Nərimanov rayonunda 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, daha sonra şəhid övladları və qazilərlə görüş keçirilib.
Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak ediblər.
Görüşdə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə, cəmi 44 gün ərzində azad edilməsinin tarixi əhəmiyyətindən bəhs olunub. Bu qələbəyə görə canını qurban vermiş qəhrəman əsgərlərimizin şücaətindən danışan natiqlər bu gün onların ruhunun şad olduğunu bildirib. Çıxışlarda həmçinin yaralı əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdarlıq edilib və bu gün ölkəmizdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi veteranlarına göstərilən diqqət və qayğıdan danışılıb.
Keçirilən görüş zamanı şəhid ailələrinin üzvləri və qazilərimiz dövlət tərəfindən göstərilən diqqət və qayğının bütün cəmiyyətimiz tərəfindən məmnunluqla qarşılandığını vurğulayaraq, işğal altında olan torpaqlarımızın azad olunmasına və bununla da xalqa qələbə sevinci yaşatdığına görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid övladları və qazilər Fəxri fərman və mükafatlarla təltif olunublar.
- Oxunub: 2280 |
- Tarix: 03-02-2021 |
-
Çap et |