Ana səhifə »  Xəbər lenti »  Adil Əliyev: Qarşıda bizi daha ciddi işlər gözləyir, bu səbəbdən də hər kəs öz məsuliyyətini başa düşməlidir
A+   Yenilə  A-
Adil Əliyev: Qarşıda bizi daha ciddi işlər gözləyir, bu səbəbdən də hər kəs öz məsuliyyətini başa düşməlidir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edildikdən sonra qarşıda duran əsas məqsədlərdən biri də bərpa-quruculuq işlərinin həyata keçirilməsi və vətəndaşlarımızın öz torpaqlarına geri qayıtmasıdır. Dövlətimizin başçısı həmişə çıxışlarında bildirir ki, işğaldan azad edilmiş ərazilər təkcə ölkəmizin yox, eyni zamanda, dünyanın cənnət guşələrindən birinə çevriləcək. Artıq bu sahədə işlərə start verilib və ilkin mərhələdə yolların, hava limanının tikintisi işləri sürətlə davam edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

Ərazilərin minalardan təmizlənməsinin, Ermənistanın ölkəmizə uzun illər ərzində vurduğu maddi və mənəvi ziyanın hesablanmasının diqqət mərkəzində olduğunu qeyd edən Adil Əliyev bildirib: “Hazırda Ermənistanın ölkəmizə vurduğu zərərin hesablanması məqsədilə mütəxəssislərin iştirakı ilə komissiyalar fəaliyyət göstərir. Ermənistanın vurduğu ziyan sözlə ifadə edilə bilməyəcək qədər böyükdür. Davam edən hesablamalar nəticəsində alacağımız rəqəmlərin çox böyük olacağı şübhəsizdir. Çünki Ermənistan ərazilərimizi yalnız işğal etməyib, orada mümkün olan bütün özbaşınalıqları, vandalizmi həyata keçirib. Ərazidə salamat binaların qalmaması, bütün infrastrukturun dağıdılması, tarixi, mədəni abidələrin məhv edilməsi nəticəsində ölkəmizə külli miqdarda ziyan vurulub.

Hazırlanan hesabatlar Ermənistanın vurduğu zərərin qarşılığında ödənilməli olan təzminatın məbləğinin müəyyənləşdirilməsi üçün əsas təşkil edəcək. Minatəmizləmə əməliyyatları başa çatdıqdan, habelə vurulan ziyanın məbləği müəyyən edildikdən sonra ərazidə quruculuq işləri daha da geniş vüsət alacaq.

Hazırda isə mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə modelinin qurulması, habelə həmin torpaqlarda aparılan bütün işlərin sistemləşdirilməsi və növbəti mərhələdə oraya böyük qayıdışın təmin olunmasıdır.

Məlum olduğu kimi, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında işğaldan azad edilmiş torpaqlarımızda aparılan işlərlə bağlı Qərargah yaradılıb.

Qərargahın əsas fəaliyyət istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərlə bağlı irəli sürülmüş təşəbbüslərin qiymətləndirilməsi, eyni zamanda, bölgənin gözəl guşəyə çevrilməsi istiqamətində planlı işlərin aparılmasıdır.

İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə sistemi qurulur, dövlətimizinə başçısının xüsusi nümayəndələri ərazilərə təhkim olunur və orada baş verən bütün hadisələr onların nəzarəti altındadır.

Belə ki, ilkin olaraq Şuşa şəhərinə xüsusi nümayəndə təyin edildi. Bundan əvvəl isə Şuşa dövlətimizin başçısı tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Bununla yanaşı, Şuşa şəhərinin Türk və İslam dünyalarının paytaxtı elan edilməsi istiqamətində ciddi iş aparılır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə yanaşı, aparılan abadlıq-quruculuq işləri, habelə işğaldan azad edilmiş ərazilərimizin sakinlərinin oraya geri qaytarılması prioritet məsələlərdəndir.

