Ana səhifə »  Xəbər lenti »  “Welt” nəşrində Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqalə dərc olunub
A+   Yenilə  A-
“Welt” nəşrində Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqalə dərc olunub

Almaniyanın nüfuzlu “Welt” nəşrində jurnalist Daniel-Dilan Bömerin “İsrailin ən yaxşı müsəlman dostları” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycandakı yəhudi icmasının tarixi inkişafına və yerli ictimaiyyətə inteqrasiyasına, Azərbaycan-İsrail münasibətlərinə, eləcə də ölkəmizin müasir tarixində baş verən hadisələrə toxunulur. Müəllif qeyd edir ki, Azərbaycan ilə İsrail arasında xüsusi bir tarixi bağlantı var. Bu bağlantının kökləri İsrailin Yaxın Şərqdəki yeni alyanslarından daha qədimlərə gedir.

Müəllif Azərbaycandakı yəhudi icmasının nümayəndələrinin fikirlərinə də yer verib. Bakı Yəhudi Məktətbinin direktoru, ravvin Zamir İsayev müsahibəsində Azərbaycanda yəhudi icmasına verilən yüksək qiyməti bir nümunə ilə izah edib. O, jurnalistlə söhbətində bildirir ki, 2015-ci ildə dünyanın heç bir yerində baş verə bilməyəcək hadisə Azərbaycanda baş verdi. Həmin il ölkədə ilk dəfə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilirdi və həmin gün həftənin şənbə gününə təsadüf edirdi. Yəhudilərin şənbə (şabbat) günü işləmədiyi nəzərə alınaraq, məhz yəhudi məktəbliləri üçün imtahanların tarixi iki gün önə çəkildi. Həmin vaxtdan Təhsil Nazirliyi imtahanların yəhudilərin bayram və qeyri-iş günlərinə düşməməsinə nəzarət edir.

Bu hekayəti oxucularına təqdim edən müəllif Azərbaycanın məhz belə bir ölkə olduğunu vurğulayır. Qeyd edilir ki, ölkə əhalisinin təxminən 99 faizinin müsəlmanlar olmasına baxmayaraq, azərbaycanlıları və yəhudiləri bir-birinə xüsusi tarix bağlayır. Ötən ilin hərbi əməliyyatları da bu tarixin içərisində özünəməxsus yer tutur. Azərbaycan Qarabağ müharibəsində ”soyuq müharibə“ başa çatandan bəri ən uzunmüddətli tarixə malik münaqişələrdən birində dönüş nöqtəsinin əsasını qoydu. Sovet İttifaqı dağılandan sonra Ermənistan xarici himayədarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, eləcə də ətraf ərazilər işğal etdi. Ermənistan müharibədən qələbə ilə çıxsa da, münaqişə davam etdi və ötən il baş verən təxribatların sonunda yenidən qızışan müharibədə Azərbaycan tərəfi zəfər çaldı. Azərbaycan 30 ildən bəri işğal altında olan torpaqlarını azad etdi və bu zəfərdə kimlərin dəstək göstərdiyini isə azərbaycanlılar qələbə paradında nümayiş etdirdilər. Həmin paradda başqa yerlərdə heç zaman bir arada olmayan bayraqlar dalğalanırdı: Türkiyə, Pakistan və İsrail bayraqları. İsrailin ərəb ölkələri ilə son dövrlərdəki yaxınlaşma cəhdlərini dünyanın təəccüblə seyr etdiyi bir vaxtda, Cənubi Qafqazda müsəlman-yəhudi alyansı çoxdan bəri ənənəyə çevrilib və həmin ənənə bu günün siyasi reallığını müəyyənləşdirir.

