Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Metro stansiyalarının vestibülləri gediş haqqının kartlara yüklənməsi üçün açılıb

Metro stansiyalarının vestibülləri gediş haqqının kartlara yüklənməsi üçün açılıb

05.02.2021 [17:10]

Nazirlər Kabineti yanında Operativ Qərargah “COVID-19” pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimi dövründə bir sıra məhdudiyyətləri ləğv edib. Bununla əlaqədar son günlər  paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sahəsində gediş haqqının  karta yüklənməsi üçün sərnişinlərin terminallardan istifadəyə olan tələbatının artması müşahidə olunur. 

APA-nın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyindən daxil olan, habelə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, “BakıKart” istifadəçilərinin rahatlığını təmin etmək məqsədilə, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi stansiya vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verib.

Bu barədə APA-ya qurumdan məlumat verilib.

İctimai nəqliyyatın sərnişindaşıma fəaliyyəti göstərmədiyi şənbə və bazar günləri istisna olmaqla, qalan günlər ərzində vestibüllər açıq olacaq. Həmçinin ödəmə məqsədilə vestibüllərdən istifadə edilməsinin zəruriliyini, intensivliyini və s. öyrənmək, zəruri tədbirləri görmək üçün müvafiq monitorinqlər aparılacaq: "Lakin xüsusi olaraq diqqətə çatdırılır ki, stansiyaların digər ərazilərinə daxil olmaq, o cümlədən platformadan keçməklə əks istiqamətdəki çıxışa doğru hərəkət etmək  qəti qadağandır.

Sərnişinlərdən mövcud qaydalara riayət etmələri xahiş olunur və bildirilir ki, stansiya ərazisinə daxil olarkən mütləq qaydada tibbi maska düzgün taxılmalı və sosial məsafə gözlənilməlidir".

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30