Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının onlayn formatda iclası keçirilib. İclasda rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər. Toplantıda YAP Abşeron rayon təşkilatının 2020-ci il ərzindəki fəaliyyətinin yekunları və 2021-ci il üçün iş planı müzakirə edilib.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, 2020-ci il özünəməxsus tarixi əhəmiyyəti olan "Zəfər ili" kimi Azərbaycanın müstəqillik tarixinə, ictimai-siyasi həyatına qızıl hərflərlə əbədi həkk olunub, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu döyüş meydanında əzəli düşmənimizin belini qırdı, işğalçı Ermənistanın ordusunu məhv etdi və hərbi qələbələr nəticəsində siyasi arenada da düşməni təslim olmağa vadar etdi. Beləliklə, Azərbaycan xalqının 28 illik torpaq həsrətinə son qoyuldu, Azərbaycan torpaqları mənfur düşmənin işğalından azad olundu, ərazi bütövlüyümüz və dövlət sərhədlərimiz bərpa edildi.
Daha sonra B.Vəliyev rayon təşkilatının 2020-ci il ərzindəki fəaliyyəti haqqında məlumat verib. O, həmçinin 2021-ci il üçün nəzərdə tutulan iş planı haqqında da danışıb.
İclasda YAP İcra Katibliyinin məsul əməkdaşı Emil Abbasov, rayon təşkilatının sədr müavini İlham Manafov və təşkilatın Şura üzvü Nazilə Məmmədova çıxış ediblər.
Toplantıda, həmçinin YAP İcra Katibliyinin Təşkilat şöbəsinin müdiri, millət vəkili Aydın Hüseynov çıxış edərək qarşıda duran vəzifələrdən bəhs edib.
Müzakirələrdən sonra YAP Abşeron rayon təşkilatının 2021-ci il üçün iş planı qəbul edilib.
- Oxunub: 4140 |
- Tarix: 05-02-2021 |
-
Çap et |