Jurnalistin digər müsahibi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin siyasi elmlər üzrə müəllimi Murad Salmanov isə qeyd edir ki, Türkiyə-İsrail münasibətlərinin elə də yaxşı olmadığı iddia edilsə də, onlar Azərbaycanda tərəfdaşdırlar. O, Azərbaycanda yəhudilərin iki min ildən bəri mövcud olmaları barədə danışaraq, yəhudi icmasının daim Azərbaycanla İsrail arasında yaxşı münasibətlərin qurulması üçün çalışdıqlarını diqqətə çatdırıb.

Qeyd edilir ki, Azərbaycanla İsrail arasında sıx iqtisadi bağlar da mövcuddur. 2018-ci ildə iki ölkə arasında ticarətin həcmi 1,4 milyard dollardan çox olub.

Məqalədə Azərbaycanda yaşayan digər xalqların vəziyyətinə də nəzər salınır, etnik plüralizmin ölkədə yüksək dəyərləndirildiyi vurğulanır. Rus əsilli İya Şaşlova adlı qadın müsahibəsində dövlət başçısı İlham Əliyevin Azərbaycanda etnik diskriminasiyanı qəti şəkildə qadağan etdiyini söyləyir. Burada ruslar yerli həyata tam inteqrasiya ediblər, çünki ölkədə çox tolerant cəmiyyət mövcuddur. Hətta ermənilər də burada yaxşı yaşaya bilərlər. İya Şaşlova, həmçinin qeyd edir ki, son müharibədə Rusiya Ermənistanı gözlənildiyi kimi dəstəkləmədi. Bu gün Rusiya Azərbaycanın Türkiyə və İsrail kimi tərəfdaşıdır.

Müəllif məqaləsinə Bakıdakı yəhudi məktəbindən qeydlərlə yekun vurur. Məktəbin direktoru Zamir İsayev Azərbaycandakı tolerant mühitin hansısa siyasi hesablama deyil, insanların həyat tərzi olduğunu deyir. Xatırladır ki, hələ 19-cu əsrdə Rusiyada çar yəhudilərin şəhərlərdə yaşamalarına qadağa qoyub onları kənd yerlərinə sürgün etsə də, Bakıda bu qaydaya əməl edilməyib. Çarın nə deməsindən asılı olmayaraq, bu şəhərdə yəhudilər həmişə yaşayıblar və hətta Rusiya imperiyasının müxtəlif yerlərindən buraya köç ediblər. “Mən özüm xaricdə çox yaşamışam və bir şeyi deməliyəm: İsraildən başqa heç yerdə yəhidilər Azərbaycanda olduğu qədər yaxşı yaşamırlar”. Jurnalistin “Bəs ABŞ-da necə?“ sualına cavab olaraq, Zamir İsayev Birləşmiş Ştatlarda hələ də sinaqoqlara hücumlar olunduğunu bildirərək deyir: “Burada isə belə bir şeyi təsəvvür etmək belə mümkün deyil. Azərbaycanda yəhudi məbədlərinin qorunmasına ehtiyac yoxdur. İnancından asılı olmayaraq, bütün vətəndaşlar dini ibadətə dəvətlidir”.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  02-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub
01 Mart 19:20
Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib
01 Mart 18:56
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
01 Mart 18:36
Gürcüstanlı jurnalist: Müharibənin izləri bizi çox təsirləndirdi
01 Mart 18:32
Alimlər ömrü uzatmağın və sağalmaz xəstəliyin qarşısını almağın yollarını tapıblar
01 Mart 18:10
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
01 Mart 17:59
Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında görüş keçirib
01 Mart 17:54
Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub
01 Mart 17:52
Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur
01 Mart 17:52
Prezidentin son mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
01 Mart 17:50
“Buta Airways” Tbilisiyə uçuşlara başlayır
01 Mart 17:43
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb
01 Mart 17:38
İqor Korotçenko: Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə bilər
01 Mart 17:23
Vüqar Seyidov: Prezident İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir
01 Mart 17:16
Azərbaycanda koronavirusdan 71 nəfər sağalıb, 125 yeni yoluxma faktı qeydə alınıb
01 Mart 17:10
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər
01 Mart 16:53
QDİƏT-nin Parlament Məclisinin reqlament üzrə işçi qrupunun iclas keçirilib
01 Mart 16:37
Malik Həsənov: Mətbuat konfransı Azərbaycanın Vətən müharibəsindən sonra beynəlxalq aləmdə artan rolunun təqdimatı oldu
01 Mart 16:24
YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
01 Mart 16:16
Əliabbas Salahzadə: Möhtərəm Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı
01 Mart 16:10
YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
01 Mart 16:03
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı
01 Mart 15:55
KOBİA-nın ötənilki fəaliyyətinə dair brifinq keçirilib
01 Mart 15:55
Prezident İlham Əliyevin mətbuat konfransı informasiya cəbhəsində mövqelərimizin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir
01 Mart 15:52
Yerdə maqnit qasırğası başlayıb
01 Mart 15:45
Məhkəmə fəaliyyəti təkmilləşdirilir
01 Mart 15:44
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib
01 Mart 15:42
Gürcüstanda koronavirusla bağlı bəzi məhdudiyyətlər bu gündən aradan qaldırılıb
01 Mart 15:25
Yaz ağac əkininə start verilir
01 Mart 15:22
Məktəblilər Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumatlandırılır
01 Mart 15:12
Respublika Veteranlar Təşkilatında Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib
01 Mart 14:57
“Xankəndiyə, Laçına, Xocalıya da gedəcəyik, səbrlə gözləyək” - MÜSAHİBƏ
01 Mart 14:53
İran-Azərbaycan əlaqələri yüksən səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək
01 Mart 14:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər
01 Mart 14:35
Dünya mediasını heyran qoyan lider
01 Mart 14:19
Paşinyanın əleyhdarları hökumət binasına soxulublar
01 Mart 14:17
Ankara şəhərində Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclası keçirilib
01 Mart 14:02
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması baxımından çox uğurlu oldu
01 Mart 13:52
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
01 Mart 13:33
“Asiya-Avropa dəhlizində Azərbaycanın rolu” mövzusunda vebinar təşkil olunub
01 Mart 13:31
Martın ilk günlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
01 Mart 13:30
Qələbə əzmini tarixə yazmış Azərbaycan xalqı...
01 Mart 13:29
İki şahmatçımız FIDE-nin reytinq siyahısında ilk onluqda qərarlaşıb
01 Mart 13:22
Mənəvi normalara əsaslanan siyasət
01 Mart 13:03
İtaliyalı oxuculara Xocalı soyqırımı ilə bağlı məlumat verilib
01 Mart 12:42
“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb
01 Mart 12:38
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
01 Mart 12:31
Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır
01 Mart 12:30
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
01 Mart 12:16
Azərbaycan Prezidenti mətbuat konfransında səsləndirdiyi fikirlərlə insan hüquqlarına prioritet istiqamət kimi yanaşdığını bütün dünyaya göstərdi
01 Mart 12:13
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
01 Mart 12:09
Türkiyə səfirliyinin əməkdaşı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub
01 Mart 12:02
Tarix yazmış Azərbaycan xalqı
01 Mart 11:42
Orxan Məmmədov: Bu il ölkə üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi planlaşdırılır
01 Mart 11:40
Baş infeksionist immun sistemini gücləndirməyə kömək edəcək tövsiyələri açıqlayıb
01 Mart 11:33
Yaxın günlərdə Yevlaxda KOB evi açılacaq
01 Mart 11:30
DİN avtomobillərini tekniki baxışdan keçirməyən sürücülərə müraciət edib
01 Mart 11:26
“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib
01 Mart 11:25
Ötən il KOBİA-ya 3187 vətəndaş müraciəti daxil olub
01 Mart 11:23
Gürcüstanlı jurnalist: İlk dəfədir yox edilmiş şəhərlər görürəm, bu, barbarlıqdır
01 Mart 11:22
Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA