Ana səhifə »  Xəbər lenti »  YAP Səbail rayon təşkilatında Gənclər Günü münasibətilə videokonfrans keçirilib
A+   Yenilə  A-
YAP Səbail rayon təşkilatında Gənclər Günü münasibətilə videokonfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, partiyanın gənc fəallarının iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli, YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli, Vətən müharibəsinin iştirakçısı, müzəffər Azərbaycan Ordusunun qalib əsgəri İmran Məmmədov, YAP Səbail rayon Gənclər Birliyi Şurasının üzvü Aygün Kazımova, YAP Səbail rayon təşkilatı Könüllülər Birliyinin rəhbəri Rəşad İmanov, rayon partiya təşkilatının stajeri Aytac Məhərrəmli, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru Cavidan Adilzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektorunun köməkçisi Cavid Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YAP GB sədri Aytəkin Hacıyeva, Qərb Kaspi Universitetinin YAP GB və Tələbə Gənclər Təşkilatının sədri Xalid Mirzəyev və YAP Səbail rayon təşkilatı Könüllülər Birliyinin üzvləri Taleh Mansurov, Xatun Kərimova və İlahə Məmmədova Vətən müharibəsində qalib Azərbaycanın müasir gəncliyi, Azərbaycanda dövlət gənclər siyasəti, 1996-cı ildən etibarən keçirilən Azərbaycan Gənclərinin Forumları, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, YAP Gənclər Birliyinin görülən işlərdə xüsusi rolu və töhfələri mövzularında çıxışlar ediblər.

Tədbirdə Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi böyük ehtiramla yad olunub, qazilərimizə şəfa arzulanıb. Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı Vətənpərvərlər Təşkilatının” sədri, gənc muğam ifaçısı Yusif Cəfərbəyli şəhid Xudayar Yusifzadənin ifasında məşhurlaşan və “Xudayar təsnifi” kimi tanınan “Vətən yaxşıdır” mahnısını ifa edib. Videokonfransda 2020-ci il ərzində rayon partiya təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən gənclər YAP Səbail rayon təşkilatının fəxri fərmanları və sertifikatları ilə təltif olunublar.

YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə tarixi və dəyərli hədiyyəsi olan Gəncləri Günü münasibətilə bütün gəncləri səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, təhsil sahəsində, şəxsi həyatlarında, ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Gənclik sözünün gözəllik, yenilik, inkişaf, tərəqqi, yaradıcılıq, interaktivlik, mütərəqqi dəyişikliklərlə xarakterizə olunduğunu qeyd edən Ş.Hacıyev bütün gənclərə insan həyatının ən gözəl və qibtə olunacaq dövründə həm özləri, ailələri, həm də Vətənimiz, dövlətimiz üçün faydalı olmağı, potensiallarını, bilik və bacarıqlarını ölkəmizin tərəqqisi və inkişafı naminə uğurla reallaşdırmağı tövsiyə edib.

Sədr “Azərbaycan Gəncləri Gününün tarixi əhəmiyyəti, ulu öndər Heydər Əliyevin və onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi yüksək diqqət və qayğı, gənclərə olan etimadı və inamı haqqında danışaraq qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlətin siyasi prioritetləri sırasına daxil edilib və ölkəmizdə sağlam düşüncəli vətənpərvər gəncliyin formalaşması və təşkilatlanması istiqamətində gözəl nəticələr əldə olunub. Ş.Hacıyev bildirib ki, “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən eyni həssaslıq və diqqətlə davam etdirilir, Azərbaycan gənclərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, ölkəmizdə gənclərin yüksəkixtisaslı təhsil alması, özünüinkişafı və potensiallarını reallaşdırmaları üçün hər cür şərait yaradılır. Gənclərlə bağlı dövlət proqramları və konsepsiyaların, o cümlədən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın uğurlu icrası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və çoxsaylı gənclər təşkilatlarının təqdirəlayiq fəaliyyəti nəticəsində Azərbaycanda müstəqillik illərində yüksək vətənpərvərliyi, dövlətimizə, milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlılığı ilə seçilən müasir və nümunəvi gənclər formalaşıb. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında məhz bu gənclər öz şücaətləri, milli ruhları, qəhrəmanlığı və fədakarlığı ilə Azərbaycanın yeni, şanlı tarixini yazdılar. Biz gənclərimizlə, igid, yenilməz, qalib Azərbaycan Ordusu ilə fəxr edirik”.

Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşən vətənpərvər Azərbaycan gənclərinin cəmiyyət həyatının bütün sahələrində önəmli rolu, mövqeləri və töhfələrini xüsusi qeyd edən Ş.Hacıyev 2020-ci ildə həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi günlərində YAP gənclərinin ön və arxa cəbhədəki fəaliyyətini yüksək qiymətləndirib. Qəhrəman əsgərlərimiz başda olmaqla bütün Azərbaycan gənclərini bayram münasibətilə bir daha təbrik edən Ş.Hacıyev gənclərimizə dövlət müstəqilliyimizi və hər qarış Vətən torpağını göz bəbəyi kimi qorumağı, ölkəmizin ildən-ilə daha da güclənməsi və inkişafı uğrunda yorulmadan çalışmağı tövsiyə edib.

Müzəffər Azərbaycan Ordusunun qalib əsgəri İmran Məmmədov 44 günlük Vətən müharibəsi günlərində keçdiyi şərəfli döyüş yolu, iştirak etdiyi Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğurundakı döyüşlər haqqında gənclərə məlumat verib və müharibə günlərində həm ön, həm arxa cəbhədə Azərbaycan Ordusuna göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür edib.

Videokonfransda çıxış edən bütün gənclər başda Azərbaycan əsgərləri olmaqla bütün Azərbaycan gənclərini Gənclər Günü münasibətilə təbrik ediblər, Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq dastanı yazan əsgərlərimizin igidliyindən, arxa cəbhədə gənclərin informasiya məkanındakı mübarizəsindən, “Könüllülər ili” çərçivəsində pandemiya ilə mübarizədə görülən işlərdən danışıblar və gələcək fəaliyyətləri ilə bağlı bir çox təklif və təşəbbüslərini səsləndiriblər.

Sonda ötən ildəki fəaliyyətlərinə görə bir qrup fəal gənc YAP Səbail rayon təşkilatının fəxri fərmanları və sertifikatları ilə təltif olunublar.

 
  • Oxunub:  4140  |  
  • Tarix:  03-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
02 Mart 14:36
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər
02 Mart 14:27
Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
02 Mart 14:17
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar
02 Mart 14:08
Ötən gün ölkəmizdə 22 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub
02 Mart 13:52
Xəzər dənizində zəlzələ olub
02 Mart 13:24
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
02 Mart 13:20
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib
02 Mart 13:12
Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
02 Mart 13:10
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
02 Mart 13:09
ÜST: Son yeddi həftə ərzində COVID-19-a yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb
02 Mart 12:59
Azərbaycanın mədəniyyət naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb
02 Mart 12:56
Prezident İlham Əliyevin mətbuat konfransını İspaniyanın “La Vanguardia” qəzeti də işıqlandırıb
02 Mart 12:50
Xorvatiya portalında ermənilərin Qarabağda törətdikləri vandallıq aktları ilə bağlı məqalə dərc olunub
02 Mart 12:41
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
02 Mart 12:39
Azərbaycanla Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
02 Mart 12:36
Bu il Formula 1 Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq
02 Mart 12:18
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
02 Mart 12:12
Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir
02 Mart 12:11
Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb - VİDEO
02 Mart 12:10
Təhsil Nazirliyi: Fevralda Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 87 nəfər işə qəbul olunub
02 Mart 12:09
Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir
02 Mart 12:06
Türkiyədə ənənəvi təhsil bu gündən bərpa olunur
02 Mart 12:04
Fransa portalında Azərbaycan multikulturalizmindən bəhs olunub
02 Mart 09:45
Qalib Azərbaycan dövləti öz şərtlərini diktə etmək iqtidarındadır
02 Mart 09:42
Hikmət Babaoğlu: Dünyanın heç bir lideri medianın gücündən Azərbaycan Prezidenti kimi istifadə edə bilməyib
02 Mart 09:39
Revanşistlərlə radikalların sinxron hərəkəti
02 Mart 09:35
YAP Lənkəran rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
02 Mart 09:34
David İbramxəlilov: Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldəcək
02 Mart 09:33
YAP Şəmkir rayon təşkilatının fəalları qazilərlə görüşlərini davam etdirir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA