyət abidələrinin dağıdılması, talan edilməsi, mənimsənilməsi məsələsinə münasibət bildirərək, bu istiqamətdə görülə biləcək işlərdən danışıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Türkiyə 90-cı illərdə Azərbaycanın ən zəif durumunda - Qarabağ torpaqlarının işğal edilməsi günündən daim bu ölkənin yanında olub. 44 günlük müharibədə Türkiyə bir daha vurğulayıb ki, Qarabağ yarası sağalmayınca Türkiyənin də acısı bitməyəcək. Türkiyə 30 ilboyu Azərbaycanın - hər zaman qardaş xalqın yanında olacağını bütün dünyaya hiss etdirib: “İndi hər kəs bilir ki, Türkiyə və Azərbaycan tək ürəkdir. İndi də Azərbaycanın önündə duran əsas vəzifə dədə-baba yurdlarından qovulan vətəndaşların evlərinə dönməsi və buranı yararlı hala salmaq üçün Qarabağı - Qafqazın Hiroşimasını bərpa etməkdir. Türkiyə bu istiqamətdə də bütün dəstəyi verməyə hazırdır”.

Tədbirdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov çıxış edərək, təmsil etdiyi qurumun işğaldan azad olunan torpaqlarda şəhər və kəndlərin bərpası və planlaşdırılması istiqamətində işlərə başladığını bildirib. İlqar İsbatov qeyd edib ki, artıq Qarabağda bərpa olunacaq yerlərlə bağlı qərargah və digər mərkəzlər fəaliyyət göstərir ki, onların da birbaşa vəzifəsi şəhərsalma məsələləri ilə məşğul olmaqdır. Bildirib ki, təmsil etdiyi qurum tərəfindən işğaldan azad olunmuş 1 milyon 350 min hektar ərazinin inkişaf planının hazırlanması düşünülür və minə yaxın şəhər və kəndlərdə ərazi üzrə məlumatların toplanması, sistemləşdirilməsi işi təşkil edilir. Hazırda bu istiqamətdə sürətli addımlar atılır.

Konfransda Türkiyə Respublikası ətraf mühit və şəhərsalma nazirinin müavini Mücait Demirtaş da çıxış edərək, Qarabağın işğaldan azad olunmasını tarixi Qələbə adlandırıb. O, “Dünənə qədər bütün dünya Qarabağın işğalını, bu gün dastan olan Zəfərini danışıb. Gələcəkdə isə Türkiyə və Azərbaycanın birlikdə yenidən bərpa edəcəyi Qarabağın dirçəlməsini danışacaq”, - deyə vurğulayıb. Nazir müavini, həmçinin birlikdə görüləcək işlərin vacibliyindən bəhs edərək, iki ölkənin birlik rəmzinin hər gün bir az daha sübut olunacağını qeyd edib.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qazi Universitetinin rektoru Musa Yıldız, TDMMB Ankara Mərkəz şöbəsinin rəhbəri Murad Koru və digər iştirakçılar konfransda çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüb, gələcək planlar haqqında danışıblar.

Sonda konfrans iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  06-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
05 Mart 18:36
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
05 Mart 18:31
Qadın cəmiyyətin aparıcı qüvvəsidir
05 Mart 18:15
Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək
05 Mart 18:04
Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır
05 Mart 18:00
Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib
05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
05 Mart 17:47
Alimlər Yerin kürəsinin daxili nüvəsində naməlum təbəqənin varlığını kəşf ediblər
05 Mart 17:46
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib
05 Mart 17:44
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi partiyamızın artan nüfuzunun və imicinin göstəricisidir
05 Mart 17:43
QDİƏT-də turizm sahəsində pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub
05 Mart 17:12
Tarixin bütün dövrlərində Azərbaycanın qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
05 Mart 17:06
Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir
05 Mart 17:03
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
05 Mart 16:54
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
05 Mart 16:52
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
05 Mart 16:46
Prezident: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +14
gecə+3 +5