Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bahar Muradova: Azərbaycanda qadın və uşaqların müdafiəsi daim diqqət mərkəzindədir

Bahar Muradova: Azərbaycanda qadın və uşaqların müdafiəsi daim diqqət mərkəzindədir

06.02.2021 [14:44]

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) yaranmasından 15 il ötür. Komitə hər zaman qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb. Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanılması, qadın və uşaqların müdafiəsi daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikası beynəlxalq konvensiyalardan irəli gələn və üzərinə düşən öhdəliklərlə yanaşı, malik olduğu milli dəyərlər üzərində qurulan siyasəti ardıcıl olaraq həyata keçirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz növbəsində vətəndaşların, xüsusilə, həssas təbəqəyə aid olan qrupların problemlərinin həllinə, cəmiyyətimizdə ailə dəyərlərinin inkişafına, onun təbliğinə, bu dəyərlərin gənc nəslə aşılanmasına, onların sağlam, vətənpərvər, təfəkkürlü, intellektual gəncliyin inkişafına töhfəsini verir və verməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Komitə sədri deyib: “Azərbaycan Prezidenti İlham Əliyev qarşımızda mühüm vəzifələr qoyub. Pandemiya və Vətən müharibəsi dövründə Komitəmiz meydana çıxan çətinliklərin aradan qaldırılması işində önəmli addımlar atıb. Komitə olaraq 44 günlük Vətən müharibəsi dövründə zərərçəkmiş ailələrin ehtiyaclarının müəyyən edilməsi məqsədilə psixososial qiymətləndirmə aparmışıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi səlahiyyətləri çərçivəsində üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışır. Hazırda ölkəmizdə işğaldan azad olunan ərazilərin bərpası işlərinə start verilib. Bu proses hər birimizin üzərinə düşən məsuliyyəti daha da artırır”.

Ölkəmizdə qadın və uşaqların problemlərinin həlli istiqamətində görülən işlərdən bəhs edən Bahar Muradova bildirib ki, Azərbaycan dövləti cəmiyyətimizdə kişilər və qadınlar üçün bərabər imkanların yaradılması məsələsini hər zaman diqqət mərkəzində saxlayıb. Qadınların öz şəxsi hədəflərinə çatması və iqtisadi imkanlardan yararlanması işinə töhfə verən Qadın Resurs Mərkəzlərinin əhəmiyyətindən bəhs edən komitə sədri regionlarda bu mərkəzlərin sayının artırılmasının nəzərdə tutulduğunu söyləyərək deyib: “Qarşıda görüləcək işlər çoxdur. Ən əsas işimiz təbii ki, qadınların ailələrdə həm maddi və həm də mənəvi cəhətdən güclü olmasını təmin etməkdir”.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30