Ana səhifə »  Xəbər lenti »  Vüqar Rəhimzadə: İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Milli Prioritetlərdə əsas hədəflərdəndir
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Milli Prioritetlərdə əsas hədəflərdəndir

Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni prioritetlərin müəyyənləşdirilməsini, onların icrası ilə bağlı Dövlət proqramlarının, inkişaf strategiyalarının təsdiqlənməsini bir zərurətə çevirir. Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyması Azərbaycanın inkişaf modelinin təkmilləşdirilməsinə yol açdı. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün regionların malik olduğu təbii resurslardan səmərəli istifadəyə böyük ehtiyac yarandı ki, bu da öz növbəsində regional inkişaf proqramlarının qəbulunu şərtləndirdi. Artıq 2004-cü ildən indiyədək 3 dövlət proqramının icrası başa çatıb, dördüncü sənədin icrası davam edir. Təbii ki, yeni-yeni hədəflər müəyyənləşdirildikcə aktual vəzifələr ortaya çıxır ki, bu da Dövlət proqramlarının qəbulu ilə tənzimlənir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu sənədlərdən əlavə qəbul edilən və icrası istiqamətində mühüm addımlar atılan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, 12 istiqamət üzrə Strateji yol xəritələri Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini təmin etməklə yanaşı, eyni zamanda, ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Buna əmin olmaq üçün Azərbaycanın son 17 ildə əldə etdiyi sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Ötən il dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə ili olmasına baxmayaraq, Azərbaycanda 2020-ci ilin göstəriciləri də o qədər narahatlıq doğuran deyildi. Çünki insanların sağlamlığının təminatı ilə bərabər, iqtisadi islahatların daha da dərinləşdirilməsi, sosial layihələrin icrasının davam etdirilməsi istiqamətində mühüm addımlar atılmış və müvafiq tədbirlər bu gün də davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 sosial dəstək proqramının uğurlu icrası ortaya çıxan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadı. Sosial dəstək proqramları bir daha təsdiqlədi ki, COVID-19-un yaratdığı problemlərə baxmayaraq, Azərbaycanda heç bir layihənin icrası təxirə salınmayıb, əksinə əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olub.

Baş redaktor bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bugünədək 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi. Azərbaycanın bu hədəflərə nail olmaq üçün atdığı addımların nəticəsidir ki, Dünya Bankının hesabatlarında ən islahatçı ölkələr sırasında yer alıb. Bu reytinqlər ölkəmiz üçün qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu illər ərzində idarəetmə sistemində təkmilləşmə də uğurlarımızı şərtləndirən amillər sırasındandır. Kadr islahatları, hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmələrdə məqsəd dayanıqlı inkişafın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına dəstək verməkdir. Kompleks tədbirlər fonunda qarşıya qoyulan hədəflərin icrası növbəti məqsədlərin təhlilini zərurətə çevirir.

V.Rəhimzadə günümüzün əsas çağırışlarından biri kimi vətəndaş məmnunluğunun artırılmasını önə çəkərək, dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin icrasına, onların coğrafiyasının genişləndirilməsinə diqqət yönəldib. Azərbaycanın keçdiyi yolun inkişafda olan, yaxud da çətinliklər içində yaşayan bəzi ölkələr üçün nümunə olduğunu xüsusi qeyd edən baş redaktor deyib: “Əgər dünya artıq inkişafın Azərbaycan modelindən bəhs edirsə və öyrənilməsinin vacibliyi bəyan edilirsə, bu, həyata keçirilən siyasətin uğurlu olmasından, gələcəyə hesablanmasından irəli gəlir. İkinci Qarabağ müharibəsində dünyaya səs salan hərbi və siyasi Zəfərimiz də uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, ötən illər ərzində hər bir sahədə gücləndik, beynəlxalq hüquqa əsaslanan xarici siyasətimizin uğurla həyata keçirilməsi nəticəsində haqqın, ədalətin kimin tərəfində olduğunu dünyaya çatdırdıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan yeni reallıqlar yaratdı və bu gün həmin reallıqlara uyğun olaraq həm ölkə daxilində yeni hədəflər müəyyənləşdirilir, həm də bölgədə yeni əməkdaşlıq formatları yaradılır. Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Prezident İlham Əliyevin “Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun” fikirləri hər kəsdən, xüsusilə dövlət məmurlarından məsuliyyət hissini artırmağı, müəyyənləşdirilən hədəflərə çatmağa öz töhfələrini verməyi tələb edir”.

“Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni dövrün reallıqlarına uyğun prioritetlərin və onların icrası mexanizminin müəyyənləşdirilməsinə xidmət edir”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq ölkəmizin həyatında yeni dövr-quruculuq, bərpa dövrü başlayıb. “İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsi sistemli şəkildə həyata keçirilir. Yeni sənəddə də bu məqamlar öz əksini tapır ki, “Qüdrətli dövlət, yüksək rifah” hər zaman həyata keçirilən siyasətin əsasını təşkil edir. Bu reallıq bir daha önə çəkilir ki, Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. İşğalçı Ermənistan üzərində tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkənin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafımıza böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması da bugünədək həyata keçirdiyi təkmil sosial-iqtisadi islahatlara əsaslanır”, - deyə o bildirib.

Baş redaktor vurğulayıb ki, yeni təsdiqlənən sənədə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır - dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının müəyyənləşdirdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrasında da xüsusi əhəmiyyət kəsb edir. “Bu gün əsas çağırış işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsidir. Bu ərazilərdə bərpa işlərinin həyata keçirilməsinə dost ölkələrin şirkətləri də cəlb edilir. Dövlətimizin başçısı İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün bizə yaxşı tərəfdaşlar lazım olacaq. Bərpa işlərinin o qədər də asan olmadığı belə əsaslandırılır ki, işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən bütün binalar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər şey sıfırdan başlanacaq”, - deyə V.Rəhimzadə qeyd edib.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  04-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur
03 Mart 11:03
Cari ildə Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,5 milyon dollar gəlir əldə edib
03 Mart 11:01
Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır
03 Mart 10:47
Dövlət qulluğu vəzifələri üzrə imtahan vermiş namizədlər haqqında statistik məlumatlar açıqlanıb
03 Mart 10:39
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
03 Mart 10:38
Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir
03 Mart 10:34
Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir
03 Mart 08:45
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
03 Mart 08:43
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
03 Mart 08:36
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb
03 Mart 08:30
“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03 Mart 08:29
Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03 Mart 08:28
Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası
02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5