Fevralın 2-də 19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisin deputatı Hikmət Babaoğlu seçicilərinin növbəti qəbulunu keçirib. Xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilən qəbulda millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Hikmət Babaoğlu qəbulda iştirak edən seçicilərinin müraciətlərinin, qaldırdıqları məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılacağını, aidiyyəti qurumlara müraciət ediləcəyini bildirib.
Qəbul zamanı Milli Məclisin deputatına ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
- Oxunub: 4800 |
- Tarix: 02-02-2021 |
-
Çap et |