Fevralın 5-də Heydər Əliyev Sarayı və Beynəlxalq Muğam Mərkəzi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı inkişaf etdirmək, peşakar əlaqələri möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi və mədəni irsimizi təbliğ etmək, birgə layihələrin işlənib hazırlanması, müxtəlif tədbirlər, festivallar, görüşlərin keçirilməsini təmin etmək məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Saraydan AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri Ramil Qasımov çıxışında bu məsələlər ilə bağlı işçi qrupunun yaradılacağının və nəticədə ikitərəfli əməkdaşlığın genişləndirilərək davamlı, əlverişli, səmərəli olacağına əminliyini və dostluq münasibətlərinin möhkəmlənməsinə yardım edəcəyinə inandığını bildirib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov da öz növbəsində iki müəssisə arasında dostluq və hörmət əsasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Xüsusilə, bu tarixi günün dünya şöhrətli bəstəkarımız, SSRİ xalq artisti Qara Qarayevin doğum gününə təsədüf etməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
- Oxunub: 2310 |
- Tarix: 05-02-2021 |
-
Çap et |