Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fürsətbazların məyusluğu

Fürsətbazların məyusluğu

04.02.2021 [09:19]

Azərbaycan 44 gün davam edən Vətən müharibəsində möhtəşəm qələbə qazandı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz qısa müddət ərzində işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdi. Bununla da işğalçı Ermənistanın təcavüzkarlığına, son qoyuldu və düşmən ölkə sarsıdıcı məğlubiyyətə uğradıldı. Ötən il noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın şərtlərini qəbul edərək Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı bəyanata qol çəkməsi işğalçı ölkənin kapitulyasiyası deməkdir. Sözügedən sənədə əsasən, hərbi əməliyyatlar dayandırıldı, atəşkəs bərpa olundu və Ermənistanın işğalı altında olan digər ərazilər Azərbaycana qaytarıldı.
Təbii ki, şanlı Ordumuzun işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi bütün xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır. Ölkəmizin bütün guşələrində bu möhtəşəm qələbə coşqu ilə qeyd edilir. Eyni zamanda, xalqımız bütün şəhidlərin, o cümlədən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan övladlarımızın əziz xatirəsini daim uca tutur. Bu gün dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət, qayğı göstərir. Bütövlükdə, cəmiyyətimiz bu kateqoriyadan olan insanlara diqqət göstərilməsini özünün mənəvi borcu hesab edir.
Bütün bunların fonunda ölkəmizdəki radikal müxalifətin tutduğu mövqe isə cəmiyyətimiz tərəfindən ikrah və haqlı qəzəb hissi ilə qarşılanır. Bu da səbəbsiz deyil. Çünki məsələ burasındadır ki, ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti genişmiqyaslı hərbi təxribata cavab olaraq başlanan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Daha dəqiq desək, sentyabrın 27-dən siyasi fəaliyyətində moratorium elan etdiyini deyən radikal müxalifət Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların xaricdəki ermənipərəst və anti-Azərbaycan dairələrdən yeni təlimat almasına işarədir. Təbii ki, radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Yəni, Vətən müharibəsinin əvvəlində özlərini xalqa “vətənpərvər” kimi təqdim edənlər indi əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini müxtəlif bəhanələrlə azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.
Bunu onların sosial şəbəkələrdəki təxribatçı fəaliyyətlərindən də açıq şəkildə müşahidə etmək mümkündür. Belə ki, bu gün AXCP sədri Əli Kərimli başda olmaqla “beşinci kolon”un təmsilçiləri sosial şəbəkələrdə müxtəlif “mövzu”ları qabardaraq yeni “siyasi gündəm” formalaşdırmağa çalışırlar. Səbəb isə bəllidir.
Yuxarıda da qeyd etdiyimiz kimi, onsuz da, radikallar ötən il noyabrın 10-dan etibarən şəhidlərimizin qanı hesabına qazanılan qələbəni kiçiltmək üçün əllərindən gələni edirlər. Maraqlıdır ki, Ermənistan hakimiyyəti tərəfindən bu düşmən ölkənin məğlubiyyətə uğradığı açıq etiraf olunur və bu ölkənin əhalisi məğlubiyyətə görə mövcud iqtidarı kəskin tənqid edir. Bu gün Ermənistanda daxili gərginlik, etiraz aksiyaları səngimir. Belə olan halda, radikal müxalifətin ölkəmizdə ictimai rəyi çaşdırmaq istəyi nədən xəbər verir? Əgər imzalanmış Bəyanat bizim xeyrimizə deyilsə, ermənilərin maraqlarına uyğundursa, nə üçün Ermənistan əhalisi bu sənədi imzalayan hökumətin istefasını tələb edir?
Əslində, bu sualların cavabı aydındır. Qeyd etdiyimiz kimi, radikallar yenə də xaricdən aldıqları təlimatları yerinə yetirirlər. Amma onlar unutmamalıdır ki, vaxtilə məhz 1992-1993-cü illərdə öz hakimiyyətlərinin səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağ və ətraf rayonları itirmişdi.
Qeyd etdiyimiz kimi, 44 günlük Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı öz qanları, canları hesabına azad etdilər. Belə olan halda, vaxtilə hakimiyyətdə olmuş indiki radikalların sərgilədiyi mövqe qətiyyən qəbulolunmazdır.
Bir sözlə, radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də riyakarlıq yolunu tutur. Bu mövqe milli maraqlarımıza tamamilə zidd olmaqla yanaşı, bizə qarşı düşmən mövqedə olanların istəyinə uyğundur.

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30