Ana səhifə »  Xəbər lenti »  Şərqşünaslıq İnstitutunda 2021-2025-ci illər üzrə nəzərdə tutulan elmi tədqiqat işlərinin mövzuları təsdiqlənib
A+   Yenilə  A-
Şərqşünaslıq İnstitutunda 2021-2025-ci illər üzrə nəzərdə tutulan elmi tədqiqat işlərinin mövzuları təsdiqlənib

Fevralın 5-də Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclasda institut alimlərinin qarşısında duran vəzifələr, yeni plan işlərinin mövzuları müzakirə olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclasa sədrlik edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi, siyasi, mədəni, sosial, hərbi və digər sahələrdə yüksək inkişafa nail olduğunu söyləyib. Qeyd edib ki, respublikamızın sürətli iqtisadi inkişafı, dünya miqyasında qüdrətinin artması, hərbi sahədə əldə edilən uğurlar bu gün Azərbaycan elmi qarşısında da ciddi vəzifələr qoyur. Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, aparılan islahatlar ölkənin siyasi, iqtisadi, mədəni həyatını əsaslı şəkildə modernləşdirməyə yönəlib. Akademiyanın institutlarında tədqiqatlar dünya elminin prioritet istiqamətlərinə və Azərbaycanın milli maraqlarına uyğun aparılmalı, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı qarşısında duran vəzifələr ilə uzlaşmalıdır. Plan işlərində Azərbaycanın mövqeyinin dünya miqyasında möhkəmlənməsinə, dövlətimizin maraqlarına xidmət edən mövzular öz əksini tapmalıdır. Azərbaycan alimləri dünya elmində gedən proseslərə daha sıx inteqrasiya olunmalı, fundamental-elmi və nəzəri-metodoloji, sosial-iqtisadi, ictimai-mədəni və ideoloji baxımdan xüsusi əhəmiyyət kəsb etməyən, müasir dünya elminin inkişaf tendensiyaları ilə uzlaşmayan ənənəvi mövzulardan imtina etməlidirlər.

G.Baxşəliyeva ötən ilin payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə qalib gələrək torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyulduğunu deyib. Bildirib ki, bu Qələbə bütövlükdə cəmiyyətimizin, o cümlədən Azərbaycan alimlərinin qarşısında yeni böyük vəzifələr qoyur, yeni tədqiqat işlərinin planlarında Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, folkloru, etnoqrafiyası və s. öyrənilməsi ilə bağlı kompleks tədqiqatların yer almasını zəruri edir. Şərqşünas alimlər də mövcud reallığı nəzərə alaraq, fəaliyyətlərini bu yöndə qurmalı, tədqiqatlarını prioritet istiqamətlərdə aparmalıdırlar. Bununla əlaqədar Şərqşünaslıq İnstitutunda alimlərin qarşısında qoyulan əsas vəzifələr müəyyənləşdirilib, Qarabağa dair mövzular qarşıdakı illərdə əsas prioritet istiqamətlərdən biri kimi təyin edilib. İnstitutda aparılan elmi-tədqiqatları əhatə edən problemlər sırasında “Qarabağ şərqdilli mənbələrdə, elmi ədəbiyyatda və mətbuatda” yer alıb. Bu çərçivədə aparılacaq tədqiqatlar “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Şərq ölkələri mətbuatında” və “Qarabağın tarixi və mədəniyyətinə aid Şərq mənbələrinin tərcüməsi və tədqiqi” mövzuları daxilində olacaq. Qeyd edilən problem çərçivəsində 2021-2023-cü illər üçün institutun 8 aliminin tədqiqat mövzusu müəyyənləşib.

G.Baxşəliyeva “Nizami Gəncəvi İli” çərçivəsində Şərqşünaslıq İnstitutunda da dahi şairin yaradıcılığına dair tədqiqatların aparılacağını, kitabların nəşr ediləcəyini, konfrans, elmi sessiya və seminarların keçiriləcəyini bildirib. Həmçinin institutda “Nizami Gəncəvi yaradıcılığı və Şərq ədəbiyyatları qarşılıqlı təsir və əlaqə kontekstində” mövzusu üzrə bir sıra tədqiqatlar aparılacaq. Bu sırada şərqşünas alimlərin “İranda nizamişünaslığın tarixşünaslığı”, “İranda İslam inqilabından sonra Nizami şəxsiyyəti və ədəbi-bədii irsinə münasibət”, “Nizami yaradıcılığı ümumbəşəri dəyərlər kontekstində”, “Müasir ərəb ədəbiyyatşünaslığında Nizami Gəncəvi” və s. mövzularda araşdırmalar aparmaları, məqalələr hazırlamaları planlaşdırılır.

Cari ildə Şərqşünaslıq İnstitutunda akademik Gövhər Baxşəliyevanın “Bir daha Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında”, professor Mehdi Kazımovun “Nizami “Xəmsə”si və farsdilli ədəbiyyat (XVI-XVIII əsrlər)”, Pərvin Əsədullayevanın “Nizami “Xəmsə”sində zaman konseptinin linqvistik ifadə vasitələri” əsərləri, eləcə də filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadə tərəfindən tərcümə edilən Nizami məktəbinin ardıcılı Hatifinin “Həft mənzər” əsərinin fars dilindən tərcüməsi nəşr olunacaq. İran alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət toplunun hazırlanması və nəşri də planlaşdırılır. Bu il institutda “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq konfrans, həmçinin “Azərbaycan şərqşünaslarının nizamişünaslığa töhfəsi” mövzusunda elmi sessiya, eləcə də mütəmadi seminarlar keçiriləcək.

İclasda institutda 2021-2025-ci illər üçün nəzərdə tutulan elmi tədqiqat işlərinin mövzuları müzakirə edilərək təsdiqlənib.

İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev, filologiya üzrə fəlsəfə doktorları Səbinə Səlimova, Vüqar Məmmədov və başqaları çıxış edərək 2021-2025-ci illər üçün nəzərdə tutulan elmi tədqiqat işlərinin, o cümlədən Qarabağ və Nizami Gəncəvi ilə əlaqədar planlaşdırılan işlərin əhəmiyyətini vurğulayıb, şərqşünas alimlərin bu işlərin öhdəsindən layiqincə gələcəklərinə əminliklərini bildiriblər.

 
  • Oxunub:  2490  |  
  • Tarix:  05-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur
03 Mart 11:03
Cari ildə Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,5 milyon dollar gəlir əldə edib
03 Mart 11:01
Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır
03 Mart 10:47
Dövlət qulluğu vəzifələri üzrə imtahan vermiş namizədlər haqqında statistik məlumatlar açıqlanıb
03 Mart 10:39
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
03 Mart 10:38
Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir
03 Mart 10:34
Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir
03 Mart 08:45
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
03 Mart 08:43
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
03 Mart 08:36
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb
03 Mart 08:30
“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03 Mart 08:29
Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03 Mart 08:28
Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası
02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5