F.Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad olunmuş regionları tam bərpa edəcək: “Bu ərazilərdə görülən işlər ən son standartlara cavab verəcək. Həmçinin qeyd etdim ki, Azərbaycan sürətlə inkşaf edən ölkələrdən biridir.
İspan şirkətləri və investorların Azərbaycana yatırım eləməsi istiqamətində çalışırıq. Hazırda bir neçə şirkət və investorlarla danışıqlar gedir. ümüd edirik ki, bu uğurlu layihəyə qısa zamanda start veriləcək. Hal hazırda biz ACAE olaraq böyük investorların Azərbaycana yönəldilməsi üzərində ciddi işləyirik və qısa zamanda uğurlarımızı sizinlə bölüşəcəyik. Şübhəsiz ki, bu investorları Azərbaycana yönəltmək üçün ölkəmizin müvafiq qurumları ilə məsləhətləşərək, onların dəstək və koordinasiyasına ehtiyacımız olacaq”.
F.Mustafayev əlavə edib ki, ümumiyyətlə canlı yayımlanan verliş çox uğurlu keçdi: “Növbəti verilişdə biz, Madrid şəhərində İspaniyanın rəsmi dövlət kanallarından birinin qonağı olacağıq. Burada da mövzü investorların Azərbaycana yönəldilməsi olacaq”.
- Oxunub: 2910 |
- Tarix: 06-02-2021 |
-
Çap et |