Ana səhifə »  Xəbər lenti »  Sədaqət Vəliyeva: Azərbaycan dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarıdır
A+   Yenilə  A-
Sədaqət Vəliyeva: Azərbaycan dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarıdır

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə sahəsində atılan addımlar və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. 47 ölkədə 44 mindən artıq insan arasında sorğu keçirmiş nüfuzlu “Gallup International” təşkilatı da vətəndaşların onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirdiyini təsdiq edib. Təsadüfi deyil ki, vətəndaşların hökumətin pandemiya ilə mübarizəsindən razılıq səviyyəsinə görə Azərbaycan lider ölkələr sırasındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək istədiyinə nail olub: “Sirr deyil ki, pandemiya dövründə Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması, eyni zamanda, yeni xəstəxanaların inşa edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirmişdi. Ölkəmizdə 13 modul tipli xəstəxana inşa edilmişdi ki, bununla da formalaşan xəstəxana fondu xəstəliklə bağlı bütün məsələlərin həll olunmasına tam imkan verirdi. Eyni zamanda, pandemiyaya qədər Azərbaycanda 8 laboratoriya var idi və gündə cəmi 1000 test keçirilə bilirdi. Bu gün isə laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Təsadüfi deyil ki, bu günə qədər 2.5 milyondan çox test keçirilib. Bütövlükdə pandemiya dövründə insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən atılan addımlar onun necə prinsipial mövqe tutduğunu isbatlayırdı”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan olub: “Sirr deyil ki, dövlət pandemiyanın ilk günlərindən işləri düzgün təşkil etmiş və bütün lazımi addımları atmaqla beynəlxalq təşkilatlarla təmaslar qurmuşdu. Elə bunun nəticəsidir ki, Azərbaycan 4 milyon doz Çin istehsalı olan vaksinin gətirilməsini təmin etmişdi. Təsəvvür edin ki, bu gün dünyada onlarla dövlət var ki, hələ də vaksin ala bilməyib. Lakin Azərbaycan Avropa İttifaqından 1 ay sonra vaksinasiya işlərinə başladı. Bu, bir daha dövlətin vətəndaşlarının sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək önəmi nümayiş etdirir. O da sirr deyil ki, Azərbaycan COVAKS təşəbbüsünün üzvü kimi bir neçə vaksin istehsal edən şirkətlə müqavilə imzalayıb və bununla da ölkəyə müxtəlif vaksinlərin gətirilməsi də təmin ediləcək”.

“O da hər kəsə bəllidir ki, bu gün dünyada vaksin məsələsi ətrafında mübarizə gedir”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, inkişaf etmiş ölkələr ədalətsizlik nümayiş etdirməklə kasıb dövlətləri ümumiyyətlə nəzərə almırlar: “Məsələn, hazırda Kanada əhalisinin 400 faizi, Böyük Britaniya əhalisinin 295 faizi, Avstraliya əhalisinin isə 269 faizi üçün vaksin ehtiyatı alıb. Sual yaranır, məqsəd nədir? Bəs kasıb ölkələr nə etsinlər? Onların əhalisi ölümə tərk edilməlidir? Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi sözügedən məsələni qlobal səviyyədə qaldırması bu mənada təsadüfi çağırış deyildi. Prezident İlham Əliyev bir müddət əvvəl BMT-nin Baş Assambleyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmış, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif etmişdi. Təəssüf ki, ölkəmizin vaksinasiya mövzusunda təklif etdiyi humanist ideyaları ilə bir çox inkişaf etmiş ölkələrin ədalətsiz və eqoist yanaşması kontrast təşkil edir. Baxın, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Amma həmin ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. ABŞ istehsalı olan “Moderna” vaksininin 98 faizini, Avropa vaksini “Pfizer”in isə 96 faizini zəngin ölkələr sifariş ediblər. O zaman sual yaranır ki, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər? Bu mənada, Azərbaycan dünyada ədalətli vaksinasiya prosesinin həyata keçirilməsinin tərəfdarıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev haqlı olaraq dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq özlərini demokratiyanın beşiyi hesab edən dövlətlərin gerçək mahiyyətini üzə çıxardı. Prezident İlham Əliyevin səsləndirdiyi faktlar da təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş ölkələri bu mövzuda açıq şəkildə ədalətsizlik nümayiş etdirirlər”.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  03-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
02 Mart 14:36
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər
02 Mart 14:27
Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
02 Mart 14:17
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar
02 Mart 14:08
Ötən gün ölkəmizdə 22 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub
02 Mart 13:52
Xəzər dənizində zəlzələ olub
02 Mart 13:24
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
02 Mart 13:20
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib
02 Mart 13:12
Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
02 Mart 13:10
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
02 Mart 13:09
ÜST: Son yeddi həftə ərzində COVID-19-a yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb
02 Mart 12:59
Azərbaycanın mədəniyyət naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb
02 Mart 12:56
Prezident İlham Əliyevin mətbuat konfransını İspaniyanın “La Vanguardia” qəzeti də işıqlandırıb
02 Mart 12:50
Xorvatiya portalında ermənilərin Qarabağda törətdikləri vandallıq aktları ilə bağlı məqalə dərc olunub
02 Mart 12:41
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
02 Mart 12:39
Azərbaycanla Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
02 Mart 12:36
Bu il Formula 1 Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq
02 Mart 12:18
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
02 Mart 12:12
Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir
02 Mart 12:11
Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb - VİDEO
02 Mart 12:10
Təhsil Nazirliyi: Fevralda Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 87 nəfər işə qəbul olunub
02 Mart 12:09
Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir
02 Mart 12:06
Türkiyədə ənənəvi təhsil bu gündən bərpa olunur
02 Mart 12:04
Fransa portalında Azərbaycan multikulturalizmindən bəhs olunub
02 Mart 09:45
Qalib Azərbaycan dövləti öz şərtlərini diktə etmək iqtidarındadır
02 Mart 09:42
Hikmət Babaoğlu: Dünyanın heç bir lideri medianın gücündən Azərbaycan Prezidenti kimi istifadə edə bilməyib
02 Mart 09:39
Revanşistlərlə radikalların sinxron hərəkəti
02 Mart 09:35
YAP Lənkəran rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
02 Mart 09:34
David İbramxəlilov: Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək
02 Mart 09:33
YAP Şəmkir rayon təşkilatının fəalları qazilərlə görüşlərini davam etdirir
02 Mart 09:31
Hafis Bəşirov: Milli Prioritetlər vacib hədəfləri və əsas strateji məqsədləri ehtiva edir
02 Mart 09:29
YAP Salyan rayon təşkilatının hesabat yığıncağı keçirilib
02 Mart 09:28
Turani Əliyev: Milli Prioritetlər ölkənin əsas inkişaf perspektivlərini müəyyənləşdirir
02 Mart 09:27
Əlisahib Hüseynov: Şəhid ailələrinə və qazilərə daim həssaslıqla yanaşılır, onların problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır
02 Mart 09:27
Əsli Kazımova: Dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq
02 Mart 09:26
Sübut Əsədov: Böyük Qayıdışın həyata keçirilməsi üçün bütün işlər Azərbaycanın öz daxili resursları hesabına görüləcək
02 Mart 09:24
Qabil Hüseynli: Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib
02 Mart 09:23
Əli Kərimli sosial şəbəkələrdə ermənipərəst dairələrin təbliğatçısı kimi...
02 Mart 09:11
Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
02 Mart 09:08
Azərbaycan dilində böyük qazax şairi Abayın “Şeirlər, poemalar, Qara sözlər” kitabı nəşr olunub
02 Mart 09:07
“Peyvəndləmə tədbiri nəticəsində həyat normal məcraya dönəcək”
02 Mart 09:05
Azərbaycançılıq ideologiyasının təbliği milli ədəbiyyatımızın aktual mövzularındandır
01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+3 +5