Ana səhifə »  Xəbər lenti »  “National Geographic” jurnalında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində vəziyyət barədə fotoreportaj dərc edilib
A+   Yenilə  A-
“National Geographic” jurnalında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində vəziyyət barədə fotoreportaj dərc edilib

Amerikada çıxan “National Geographic” jurnalında azərbaycanlı məşhur fotoqraf Rəna Əfəndinin “Mən evimin hələ öz yerində qalıb-qalmadığını bilmirəm” sərlövhəli fotoreportajı dərc edilib.

AZƏRTAC xəbər verir ki, fotoqrafın erməni işğalından azad edilmiş Ağdam, Qubadlı, Füzuli və Kəlbəcər rayonlarına səfəri zamanı hazırlanmış bu reportajda Birinci Qarabağ müharibəsi dövründə həmin ərazilərdən qovulmuş ailələrin taleyindən bəhs edilir.

Belə insanlardan biri – İradə Quliyeva müsahibəsində deyib: “Biz hər şeyi qoyub getdik. Hətta pulumuzu və sənədlərimizi də götürə bilmədik. Haçansa oraya qayıdacağımıza ümidimizi itirmişdik”.

1992-ci ildə Ağdam rayonu erməni qoşunları tərəfindən işğal edilərkən İradə və onun ailəsi doğma Qasımlı kəndini tərk ediblər.

Qasımlı kəndi işğal ediləndən bir neçə həftə əvvəl 1992-ci il fevral ayında erməni işğalçılar tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qırğından sonra İradə və həyat yoldaşı İmran Xocalıdan olan bir neçə ailəyə sığınacaq vermişdi. İmran o günləri xatırlayaraq deyir: “Bu insanlar yarıçılpaq vəziyyətdə gəlmişdi, yaralarından qan axırdı. Bir uşaq, demək olar ki, donmuşdu, nəfəs ala bilmirdi”.

Erməni silahlı dəstələrinin Xocalıdan qaçan dinc azərbaycanlı sakinlərə atəş açması nəticəsində yüzlərlə kişi, qadın və uşaq qətlə yetirilib. Sonradan “Human Right Watch” hüquq-müdafiə təşkilatı və digər beynəlxalq təşkilatlar bu vəhşiliyi pisləmişdi. Erməni quldurlarının əlindən qaçan onlarca insan meşələrdə donmuşdu. İmran deyib: “Xocalı işğal ediləndə bildik ki, bizim də aqibətimiz belə olacaq”.

Ermənilər Azərbaycanın 7 rayonunu işğal edəndə yarım milyondan çox azərbaycanlı, o cümlədən Quliyevlər ailəsi evlərini itirdi. Bu ailə Bakı ətrafında sovet dövründən qalmış bir sanatoriyada sığınacaq tapıb və 20 ildən çox orada yaşayıb.

2020-ci il noyabrın 20-də İradə eşitdiyi xəbərdən sevinərək televizorun ekranını öpüb. Azərbaycan Ordusu Ağdamı geri alıb. Keçən il sentyabr ayında Azərbaycan əvvəllər azərbaycanlıların yaşadığı öz əraziləri üzərində nəzarəti bərpa etmək üçün hərbi əməliyyata başladı. İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə bəyanat imzalanması ilə başa çatdı. İradə deyir: “Elə bil üstümdən ağır bir yük götürüldü”.

Azərbaycanlı məcburi köçkünlər 30 ilə yaxın müddətdə ilk dəfə olaraq işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər. Lakin az sonra məlum oldu ki, bu insanların həmin ərazilərdə daimi yaşaya bilməsi üçün hələ xeyli vaxt lazımdır. Hələlik hərbçilər bu regiona səfərlərə ciddi nəzarət edirlər. Ən pisi budur ki, orada, hətta döyüş əməliyyatları aparılmayan rayonlarda da həyat üçün zəruri olan nə vardısa, hamısı məhv edilib. Buna baxmayaraq, Quliyevlər ailəsi öz köhnə evlərini görmək istəyirdi.

Rəna Əfəndi daha sonra qeyd edir ki, o, İmran, oğlu Rəşad və onun ailəsi ilə birlikdə Ağdama gedib. Rəşad valideynləri ilə birlikdə Ağdamı tərk edəndə onun 12 yaşı vardı. Fotoqraf xüsusi qoruyucu geyimli insanların işğaldan azad edilmiş torpaqları minlərlə minadan təmizləmək üçün apardıqları gərgin və təhlükəli işi təsvir edir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yerli bölməsinin rəhbəri Xaliq Zülfüqarovun sözlərinə görə, işğal edilmiş bütün ərazilərin minalardan təmizlənməsi 10 ilə qədər vaxt tələb edə bilər.

R.Əfəndi yazır: “Biz vaxtilə 40 minə yaxın insanın yaşadığı Ağdam şəhərinə çatanda Quliyevlər ailəsinin həyəcanları heyrətlə əvəz olundu. Bu şəhərdə salamat qalmış yeganə bina məscid idi. Ermənilər son 30 ildə şəhərdəki bütün tikililəri mütəmadi olaraq söküb və qarət ediblər. Rəşad və onu həyat yoldaşı Ağdamın mərkəzindəki sakit meydanda uşaqları ilə bərabər selfi çəkdilər. Şəhərin mərkəzindən xeyli uzaqda hərbçilərin səsləri və mina partlayışları eşidilirdi”.

Qasımlı kəndində keçmiş məscidin əsas zalına daxil olan Rəna Əfəndi açıq səmaya baxıb: Məscidin günbəzi və minarəsi yox idi. Döşəməyə quru ot tökülmüşdü. Yaxın vaxtlarda yandırılmış küləş və mal peyini iyi gəlirdi. Ermənilər bu məsciddən anbar kimi istifadə ediblər.

Quliyevlər ailəsi özlərinin dağıdılmış evlərinə yaxınlaşmaq üçün əsgərlərdən icazə alıblar. Bir neçə telefon zəngindən sonra hərbçilər bu ailənin öz evlərinin xarabalıqlarına yaxınlaşmasına icazə veriblər, o şərtlə ki, asfalt yoldan kənara çıxmasınlar. Kəndin kənarında bəzi evlərin divarları hələ salamatdır, lakin binaların əksəriyyətinin dam örtüyü və pəncərə çərçivələri yoxdur, bəzi evlərdə isə yanğın izləri görünür. 1993-cü ildə bu rayonda məskunlaşmış bəzi erməni fermerləri 2020-ci il noyabr ayında rayon Azərbaycana təhvil verilənə qədər bu ərazini tərk etməzdən əvvəl oradakı evləri yandırıblar.

Müəllif Quliyevlər ailəsi ilə vidalaşandan sonra Kəlbəcərə - işğal edilmiş rayonların ən böyüyünə yola düşüb. 1993-cü ildə Kəlbəcər rayonu erməni qoşunları tərəfindən işğal ediləndə rayonun dinc sakinləri Murovdağ silsiləsindən qaçmağa məcbur olmuşdu. Həmin günlərdə xeyli insan soyuqdan ölmüşdü.

Bu amansız və sürəkli müharibənin son mərhələsində 3 minə yaxın azərbaycanlı hərbi qulluqçu həlak olub, 750 mindən çox insan məcburi köçkün vəziyyətində qalır. Qubadlıdan olan bir sakin Azərbaycan Ordusunun əsgərləri barədə söhbət açaraq deyir: “Bütün bu illər ərzində bizə zülm edilib. Əsgərlərimiz bizim mənliyimizi özümüzə qaytardılar”.

Məcburi köçkünlərin çoxu, xüsusən yaşlı adamlar öz ata-baba yurdlarına qayıtmaq istəyir, lakin onların şəhərləri və kəndləri daimi yaşayış üçün yararlı vəziyyətə gətirilənə qədər hələ 10 il vaxt lazım gələ bilər.

Rəna Əfəndinin təqdim etdiyi materialda Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının nəticələrini əks etdirən çoxlu fotoşəkil var. Bu fotoşəkillərdə illər boyu torpaqların azad olunmasını gözləyən məcburi köçkünlərin yorğun sifətləri, ermənilər tərəfindən yandırılmış torpaqlar, ermənilər həmin əraziləri tərk edəndən əvvəl qırdıqları elektrik xətləri, Ağdam, Füzuli və azad edilmiş digər rayonlarda kütləvi dağıntılar görünür.

Xudavəng alban monastırının və Ağdam rayonunun Qiyaslı kəndindəki məscidin xarabalıqlarının müqayisəli fotoşəkilləri xüsusilə diqqəti cəlb edir. Azərbaycanın hakimiyyət orqanlarının icazəsi ilə erməni keşişlər Xudavəng monastırında ibadəti davam etdirirlər, Qiyaslı məscidində isə ermənilər heyvan saxlayırdılar. Bax budur erməni işğalının və Ermənistan dövlətinin pozucu siyasətinin reallıqları.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  06-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA