Ana səhifə »  Xəbər lenti »  Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
A+   Yenilə  A-
Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib

Fevralın 5–də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin, habelə Vətən müharibəsində iştirak etmiş nazirlik əməkdaşlarının iştirakı ilə keçirilən kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov bildirib ki, 2020-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın tam azad edilməsi ili kimi həkk olunub.

Kollegiya iclasında Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşları barədə məlumat verilib. Bildirilib ki, səfərbərlik çərçivəsində nazirlik sistemində müxtəlif vəzifələrdə çalışan 17 əməkdaş Vətən müharibəsinə qatılıb, ərazi bütövlüyümüzün bərpası uğrunda şərəfli döyüş yolu keçiblər.

S.Şərifov Azərbaycanın haqq savaşında yüksək vətənpərvərlik göstərən əməkdaşlara öz təşəkkürünü bildirib, onların nazirlik sistemində nizam-intizamlı, bacarıqlı və işgüzar kadrlar olmaqla yanaşı, döyüş meydanında da cəsur əsgər kimi özlərini şərəflə doğrultduqlarını vurğulayıb. Təsadüfi deyil ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 6 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə müxtəlif medallarla təltif olunub. Hətta 1 nəfər - Ağdaş rayonu üzrə maliyyə şöbəsinin əməkdaşı Əlibala Manafov dövlət başçısının sərəncamları ilə 4 medalla təltif olunub.

2020-ci ilin sosial-iqtisadi yekunlarına gəlincə isə maliyyə naziri bildirib ki, bütün dünya dövlətləri kimi Azərbaycan iqtisadiyyatı da ötən il koronavirus pandemiyası sınağı ilə üzləşib. Qlobal pandemiya, onunla mübarizə məqsədilə tətbiq edilən məhdudiyyətlər, iqtisadi fəallığın zəifləməsi və istehlak tələbinin daralması, neft hasil edən ölkələr tərəfindən hasilatın azaldılması barədə qəbul edilən qərarlar ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Lakin, görülən sistemli və kompleks tədbirlər nəticəsində xarici mənşəli şoklar səbəbindən dünyada baş verən tənəzzülün ölkəmizdə kəskin fazaya keçməsinin qarşısı alınıb.

Ölkədə yaranmış yeni iqtisadi reallıqlar operativ təhlil edilərək 2020-ci ilin iyul ayında dövlət büdcəsinə yenidən baxılıb, bəzi büdcə gəlirləri üzrə daxilolmalar dəqiqləşdirilib, prioritet kəsb etməyən xərclər ixtisar edilib, bir sıra zəruri sahələrin xərcləri isə artırılıb. Hesabat ilində Prezident İlham Əliyevin Maliyyə Nazirliyi qarşısında qoyduğu əhəmiyyətli maliyyə tutumuna malik olan tapşırıqların, dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün dövlət vəzifələrinin və sosial proqramların, o cümlədən ölkənin səhiyyə sisteminin artan tələblərinin qarşılaması, pandemiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsirlərin azaldılması, əhalinin həssas sosial qruplarına və biznesə iqtisadi dəstək tədbirləri, eyni zamanda, Silahlı Qüvvələrimizin müdafiə potensialının gücləndirilməsi və maddi-texniki təminatı ilə bağlı xərclər tam şəkildə maliyyələşdirilib.

Ötən ilin dövlət büdcəsinin icra vəziyyəti barədə məlumat verən maliyyə nazirinin müavini Azər Bayramov qeyd edib ki, qeyri-əlverişli mühitə və çətinliklərə rəğmən 2020-ci ilin dövlət və icmal büdcələrinin icrası müsbət dinamika ilə səciyyələnib. Belə ki, operativ məlumatlara əsasən 2020-ci ildə icmal büdcənin gəlirləri 24 milyard 463 milyon manat, xərcləri isə 29 milyard 160 milyon manat icra olunub. İcmal büdcədə yaranmış 4 milyard 698 milyon manat kəsir proqnozlaşdırılmış 7 milyard 945 milyon manat kəsirə nisbətən 3 milyard 248 milyon manat və ya 40,9 faiz az olub.

2020-ci ildə dövlət büdcənin gəlirləri 24 milyard 679 milyon manat və ya 102,3 faiz, xərcləri isə 26 milyard 416 milyon manat və ya 96,1 faiz icra olunub. Dövlət büdcəsinin kəsiri 1 milyard 737 milyon manat təşkil edib ki, bu da proqnozlaşdırılan 3 milyard 368 milyon manat kəsirdən 1 milyard 631 milyon manat və ya 48,4 faiz azdır.

Qeyd olunub ki, büdcə kəsirinin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması, ilk növbədə, fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin qənaətlə icra olunması hesabına yaranıb. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7 milyard 387 milyon manat vəsait təmin edilib ki, bu isə proqnoza qarşı 197 milyon manat çox deməkdir. Dövlət Gömrük Komitəsi tərəfindən isə dövlət büdcəsinə 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon manat vəsait təmin edilib. Bu isə proqnoza qarşı 108 milyon manat çoxdur. Dövlət Neft Fondunun transferti üzrə daxilolmalar 100 faiz və ya 12 milyard 200 milyon manat həcmində olub.

Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə dövlət büdcəsinə 596 milyon manat, sair daxilolmalar üzrə 558 milyon manat vəsait daxil olub.

A.Bayramov bildirib ki, dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin təmin edilməsi məqsədilə 2020-ci il 1 yanvar tarixindən beynəlxalq təcrübəyə uyğun yeni vahid büdcə təsnifatının tətbiqinə başlanılıb. Bundan başqa, ötən il ərzində “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün ölkə ərazisində tətbiq edilməsi başa çatdırılıb, xəzinə əməliyyatlarının bu sistem vasitəsilə aparılmasını təmin etmək məqsədilə respublikanın şəhər və rayonlarında regional xəzinədarlıq idarələri yaradılıb, şəhər və rayonlar üzrə maliyyə orqanlarında xəzinə əməliyyatları və xəzinə əməliyyatlarının uçotu ilə bağlı struktur bölmələrinin funksiyaları yeni yaradılan regional xəzinədarlıq idarələrinə verilib.

“Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nin tətbiqi nəticəsində kredit sərəncamçılarının pul vəsaitlərinin son təyinatına çatdırılması sürətləndirilib, büdcə daxilolmalarının ayrı-ayrı büdcə səviyyələri və tədiyə növləri üzrə uçota alınması tamamilə avtomatlaşdırılıb, xəzinədarlıqda və büdcə təşkilatlarında elektron sənəd dövriyyəsinin daha geniş şəkildə tətbiqinə imkanlar yaradılıb. Sistemin tətbiqi prosesində dövlət büdcəsinin icrası mexanizminə edilən dəyişikliklərin biri də bütün növ bank əməliyyatlarının real vaxt rejimində Dövlət Xəzinədarlığının Mərkəzi Bankında olan vahid xəzinə hesabı vasitəsilə həyata keçirilməsindən, büdcə və büdcədənkənar daxilolmaların mərkəzi xəzinədarlığa birbaşa mədaxil edilməsindən və avtomatik uçota alınmasından ibarət olub.

Maliyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinin tətbiqinin genişləndirilməsi baxımından ötən il ərzində bir sıra mühüm addımlar atılıb, dövlət büdcəsinin icrasına dair hesabatların elektron sənəd formasında qəbul və emal edilməsinə qərar verilib və 2020-ci ilin 1 aprel tarixindən elektron imza ilə təsdiq edilmiş aylıq, rüblük və ilin əvvəlindən artan yekunla hesabatların elektron sənəd formasında qəbul edilməsinə başlanılıb.

Həmçinin, “Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi” prioriteti çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24 saat / 7 gün / 365 gün rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən “Ani Ödəniş Sistemi”nin infrastrukturuna inteqrasiya olunub.

Eyni zamanda, büdcə daxilolmalarının daha operativ emal edilməsi məqsədilə Agentliklə Dövlət Gömrük Komitəsi arasında məlumat mübadiləsini sürətləndirməyə imkan verən əlavə elektron servis istifadəyə verilib.

Büdcə xərclərinin daha səmərəli, qənaətli, məqsədyönlü istifadəsinin təmin edilməsi və izafi xərclərin qarşısının alınmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu vurğulayan S.Şərifov nazirliyin struktur bölmələrinə və yerli maliyyə orqanlarına dövlət maliyyəsinin xərclənməsində, satınalma qaydalarına əməl edilməsində baş verə biləcək kənarlaşma hallarına qarşı barışmaz mövqe nümayiş etdirmələri, öz səlahiyyətləri çərçivəsində mübarizə aparmaları barədə konkret tapşırıqlar verib. Maliyyə naziri bildirib ki, 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin xərclərə nəzarətin daha da gücləndirilməsi, xüsusilə dövlət xətti ilə alınan mallara ciddi nəzarət olunması ilə bağlı tapşırıqları cari ildə fəaliyyətimizdə əldə rəhbər tutacağımız ən vacib istiqamətlərdən biri olacaq. İlk növbədə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar lüzumsuz ştatların artırılmasından çəkinməli, uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin, o cümlədən inventar, avadanlıq, nəqliyyat vasitələri alışları, həmçinin bir sıra cari xərclər, o cümlədən ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələrinin xidmətləri xərcləri və digər xidmət və alışlar üzrə proqnozlaşdırma, həm də icra zamanı gərəksiz və izafi xərclərdən imtina etməlidirlər.