Təəssüflə qeyd etməliyik ki, belə bir məqamda bəzi məmurların irəli sürdüyü təkliflər olduqca absurd səslənir. Bəzən məmurların təkliflərinin əsasında dövlət mənafeyindən daha çox, şəxsi mənafe dayanır, bu cür münasibət isə qəbuledilməzdir.

Eyni zamanda, bəzi məmurların onlara edilən müraciətlərə yanaşma tərzləri olduqca qəbuledilməzdir. Belə ki, vəzifəli şəxslərə edilən müraciətlər zamanı onlar hər hansı bir problemin həlli üçün yalnız onlara fərdi qaydada müraciət etdikdən sonra məsələnin həllinin mümkün olacağını bildirirlər. Əfsuslar olsun ki, bəzən hər hansı bir məsələnin həlli üçün müvafiq icra hakimiyyəti orqanının rəhbərliyi ilə əlaqə saxlamaq müşkül məsələyə çevrilir. Belə olduqda isə sadə vətəndaşların həmin məmurların qəbuluna düşməsi, problemlərinin həll edilməsi demək olar mümkün deyil.

Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə deyib ki, hər bir məmur ona göstərilən etimadı doğrultmalıdır. Göstərilən etimadı doğrultmayanların, qanunsuz əməllər törədənlərin ilkin mərhələdə vəzifələrini, bəzi hallarda isə azadlıqlarını itirmələrinin dəfələrlə şahidi olmuşuq. Bu gün vəzifənin və ya səlahiyyətin həcmindən asılı olmayaraq, əsas amalımız Azərbaycan Prezidentinin formalaşdırdığı siyasi iradəyə uyğun olaraq dövlətə, dövlətçiliyə, vətəndaşlarımıza xidmətdir. Əgər əsas hədəf budursa, hansı səbəbdən bəzi məmurlar əlçatan olmaqdan imtina edir, görüşlərdən, telefon zənglərindən qaçır və sonda vətəndaşların problemləri daha da dərinləşir.

Bəzi hallarda vətəndaşların müraciətləri təmin olunmadığı üçün daha yuxarı qurumlara müraciətlər edilir, vətəndaşın məmurun qəbuluna düşməsi isə indiki məqamda mümkün deyil. Başadüşüləndir ki, indi pandemiyadır və hazırki məqamda qəbul mümkün deyil, amma ən azından müraciətlərə baxılaraq onların qanunvericiliyin tələblərinə uyğun həlli mümkündür. Lakin bəzi məmurlar sanki özlərini bütün cəmiyyətdən təcrid ediblər. Belə hallar heç xoşagələn deyil və cəmiyyətdə olan xoş əhval-ruhiyyənin, mehribançılığın, inamın əleyhinə yönələn yolverilməz hərəkətlərdir.

Ümid edirik ki, Prezident İlham Əliyevin Şuşanın məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edildiyi barədə fikirləri hamı üçün dərs olacaq. Çünki bu gün hər kəs torpaqlarımızın işğaldan azad edilməsinin cəmiyyətdə yaratdığı xoş ovqatın daimi olması istiqamətində əlindən gələni etməlidir. Axı qarşıda bizi daha böyük işlər gözləyir. Bunların içərisində ən mühümü isə işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi və oraya böyük qayıdışın təmin edilməsidir.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  03-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib
06 Mart 12:53
Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır
06 Mart 12:52
Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
06 Mart 12:51
Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06 Mart 12:48
Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır
06 Mart 12:09
Liviyanin müvəqqəti işlər vəkili: Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur
06 Mart 12:08
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndinin videogörüntülərini yayıb - VİDEO
06 Mart 11:38
Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar
06 Mart 11:33
YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
06 Mart 11:31
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
06 Mart 10:47
Sabah ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək
06 Mart 10:42
“Qardaşlığımızı dünyaya göstərdik”
06 Mart 10:38
“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır
06 Mart 10:37
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb
06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA