Ana səhifə »  Xəbər lenti »  Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkədir
A+   Yenilə  A-
Azərbaycan pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkədir

Prezident İlham Əliyev: Həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir

Son bir ildə dünya gündəmində müzakirə olunan əsas məsələlərdən biri yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlıdır. İlk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində baş qaldıran və qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan təhlükəli yoluxucu xəstəlik beynəlxalq aləmdə həyatın nizamını tamam dəyişib. Bir sıra iqtisadi və sosial fəsadlara yol açan pandemiya ayrı-ayrı ölkələri çox ciddi sınaqlarla üz-üzə qoyub və qarşıya yeni çağırışlar çıxarıb. Verilən məlumatlara görə, dünyanın 150-dən çox ölkəsi pandemiya səbəbindən artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini bildirərək kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib. Azərbaycanın adı isə bu siyahıda yoxdur. Güclü iqtisadi potensiala və geniş maliyyə imkanlarına malik olan respublikamız pandemiyaya qarşı müxtəlif istiqamətləri əhatə edən mübarizə tədbirlərini sırf daxili imkanları hesabına həyata keçirir.

Ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində görülən ardıcıl və məqsədyönlü tədbirlər müsbət nəticə verir

Azərbaycan dövləti özünün dərinməzmunlu sosial siyasətinə uyğun olaraq hər zaman çətin vaxtlarda vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyir. Biz dövlətimizin, şəxsən Prezident İlham Əliyevin ölkəmizdə formalaşan və yüksək vətəndaş məmnunluğu yaradan bu gözəl ənənəyə yeni növ koronavirus pandemiyası şəraitində də sadiq qaldığının şahidi oluruq. Azərbaycan dövləti respublikamızda təhlükəli virusa ilk yoluxma faktı qeydə alınandan etibarən pandemiya ilə mübarizə məsələsinə həssas yanaşma sərgiləyir. Ötən dövrdə milli səviyyədə pandemiyaya qarşı mübarizə məqsədilə müxtəlif istiqamətləri əhatə edən Tədbirlər Planı təsdiqlənib və ardıcıllıqla həyata keçirilir. Xəstəliyin xüsusiyyəti elədir ki, hər şeyi əvvəlcədən proqnozlaşdırmaq və vəziyyəti həmişə stabil saxlamaq mümkün deyil. Ölkəmizdə müvafiq dövlət qurumlarının koordinasiya edilmiş fəaliyyəti də məhz xəstəliyə yoluxma hallarının artmasına və yaxud azalmasına uyğun şəkildə tənzimlənir. Virusa yoluxma statistikası artdıqda sərt karantinə keçid zərurətə çevrilir. Yoluxma halları azaldıqda isə karantin tədbirləri yumşaldılır, iqtisadi və xidmət subyektlərinin fəaliyyətində açılmalar edilir. Vurğulamaq yerinə düşər ki, respublikamız MDB məkanında COVID-19-a qarşı mübarizəyə ən çox büdcə ayıran ölkələr sırasında yer alır.

