Azərbaycanın keçən il qonşu ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi açıqlanıb.
AZƏRTAC Energetika Nazirliyinə istinadla xəbər verir ki, ötən il ixrac olunan 1 milyard 150,7 milyon kilovat/saat elektrik enerjisinin 204,1 milyon kilovat/saatı İranın, 101,8 milyon kilovat/saatı Türkiyənin, 118,5 milyon kilovat/saatı Rusiyanın, 726,3 milyon kilovat/saatı Gürcüstanın payına düşüb.
Qeyd edək ki, 2020-ci ildə elektrik enerjisinin ixracı 2019-cu illə (1 milyard 490,9 milyon kilovat/saat) müqayisədə 340,2 milyon kilovat/saat azalıb.
- Oxunub: 2160 |
- Tarix: 05-02-2021 |
-
Çap et |