“Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək və damar cərrahiyyəsi üzrə 1252 əməliyyat həyata keçirilib".
APA-nın məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatların sayı 68 olub. O qeyd edib ki, ötən il stasionarda cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib.
- Oxunub: 2040 |
- Tarix: 04-02-2021 |
-
Çap et |