Fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) ənənəvi tədris bərpa olunacaq.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi də (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.
- Oxunub: 2310 |
- Tarix: 04-02-2021 |
-
Çap et |