Azərbaycan Texniki Universiteti (AzTU) və Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutu arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutunun rektoru Valeri Pilyavski imzalayıblar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, müqavilədə tərəflərin birgə elmi-praktik seminar və konfranslar keçirməsi, həmçinin distant təhsil və elektron təlimlər üçün metodiki dərs vəsaitləri hazırlaması, qabaqcıl innovativ texnologiyalar üzrə təcrübə mübadiləsi aparması, elmi, elmi-metodiki məqalə, monoqrafiya nəşr etməsi qeyd olunub.
- Oxunub: 2130 |
- Tarix: 03-02-2021 |
-
Çap et |