Azərbaycan dövlətinin yeni növ koronavirus pandemiyasına qarşı mübarizə gündəliyində səhiyyə tədbirləri xüsusi yer tutur. Bu da onunla bağlıdır ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq pandemiya şəraitində insanların sağlamlığının və həyatının qorunması prioritet məsələ kimi müəyyənləşdirilib. Məlum olduğu kimi, qlobal pandemiya hətta inkişaf etmiş dövlətlərin də səhiyyə sistemlərini ciddi sınaqlarla üz-üzə qoyub. Verilən məlumatlara görə, ayrı-ayrı ölkələrdə yoluxmanın pik dövrlərində xəstələri qəbul etmək üçün tibb müəssisələrində çarpayılar kəskin şəkildə çatışmayıb və pasientlər evlərinə geri qaytarılıblar. Azərbaycanda isə indiyədək bu kimi hallar müşahidə edilməyib. Virusa yoluxan xəstələr məhz tibb müəssisələrində müayinədən keçiblər və zəruri olan müalicəni alıblar. Hazırda ölkəmizdəki 40-dan çox xəstəxanada COVID-19-a yoluxan xəstələrin müayinə və müalicəsi həyata keçirilir. Respublikamız pandemiya şəraitində çarpayı fonduna getdikcə artan tələbatı özünün güclü səhiyyə infrastrukturu ilə qarşılayıb. Qeyd edək ki, son 17 ildə bütün respublika üzrə səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin tikintisi, kadr hazırlığı və bu kimi digər vacib məsələlər daim diqqət mərkəzində saxlanılıb. Bütövlükdə, bəhs olunan dövrdə ölkə üzrə yeni tikilən və yaxud əsaslı şəkildə təmir olunan tibb müəssisələrinin sayı 750-dən çoxdur. Əlamətdar haldır ki, bəhs olunan dövrdə Prezident İlham Əliyev ölkə miqyasında 100-dən çox yeni tikilən və yaxud əsaslı şəkildə yenidən qurulan səhiyyə müəssisəsinin istifadəyə verilməsi mərasimlərinə qatılıb və Özünün dəyərli tövsiyələrini verib. Yeri gəlmişkən, dövlətimizin başçısı və Birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.

Eyni zamanda, Azərbaycan pandemiya dövründə bütün mümkün riskləri nəzərə alaraq çarpayı fondunun artırılması istiqamətində zəruri tədbirlər görüb. Qısa müddətdə 13 modul tipli xəstəxananın alınaraq paytaxt Bakıda və bölgələrdə quraşdırılması pandemiya ilə mübarizədə ölkəmizin imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Pandemiya dövründə respublikamızda tibbi maska və xüsusi geyimlərin istehsalı müəssisələrinin istifadəyə verilməsi böyük uğurdur. Azərbaycanda pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artmasında xaricdən müasir laboratoriyaların alınaraq ölkəmizə gətirilməsi xüsusi rol oynayır. Pandemiyaya qədər respublikamızda 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-yə çatdırılıb və gün ərzində ölkəmizdə 20 min test keçirilə bilər. Xatırladaq ki, Azərbaycan dünyada əhali sayına görə ən çox test aparan ölkələr sırasında yer alır. İndiyədək respublikamızda 2 milyon 400 min test keçirilib ki, bu da kifayət qədər böyük rəqəmdir.

Respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində görülən bu və ya digər işlər, həmçinin vətəndaşların həyata keçirilən məhdudlaşdırıcı tədbirləri anlayışla qarşılamaları öz müsbət nəticəsini verir. Bütövlükdə, ölkə üzrə vəziyyət nəzarət altında saxlanılır. Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu amili xüsusi olaraq nəzərə çatdırıb. “İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir. Bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasətinin nəticəsidir ki, müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal həmrəyliyə və əməkdaşlığa mühüm töhfələr verir

Biz yuxarıda yeni növ koronavirus pandemiyasının qlobal miqyasda ciddi fəsadlara yol açdığını qeyd etdik. Belə qlobal təhlükəyə qarşı beynəlxalq miqyasda ölkələrin və ayrı-ayrı təşkilatların səylərinin əlaqələndirilməsi çox vacibdir. Yalnız qlobal həmrəylik sayəsində təhlükəli xəstəliyə qalib gəlmək mümkündür. Bu baxımdan Azərbaycanın pandemiyanın ilk günlərindən beynəlxalq qurumlarla, o cümlədən də Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etməsi təqdirəlayiq haldır. Yeri gəlmişkən, Azərbaycanın yeni növ koronavirus pandemiyasına qarşı həyata keçirdiyi ardıcıl mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.  Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışaraq bir neçə dəfə Azərbaycanı pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkə kimi dəyərləndirib. Prezident İlham Əliyev qeyd edib: “Bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Respublikamızın indiki çətin şəraitdə beynəlxalq həmrəyliyə davamlı töhfələr verməsi də təqdirəlayiq haldır. İndiyədək Azərbaycan ÜST-ə iki tranşda 10 milyon dollar həcmində ianə edib, eyni zamanda, 30-dan çox ölkəyə dəstək göstərib.

Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya dövründə qlobal həmrəyliyin gücləndirilməsinə hesablanan təşəbbüslərlə çıxış etməsi də böyük önəm daşıyır. Məlum olduğu kimi, pandemiyanın ilk vaxtlarında dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda Zirvə görüşləri baş tutdu. Pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş hər iki tədbirdə bir sıra aktual məsələlərə diqqət çəkildi və qərarlar qəbul olundu. Məsələn,  Qoşulmama Hərəkatının Zirvə görüşündə COVID-19-a qarşı mübarizə ilə bağlı üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün İşçi Qrup təsis edildi.

Bundan başqa, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri statusunda BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Dövlət başçımızın bu xeyirxah təşəbbüsü işğalçı Ermənistandan başqa, dünyanın bütün qitələrində dəstəkləndi və həmin tədbir ötən il dekabrın əvvəllərində baş tutdu. BMT Baş Assambleyasının Xüsusi sessiyasında çıxış edən Prezident İlham Əliyev bütün ölkələri pandemiyaya qarşı mübarizədə həmrəyliyə çağırdı, bildirdi ki, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər.

Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlayan ilk ölkədir

Uzun müddət idi ki, dünya yeni növ koronavirus infeksiyasina qarşı peyvəndin ixtirasını gözləyirdi. Mütəxəssislərin, laboratoriyaların axtarışları öz müsbət nəticəsini verdi. Artıq müxtəlif şirkətlər tərəfindən COVID-19-a qarşı peyvəndin kütləvi istehsalına başlanıb. Ötən ilin dekabrından isə ayrı-ayrı ölkələrdə vaksinasiya prosesinə start verilib. Azərbaycanda da vaksinasiya prosesinə əvvəlcədən zəruri hazırlıq işləri görülüb. Cari il yanvarın 18-də isə respublikamızda ilk peyvəndləmə həyata keçirilib. Qeyd edək ki, Azərbaycan indiyədək  4 milyon doz vaksin sifariş etmişdi və həmin vaksinlərin ölkəmizə gətirilməsi təmin edilib. Bu vaksinlər Çin istehsalıdır və onların səmərəliliyi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.  Bundan başqa, ölkəmizə vaksinlərin yeni həcmlərinin gətirilməsi ilə bağlı danışıqlar da aparılır. Prezident İlham Əliyev respublikamızda vaksinasiya prosesinə başlanılmasını müsbət dəyərləndirərək bildirib: “Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda, biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq”.

Onu da vurğulayaq ki, hazırda dünyada vaksinlərin əldə edilməsi uğrunda mübarizə gedir. Azərbaycan bu məsələdə də ədalətin tərəfindədir. Ölkəmizin mövqeyi belədir ki, vaksinləri yalnız imkanlı, varlı dövlətlər əldə etməməlidirlər. Burada kasıb ölkələrin də mənafeləri nəzərə alınmalı və peyvənd onlara da çatdırılmalıdır.

Mübariz ABDULLAYEV

 
 
  • Oxunub:  4650  |  
  • Tarix:  06-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur
03 Mart 11:03
Cari ildə Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,5 milyon dollar gəlir əldə edib
03 Mart 11:01
Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır
03 Mart 10:47
Dövlət qulluğu vəzifələri üzrə imtahan vermiş namizədlər haqqında statistik məlumatlar açıqlanıb
03 Mart 10:39
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
03 Mart 10:38
Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir
03 Mart 10:34
Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir
03 Mart 08:45
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
03 Mart 08:43
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
03 Mart 08:36
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb
03 Mart 08:30
“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03 Mart 08:29
Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03 Mart 08:28
Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası
02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5