Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Texniki Universitetinin akademik və inzibati strukturunda dəyişiklik edilib

Azərbaycan Texniki Universitetinin akademik və inzibati strukturunda dəyişiklik edilib

04.02.2021 [12:47]

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib. Bu barədə Universitetdən AZƏRTAC-a bildirilib.

İclasda qeyd edilib ki, AzTU-nun 70 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən universitetin əməkdaşları təltif edilib və fəxri adlara layiq görülüb. Universitetin fəaliyyətinə göstərdiyi diqqətə görə dövlət başçısına təşəkkür ifadə olunub. Bundan başqa qeyd olunub ki, AzTU-nun 70 illiyi münasibəti ilə təhsil naziri Emin Əmrullayev də universitetin 27 əməkdaşını xüsusi mükafata layiq görüb.

Daha sonra bildirilib ki, AzTU-da aparılan struktur islahatları ilə əlaqədar olaraq, bir sıra kafedraların yenidən təşkili zərurəti yaranıb. Belə ki, elmi tədqiqat mövzularının müvafiq sahələr üzrə unifikasiyasının, həmçinin tədqiqat-tədris prosesinin təşkilində ixtisaslaşmanın və rasionallığın təmin olunması üçün fakültələr üzrə bəzi kafedraların adları dəyişdirilib, bəzi kafedralar isə birləşdirilərək bazasında yeniləri təşkil olunub.

Ümumilikdə akademik strukturla bərabər inzibati strukturda da müvafiq dəyişikliklər edilərək AzTU-nun təşkilati strukturu təsdiq edilib.

Qeyd edək ki, AzTU-nun yeni strukturunda müasir texnoloji inkişaf, əmək bazarına inteqrasiya və biznes əlaqələrinin inkişafına istiqamətlənmiş elmi-tədqiqat institutları formalaşdırılıb.

Paylaş:
Baxılıb: 178 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30