COVID-19-un beyində törətdiyi fəsadlar barədə araşdırmaların nəticələri daha böyük təhlükələrdən xəbər verir. Mütəxəssislərin gəldiyi qənaətə görə, virusun beyində yaratdığı fəsadlar ən həssas orqanları da zədələmə xarakteri daşıya bilər. “Lenta.ru” portalının yaydığı məlumata görə, “TASS” agentliyinə verdiyi müsahibədə immunoloq Vladislav Jemçuqov deyib ki, COVID-19-dan sağalan xəstələrdə eşitmə və görmə qabiliyyətində mənfi təsir müşahidə olunur: “Koronavirus oksigenin qanla nəqlinə, bütün orqanlardakı qan damarları və sinirlərə zərər verir. Virus bədənin ən zəif nöqtəsini tapan kimi ora zərbə vurur. Bu vəziyyətdə fəsadların dərəcəsi xəstənin orqanizmindən asılı olacaq”.
Həkim xatırladıb ki, xəstəlikdən sonra yalnız eşitmənin pisləşməsi deyil, həm də qəribə səslər eşitmə halları da müşahidə edilir. Bundan əlavə, COVID-19-dan sonra bədən toxumalarının həssaslığı pozula bilər. Mütəxəssis deyir ki, bu vəziyyətdə xəstənin keçmiş zədələrini və xəstəliklərini nəzərə almaq vacibdir.
Qeyd edək ki, bundan bir qədər əvvəl ingilis həkimlər koronavirusun kortikal korluğun ağırlaşmasına gətirib cıxardığı barədə rəy vermişdlər. Bu zaman xəstənin göz bəbəkləri işığa normal reaksiya göstərməsinə baxmayaraq, insan görmə qabiliyyətini tamamilə itirir. Müalicə ilə görmə qismən bərpa edilsə də, pozuntular ciddi olaraq qalır.
- Oxunub: 2190 |
- Tarix: 04-02-2021 |
-
Çap et |