Ana səhifə »  Xəbər lenti »  Prezident İlham Əliyev: Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib

Azərbaycan gəncliyinin inkişafı daim dövlətin diqqət mərkəzindədir
Tarixin bütün dönəmlərində ölkələrin inkişafında gənclərin xüsusi rolu olub. Onlar, bir qayda olaraq, hər bir cəmiyyətin avanqard hissəsini təşkil edirlər. Müasirlik, novatorluq gənclərin adı ilə bağlıdır. Bu baxımdan Azərbaycan gənclərinin respublikamızın inkişafına verdikləri töhfələr də hər cür xoş sözə layiqdir. Gənclərimiz dövlətin, şəxsən Prezident İlham Əliyevin onlara bəslədiyi ümidləri yüksək səviyyədə doğruldurlar. Ölkəmizin həyatının elə bir sahəsi yoxdur ki, orada gənclərin təşəbbüslərinin, fəallıqlarının şahidi olmayaq. Azərbaycan gəncləri bir tərəfdən müasirliyə, elm və təhsilə böyük maraq göstərir, digər tərəfdən, onlar vətənpərvərdirlər, xalqımızın tarixdən gələn ənənələrinə, milli-mənəvi dəyərlərimizə böyük bağlılıq nümayiş etdirirlər. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək vurğulayıb: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti son 17 ildə uğurla davam etdirilib
Bu məqamda qeyd edək ki, müstəqillik illərində Azərbaycanda yüksək intellektual səviyyəyə malik, eyni zamanda, milli ruhlu gənclərin formalaşması da bilavasitə respublikamızda aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Respublikamızda uğurlu gənclər siyasətinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoyub. Doğma Vətənini çox sevən Ulu Öndərimiz müstəqil respublikamızda gənclər siyasətinin düzgün istiqamətdə aparılmasına böyük diqqət göstərirdi. Təsadüfi deyildir ki, müdrik dövlət xadimi olan Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə yenidən respublikamızın siyasi rəhbərliyinə qayıtdıqdan sonra gənclərlə müntəzəm görüşlər keçirir, onlara inandığını, güvəndiyini bildirir və dəyərli tövsiyələrini verirdi. Ulu Öndərlə hər belə görüş gənclər üçün unudulmaz anlara çevrilir, onları milli dəyərlərimizə daha möhkəm tellərlə bağlamaqla yanaşı, təhsilə, innovasiyalara istiqamətləndirirdi. Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı - Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndər 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti son 17 ildə eyni ardıcıllıqla davam etdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019 tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Məlumdur ki, ötən 17 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. O cümlədən ötən dövrdə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin olunur. İndiyədək, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə tamamlanıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla yerinə yetirilir. Bütün bunlar müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi siyasətinin ardıcıl səciyyə daşıdığını təsdiqləyir. Prezident İlham Əliyev bu günlərdə Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən xaricdə təhsil alan gənclərin hesabına ölkəmizin güclü kadr potensialının formalaşmasından məmnunluğunu bildirərək deyib: “Biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxutmaq üçün böyük proqramlar icra etdik və bu gün bu davam edir. Şadam ki, xaricdə təhsil alan gənclərimizin böyük əksəriyyəti ölkəmizə qayıdıb və bu, bizim kadr potensialımızı gücləndirir”.
Müasir dövrdə Azərbaycanın gənclər siyasətində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bir mühüm xəttə xüsusi diqqət yetirmək istərdik. Dövlətimizin başçısı daim gənclərin milli ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırışlar edir ki, bu da müasir dünyanın reallıqları ilə bağlıdır. Bu gün biz internet əsrində yaşayırıq. Məhz internetin sayəsində ayrı-ayrı ölkələrdə yaşayan insanlar arasında əlaqələr intensivləşib. Bu prosesdə gənclərin aktivliyi daha çox hiss olunur. Dünya üzrə insanlar arasında əlaqələrin intensivləşməsinin, fikir mübadiləsi imkanlarının genişlənməsinin, əlbəttə ki, müsbət tərəfləri çoxdur. Ancaq müəyyən qüvvələr internet kimi əvəzolunmaz ünsiyyət vasitəsindən sui-istifadə etməklə müxtəlif dağıdıcı niyyətlərini reallaşdırmağa çalışırlar. Bunun qarşılığında gənclərin milli ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Biz xalqımızın milli kimliyini şərtləndirən dəyərlərimizlə, ənənələrimizlə qürur duyuruq. Bu dəyərlərin, ənənələrin qorunaraq müasir dövrədək gəlib çatması, eyni zamanda, məsuliyyətimizi də artırır. Biz ölkəmizin, xalqımızın sabahı naminə əcdadlarımızın milli ruhunu yaşadan dəyərlər sistemimizi yad təsirlərdən qorumalı və onları gənclərimiz vasitəsilə gələcəyə ötürməliyik.
Müasir dövr innovasiyalar, texnologiyalar dövrüdür. Azərbaycan da özünün siyasətini müasir dövrün çağırışlarına adekvat qurur. Hazırda respublikamız rabitə və yüksək texnologiyalar sahəsində regionda lider mövqeyə malikdir. Eyni zamanda, Azərbaycanın bu sahəyə böyük həcmlərdə investisiyalar yönəltməsi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Azərbaycanın qısa müstəqillik tarixində dünyanın kosmik ailəsinin azsaylı üzvlərinin sırasına daxil olması böyük uğurdur. Respublikamızın orbitə çıxartdığı telekommunikasiya və Yer səthini müşahidə edən peykləri qarşıda duran bütün vəzifələri icra etmək üçün geniş imkanlar yaradır.
Azərbaycanın bundan sonrakı mərhələdə də perspektiv inkişafı müasir dünya trendləri, o cümlədən innovativ texnologiyalarla bağlı olacaq. Ölkəmiz milli brendə çevrilən “ASAN xidmət” tipli intellektual məhsulların ixracını genişləndirməyi hədəfləyib. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda ölkəmizin yeni dövr siyasəti ilə bağlı mesajlarını aydın və konkret şəkildə diqqətə çatdırıb. Dövlət başçımızın da bildirdiyi kimi, müasir texnoloji inkişaf mərhələsində gənclərdən çox şey asılıdır. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. “Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qarabağı azad etmiş gənc nəsil Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
Müstəqillik illərində ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Biz xatırlaya bilərik. Son 17 ildə Prezident İlham Əliyev daim gənclərə xitab edərək onları ana Vətəni sevməyə, torpaqlarımızı qorumağa çağırıb. Digər tərəfdən, dövlətimizin başçısı şəxsi nümunəsi ilə gənclərə Vətənə necə xidmət göstərməyin nümunəvi modelini təqdim edib. Milli maraqlarımızın qorunması dövlətimizin başçısının fəaliyyətinin ana xəttini təşkil edir. Prezident İlham Əliyev son 17 ildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün ardıcıl səylər göstərib, bu məsələdə Ona göstərilən bütün təzyiqləri qətiyyətlə dəf edib. Gənclərimiz də dövlət başçısının fəaliyyətini və çağırışlarını özləri üçün həyat kredosuna çeviriblər.
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik kifayət qədər yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatlarına başlayan Silahlı Qüvvələrimiz bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi. Vətən müharibəsinin elə ilk günlərindən Azərbaycan Ordusu döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirərək üstünlüyü ələ aldı. Qısa müddətdə Ordumuz 300-dək kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında geri qaytardı. Noyabrın 8-də bizim hamımız üçün əziz olan Şuşanın xüsusi əməliyyatla işğaldan azad edilməsi ilə müharibənin taleyi böyük dərəcədə həll olundu. Ertəsi gün daha 70-dən çox yaşayış məntəqəsi, yeni strateji yüksəkliklər düşməndən təmizləndi. Hərbi resurslarının tükəndiyini, ordusunun darmadağın edildiyini dərk edən düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları sənədə əsasən, düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza qaytardı.
Vətən müharibəsində şanlı qələbənin təmin olunmasında, şübhəsiz ki, müxtəlif amillər öz müsbət təsirini göstərdi. Burada gənclərin rolu isə heç nə ilə müqayisə oluna bilməz. Verilən xəbərlərə görə müharibə dövründə işğalçı Ermənistanın hərbi birləşmələrinin təxminən 10 min üzvü fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycanda isə tamam fərqli mənzərə hökm sürürdü. Biz Vətən müharibəsi başlayanda gənclərin könüllü şəkildə orduya yazılmaq üçün növbəyə durduqlarının, eləcə də gənc əsgər və zabitlərin döyüş meydanında torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması uğrunda misilsiz qəhrəmanlıqlar göstərmələrinin şahidi olduq. Bu, Azərbaycan gənclərinin vətənpərvərliyinin təcəssümüdür. İkinci Qarabağ savaşının iştirakçılarının böyük əksəriyyəti respublikamızda son 17 ildə formalaşan sağlam ruhlu, möhkəm əqidəli gəncliyi təmsil edir. Uğurlu gənclər siyasəti ölkəmizdə Vətənə, torpağa möhkəm tellərlə bağlı olan gənclər ordusunun formalaşmasını şərtləndirib. Qarabağı azad etmiş gənc nəsil məhz Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərin qələbəmizin təmin olunmasında xüsusi rol oynadıqlarına diqqət çəkərək “On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, - deyə bildirib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində gənclərimizin fədakarlığı sayəsində qazanılan şanlı qələbə regional və qlobal miqyasda Azərbaycanın nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Müharibədən sonra bölgədə yeni reallıqlar formalaşıb. Hazırda regionda yeni konfiqurasiyanın, əməkdaşlıq formatlarının şərtlərini qalib Azərbaycan diktə edir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4830  |  
  • Tarix:  03-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5