2020-ci il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı aparılan nəzarət tədbirlərindən danışan Kollegiyanın sədri bildirib ki, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Kollegiya iclasında qeyd olunub ki, artıq Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamına əsasən, 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə sonrakı üç il üçün büdcə xərclərinin tərtibi prosesinə start verilib. Funksional təsnifatının “təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi” pilot bölmələrini əhatə edən ortamüddətli xərclər çərçivəsi sənədinin layihəsinin hazırlanmasına, göndəriləcək müvafiq təlimat məktubuna əsasən sifarişlərin qəbuluna başlanılacaq. Ötən ildən fərqli olaraq cari ildə pilot bölmələr üzrə proqram və tədbirlərin icrasının monitorinqi aparılacaqdır.

Maliyyə naziri qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun, vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib, hazırda geniş imkanlara malik yeni büdcə proqnozlaşdırma proqramının tətbiqi ilə bağlı son tamamlanma işlərinin aparıldığını qeyd edib.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin cari il üçün qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayan Kollegiyanın sədri Samir Şərifov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə artıq icrasına başlanılmış bərpa-yenidənqurma və quruculuq işlərinin aparılması, iqtisadiyyatın artım tempinin bərpa edilməsi, iqtisadi fəallığa təkan verilməsi, koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, o cümlədən peyvəndləmə prosesinin başa çatdırılması, post-pandemiya dövründə də ölkə iqtisadiyyatının canlandırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən proqramların, iqtisadi və sosial dəstək tədbirlərinin maliyyə təminatının yaradılmasıdır.

Bununla əlaqədar 2021-ci ildə kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi qərara alınıb, dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb ki, bu tədbirlər hesabına da ölkədə həm iqtisadi fəallığın təşviqi, həm də Qarabağın yenidən qurulması və ölkə iqtisadiyyatına re-inteqrasiyasının təmin edilməsi maliyyələşdiriləcək.

İclasda 2020-ci il ərzində mühasibat uçotu sahəsində görülmüş işlər barədə məruzə dinlənilib, mühasibat uçotu sahəsində beynəlxalq standartların tətbiqi və qanunvericilik aktlarının həmin standartlara uyğunlaşdırılması məqsədilə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi, bəzilərinin yenidən hazırlanması və təsdiq olunması, habelə qüvvədə olan qanunvericilik aktlarının icrası ilə əlaqədar işlərin ardıcıl şəkildə davam etdirildiyi bildirilib. Qeyd olunub ki, Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində “Kiçik sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” və “Orta və iri sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” mövzuları üzrə təlim modulları və materialları internet saytları və sosial şəbəkələr vasitəsilə yayılaraq, uçot işçilərinə və mühasiblərə çatdırılıb.

Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  05-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
05 Mart 18:36
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
05 Mart 18:31
Qadın cəmiyyətin aparıcı qüvvəsidir
05 Mart 18:15
Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək
05 Mart 18:04
Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır
05 Mart 18:00
Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib
05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
05 Mart 17:47
Alimlər Yerin kürəsinin daxili nüvəsində naməlum təbəqənin varlığını kəşf ediblər
05 Mart 17:46
Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilər üçün Ankarada vida mərasimi keçirilib
05 Mart 17:44
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi partiyamızın artan nüfuzunun və imicinin göstəricisidir
05 Mart 17:43
QDİƏT-də turizm sahəsində pandemiya ilə mübarizə üzrə işçi qrupun iclası olub
05 Mart 17:12
Tarixin bütün dövrlərində Azərbaycanın qadını ön və arxa cəbhələrdə fədakarlıqla çalışıb
05 Mart 17:06
Leyla Abdullayeva: Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir
05 Mart 17:03
Azərbaycan ilə Pakistan arasında hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib
05 Mart 16:54
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
05 Mart 16:52
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib
05 Mart 16:46
Prezident: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA