Ana səhifə »  Xəbər lenti »  Əliabbas Salahzadə: Qlobal iqtisadi reallıqlar yeni prioritetlərin müəyyənləşdirilməsini tələb edir
A+   Yenilə  A-
Əliabbas Salahzadə: Qlobal iqtisadi reallıqlar yeni prioritetlərin müəyyənləşdirilməsini tələb edir

Milli Məclisin deputatı Əliabbas Salahzadə 44 gün davam edən İkinci Qarabağ müharibəsində hərbi-siyasi Qələbəmizin ölkəmizin həyatında yeni dövr açdığını önə çəkərək prioritetlərə diqqət yönəldib: “ Son 17 ildə Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev  ilk gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürərək elmin-təhsilin-yeni texnologiyaların vəhdətliyinin yaradılması fonunda dayanıqlı inkişafın təmin edilməsini qarşıya əsas hədəf kimi qoydu. Möhtərəm Prezidentimiz dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinad edərək bildirir ki, həmin ölkələrə diqqət yetirsək görərik ki, onları irəli aparan elmdir, bilikdir, yeni texnologiyalardır.”

      Millət vəkili qeyd edib ki, son 17 ildə iqtisadiyyatın şaxələndirilməsi siyasəti öz bəhrəsini verir: “Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqı kimi tanınır. Təbii ki, ölkəsini irəli aparan, dünyada nümunəvi ölkə kimi tanıdan, xalqının yüksək rifah şəraitində yaşamasına çalışan Liderin ətrafında  xalq dəmir yumruq kimi birləşəcək, gələcəyə böyük inamla irəliləyəcək.”

   “44 günlük İkinci Qarabağ müharibəsi haqqı, ədaləti bərpa etməklə yanaşı,  Azərbaycanın bu illər ərzində böyük güc topladığına da işıq saldı.  Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan Ordusu tarix yazmaqla yeni reallıqları  yaratdı.  Regionda yeni əməkdaşlıq formatlarının yaradılması da bu tərkibdəndir.  Dövrün yeni reallıqları yeni inkişaf modelinin formalaşdırılmasını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. Dünyaya səs salan «ASAN xidmət», ABAD, DOST kimi Azərbaycan brendləri ölkəmizin idarəetmə sistemində yeniliyə, müasirliyə, təkmilləşməyə  nə dərəcədə açıq olduğunu nümayiş etdirir. Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin  Sərəncamı ilə  təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurlu icrası hədəflərin reallaşmasını təmin etdi. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, 3 dəfədən çox artan ümumi daxili məhsulun daha 2 dəfə artırılmasına nail olmaq  hədəflərimiz  sırasındandır.  Bir sözlə,  2020-ci ilədək dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini müəyyənləşdirmək,  onların gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə  təsdiqlənən  İnkişaf Konsepsiyasının uğurlu icrası, həmçinin Vətən müharibəsinin yaratdığı yeni reallıqlar yeni inkişaf modelinin, prioritetlərin müəyyənləşdirilməsini zərurətə çevirir. Artıq yeni dövrün reallıqları sırasında işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinin həyata keçirilməsi dayanır”,-deyə Ə.Salahzadə  vurğulayıb.

   Millət vəkili onu da əlavə edib ki,   dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var idi: “Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də  yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq istəyimizə xidmət edəcək.   Azərbaycan  postpandemiya və postmüharibə dövründə keyfiyyətcə yeni  və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur.  Ümumilikdə qeyd etsək,  qlobal iqtisadi reallıqlar, həmçinin yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin  sosial-iqtisadi inkişaf istiqamətlərinin  müəyyən olunmasını tələb edir.”

  Ə.Salahzadə qeyd edib ki,  dövlətimizin başçısı İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən  bütün dövrlər üçün aktuallığını qoruyub saxlayan  yeni texnologiyaların yaratdığı imkanlardan  bəhs edərək  işğaldan azad edilmiş ərazilərdə  “ağıllı şəhər”,  “ağıllı kənd” konsepsiyasının tətbiq edilməsinin vacibliyini bildirib: “Bu addım, eyni zamanda  Azərbaycanın müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyulduğu  digər bölgələri üçün yaxşı nümunə olacaq.  Müasirləşmək, irəliyə baxmaq  və inkişaf etmək üçün Azərbaycanın  güclü tərəfdaşa ehtiyacı olduğu xüsusi qeyd edilir. İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinə dost ölkələrin şirkətləri cəlb ediləcək.”

  Millət vəkili  onu da əlavə edib ki,  tariximizin yeni mərhələsinə qədəm qoymuşuq: “Azərbaycan azad edilmiş ərazilərində həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək, ölkəmiz qısa zamanda dünyanın diqqətini özünə çəkəcək, bütün işlər  nəzərdə tutulan vaxtda başa çatacaq, bu torpaqlarımızın malik olduğu resurslardan səmərəli istifadə regional əməkdaşlığın genişləndirilməsinə  öz töhfəsini verəcək.”

 
  • Oxunub:  2100  |  
  • Tarix:  04-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

28 Fevral 17:05
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb
28 Fevral 16:28
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb
28 Fevral 16:15
Azərbaycanda koronavirusdan 117 nəfər sağalıb, 270 yeni yoluxma faktı qeydə alınıb
28 Fevral 16:09
XİN: Ermənistanın aqressiv ritorikası rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir
28 Fevral 15:35
Respublikanın 7 şəhər və rayonunda magistraturaya qəbul imtahanı aparılıb
28 Fevral 14:50
Abram İxiilov: Dünya Azərbaycan və yəhudi xalqının dostluğunu anlamaq istəyirsə Qırmızı qəsəbəyə baş çəksin
28 Fevral 14:38
Deputat: Azərbaycan Prezidenti mətbuat konfransı ilə informasiya cəbhəsindəki mövqeyimizi daha da möhkəmləndirdi
28 Fevral 13:51
XİN: Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi
28 Fevral 13:50
“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur
28 Fevral 13:49
Gürcü jurnalistlər işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliyini lentə alırlar
28 Fevral 13:47
Müdafiə Nazirliyi Ağdam rayonunun Eyvazxanbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
28 Fevral 12:48
Azərbaycanda 273 mindən çox vətəndaşa koronavirus əleyhinə peyvənd vurulub
28 Fevral 12:07
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhə quraşdırılıb və aksiya keçirilib
28 Fevral 12:05
Dünya ictimaiyyəti Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun bir daha şahidi oldu
28 Fevral 10:53
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
28 Fevral 10:38
Professor Necdet Ünüvar: Xocalı soyqırımı məqsədli şəkildə insanlıq əleyhinə törədilən cinayətdir
28 Fevral 10:36
Litva Seyminin rəsmi saytı Azərbaycan və Litva parlamentlərarası dostluq qruplarının görüşündən yazıb
28 Fevral 10:34
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
27 Fevral 19:14
XİN: Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə qanunsuz şəkildə göndərilməsi birgə Bəyanatın kobud şəkildə pozulmasıdır
27 Fevral 19:05
Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib
27 Fevral 18:56
“France 24” kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb
27 Fevral 18:33
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir
27 Fevral 18:27
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir
27 Fevral 18:08
Jan-Mişel Brən: Fransa mətbuatı Xocalı faciəsinə biganə qalmamalıdır
27 Fevral 18:06
Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
27 Fevral 17:45
Azərbaycanda koronavirusdan 172 nəfər sağalıb, 278 yeni yoluxma faktı qeydə alınıb
27 Fevral 17:42
“Kənddən şəhərə” həftəsonu yarmarkası fəaliyyətə başlayıb
27 Fevral 17:36
Amerikalı konqresmen Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib
27 Fevral 17:17
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi beynəlxalq onlayn konfrans keçirib
27 Fevral 17:14
İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq
27 Fevral 17:07
“Azərlotereya” ASC-nin Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb
27 Fevral 17:02
Goranboyda Xocalı soyqırımı qurbanları yad edilib
27 Fevral 16:58
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər
27 Fevral 16:57
Prezident İlham Əliyev mətbuat konfransında mühüm mesajlar verdi
27 Fevral 16:55
“Israel Hayom” qəzeti: Azərbaycanlılar Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı qırğını heç vaxt unutmayacaq
27 Fevral 15:37
Azərbaycan Prezidenti mətbuat konfransında ölkəmizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətləri göstərdi
27 Fevral 15:20
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
27 Fevral 15:00
Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır
27 Fevral 14:57
Maisə Heybətova: Vaksinasiya edilənlərin sayının artması COVID-19 infeksiyasının qarşısını alacaq
27 Fevral 14:53
Arzuxan Əlizadə: Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir
27 Fevral 14:47
Torpaqlarımızın işğal olunması AXC-“Müsavat” cütlüyünün xəyanətinin nəticəsi idi
27 Fevral 14:36
Fuad Əliyev: Ermənistan beynəlxalq qanunvericiliyi və konvensiyaları pozduğuna görə mütləq cavab verməlidir
27 Fevral 14:31
Qulamhüseyn Əlibəyli: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir
27 Fevral 14:23
Rufiz Qonaqov: Ölkəmizdə postmüharibə dövründə siyasi dialoqun daha da gücləndirilməsi mühüm əhəmiyyətə malikdir
27 Fevral 13:58
Ukrayna gəncləri “Xocalıya ədalət!” aksiyası keçiriblər
27 Fevral 13:55
Nazirlər Kabineti “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradıb
27 Fevral 13:49
Bakı metrosundakı müasir tipli vaqonların sayı 75-ə çatıb
27 Fevral 13:44
Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib
27 Fevral 13:04
İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq
27 Fevral 12:15
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçirilib
27 Fevral 11:59
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılışı olub
27 Fevral 11:42
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edilib
27 Fevral 11:40
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
27 Fevral 11:39
Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir
27 Fevral 11:11
Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndinin videogörüntülərini yayıb - VİDEO
27 Fevral 10:58
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olanlar mənzil və fərdi evlə təmin olunacaq
27 Fevral 10:49
Xocalıdan olan rabitəçilərlə görüş keçirilib
27 Fevral 09:33
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
27 Fevral 09:30
ABŞ-ın ştatlarında Xocalı qətliamına həsr olunmuş tədbirlər davam edir
27 Fevral 09:27
Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir
26 Fevral 22:14
Qərbi Azərbaycan İcması Ankara Təmsilçiliyi Xocalı şəhidlərini anıb
26 Fevral 21:38
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral 20:30
Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
26 Fevral 20:26
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 20:23
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 20:19
Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
26 Fevral 19:32
Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq
26 Fevral 19:31
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib
26 Fevral 19:29
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
26 Fevral 19:26
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA