Ana səhifə »  Xəbər lenti »  Azərbaycançılıq milli həmrəyliyin ideoloji əsaslarını təşkil edən mütərəqqi konsepsiyadır
A+   Yenilə  A-
Azərbaycançılıq milli həmrəyliyin ideoloji əsaslarını təşkil edən mütərəqqi konsepsiyadır

Xalqımızın milli ideologiyasının əsas üstünlüklərindən biri qloballaşan dünyanın müasir çağırışlarına cavab verməsidir
Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, milli birliyi gücləndirən mühüm amildir. Bu yanaşma azərbaycançılıq ideologiyasını zənginləşdirən, onun məzmununu bütövləşdirən konseptual əsaslardan biridir. Hər şeydən əvvəl, ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, azərbaycanlılar eyni etnik mənşəyə, dinə mənsub olub ortaq mental xüsusiyyətlərin, adət-ənənələrin daşıyıcısıdırlar. Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi-inzibati sərhədləri aşaraq bir-biriləri ilə sıx ünsiyyətə girmələri, ümummilli maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də ümumbəşəri bir ehtiyacdır.
Xüsusi vurğulamaq gərəkdir ki, müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün məqsədyönlü, ardıcıl işlər görülüb və bunun sayəsində azərbaycançılıq milli həmrəyliyin ideoloji əsaslarını müəyyənləşdirən və təşkil edən mütərəqqi konsepsiyaya çevrilib.
Bütün bu məsələlərlə bağlı Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun fikirləri və araşdırmaları diqqəti cəlb edir. Akademik Nizami Cəfərov hesab edir ki, azərbaycançılıq ideologiyası XIX əsrin sonu - XX əsrin əvvəllərində təşəkkül tapdıqdan sonra bir əsrdən artıq mürəkkəb, ziddiyyətli, lakin mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül yolu keçmişdir. Azərbaycançılıq ideologiyasının təkamülünün bir sıra mərhələləri mövcuddur. Akademikin qənaətinə əsasən, bu gün ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni şərait imkan verir ki, azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında necə varsa, o cür araşdırılıb öyrənilsin, xüsusilə gənc nəslin Azərbaycan xalqını, Azərbaycan dövlətini müstəqilliyə gətirib çıxaran milli ideologiya, onun hansı şəraitdə formalaşdığı, eləcə də Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Mirzə İbrahimov kimi müxtəlif miqyaslı və mövqeli milli ideoloqların tərcümeyi-halları haqqında kifayət qədər aydın (və mükəmməl) təsəvvürləri olsun.
Nizami Cəfərovun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli Sərəncamı ilə türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının hazırlanmasında yaxından iştirak edən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin, ilk növbədə, milli ideologiyanın tarixinə münasibətinin göstəricisidir. Və bu sözləri cənab Prezidentin bir sıra digər sərəncamları barəsində də demək olar. Onların hər biri, bir tərəfdən, milli ideologiya klassiklərini geniş ictimai miqyasda tanıtmağa, ikinci tərəfdən, milli ictimai şüuru zənginləşdirməyə, üçüncü tərəfdən isə milli ideologiyanın köklərini, mənbələrini onun müasir təzahür texnologiyaları ilə üzvü vəhdətdə - bir bütöv halında təsəvvür eləməyə münbit şərait yaradır.
“Məlumdur ki, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə qədər azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də ölkə xaricində biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərib. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılıb, hətta tamamilə unutdurulması üçün hər cür cəhdlər edilib, az-çox təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə amorflaşdırılıb. Xaricdə isə sosial bazası olmayan romantik xəyallara çevrilib. Və bütün hallarda Azərbaycan xalqının milli ideallarının qarşısını həm administrativ, həm diplomatik, həm də ekspressiv yollarla məhz sovet-sosialist ideologiyası kəsib, lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq, yaddaşlardan silmək mümkün olmayıb. Ümummilli Liderimiz Heydər Əliyev SSRİ dövründə respublikamıza rəhbərlik etməyə başladığı dönəmdən etibarən azərbaycançılığı milli və dövlət ideologiyasına yüksəldib. Azərbaycançılıq anlayışının bütün dünyada yüksəldilməsi nəticəsində bu gün milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir. Ölkədə abadlaşan, yeni rəmzlərini yaradan şəhərlər, kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan insanını mənən, ruhən yüksəldən, belə demək mümkünsə, onun mənəvi saflaşmasını təmin edən hadisələrdir”, - deyə N.Cəfərov vurğulayır.
Akademik qeyd edir ki, Azərbaycançılıq ideologiyasının təkamülündə Prezident İlham Əliyev mərhələsinin göstəricilərindən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə, Onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla, intellektual-analitik həssaslıqla yanaşılmasıdır. Və bu, ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan təkamül mərhələlərinin müəllifi olmaqla yanaşı, bu gün davam edən mərhələsinin perspektivlərini də müəyyənləşdirib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir.
Millət vəkili deyib ki, Azərbaycan xalqının müasir Türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə Türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsi də bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz sahibidir. “İslam (müsəlman) dünyasına mənsubluq da bugünkü Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai-siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. Prezident İlham Əliyevin müsəlman xalqlarına qarşı müəyyən beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək tribunalardan Öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur. Müasir qloballaşma şəraitində Azərbaycan dünyaya sürətlə inteqrasiya olunur. Azərbaycan yalnız regionda deyil, eyni zamanda, dünyada maraqlı bir dövlətdir. Ona görə də ölkənin mədəniyyət siyasəti, o cümlədən dil siyasəti də dünya üçün maraqlıdır. Azərbaycan dilinin, eyni zamanda, türk dilləri miqyasında mövqeyi get-gedə sürətlə yüksəlir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında dil, ədəbiyyat məsələlərinə daim xüsusi diqqət göstərilir. Müasir beynəlxalq münasibətlər şəraitində ana dilini həm inkişaf etdirmək, həm də qorumaq həqiqətən də, çox əhəmiyyətli məsələdir. Prezident İlham Əliyevin münasibəti göstərir ki, dövlətimiz həqiqətən xalqın arzuları, idealları ilə yaşayan bir dövlətdir”, - deyə akademik bildirib.
Onun sözlərinə görə, türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün Azərbaycanda klassik formulunda tətbiq edilməklə qalmayıb, mərhələnin və dövrün tələblərinə uyğun olaraq yaradıcılıqla yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, humanist və uzaqgörən siyasətin nəticəsidir.
N.Cəfərov onu da söyləyib ki, müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm azərbaycançılıq ideologiyasının təkamülündə mühüm mərhələlərdən hesab oluna bilər: “Nə üçün? Ona görə ki, hər hansı ideologiya nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi, həm müasir, həm də gələcək çox müxtəlif ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz. Azərbaycan xalqı və dövlətçiliyi tərəfindən azərbaycançılıq ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Və bu proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz. Lakin Azərbaycan xalqının milli ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz bir üstünlüyü vardır ki, onun mahiyyətində üç tamamilə humanist dəyər komponenti ifadə olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət və dünyəvi mənsubiyyətdir. Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onun mənsub olduğu xalqın təfəkküründə nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə də antihumanizm yoxdur. O, var ki, Azərbaycan xalqı da, dünyanın bütün digər xalqları kimi, müəyyən bir etnik mənşəyə, müəyyən bir dini dünyagörüşə mənsubdur və bütün digər xalqlar kimi, müasir dünyanın üzvi tərkib hissəsidir”.
Azərbaycançılıq ideologiyasının təkamülündə Prezident İlham Əliyev mərhələsi özünəməxsus dinamizmlə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqeyini inamla yüksəltməkdədir. Bugünkü Azərbaycan gerçəkliyinin bütün dünyada diqqətçəkən bir cəhəti də müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm hesab oluna bilər.
Nardar BAYRAMLI

 
  • Oxunub:  3630  |  
  • Tarix:  02-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir
04 Mart 15:37
Davamlı sülh ümumbəşəri sosial-siyasi
04 Mart 15:20
Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır
04 Mart 15:15
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq
04 Mart 15:13
Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünya ölkələrinə nümunədir
04 Mart 15:00
Bahar Muradova: Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar
04 Mart 14:59
Hicran Hüseynova: Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət göstərilir
04 Mart 14:56
Koronavirus pandemiyasına qarşı psixoloji cəhətdən ən dözümlü insanlar müəyyən edilib
04 Mart 14:49
Birgəyaşayışın Azərbaycan modeli dünya üçün nümunədir
04 Mart 14:46
Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
04 Mart 14:44
Antonio Quterreş: son 30 ildə 420 milyon hektardan artıq meşə sahəsi itirilib
04 Mart 14:21
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
04 Mart 14:20
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
04 Mart 14:06
İdmanın inkişafında və təbliğində xidmətləri olan 39 nəfərə fəxri adlar verilib
04 Mart 13:45
“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır
04 Mart 13:43
Çinin “Tyanven-1” kosmik aparatı Mars orbitindən yeni fotoşəkillər göndərib
04 Mart 12:46
Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb
04 Mart 12:39
Ali Məhkəmənin yeni formatda hazırlanmış illik hesabatları internet səhifəsində yerləşdirilib
04 Mart 12:36
Tovuz “ASAN Həyat” kompleksi - 1 il
04 Mart 12:34
Komitə sədri: Son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitə aşkarlanıb
04 Mart 12:27
Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib
04 Mart 11:49
Daha 27 müəssisədən Rusiya Federasiyasına pomidor və alma ixracına icazə verilib
04 Mart 11:47
Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb - VİDEO
04 Mart 11:46
Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib
04 Mart 11:43
Azərbaycan-Qətər biznes görüşü təşkil olunub
04 Mart 11:38
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş iclas keçirilib
04 Mart 11:30
Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir
04 Mart 11:28
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir
04 Mart 11:27
Martın 3-də 24 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib
04 Mart 11:26
Paytaxtın məktəb direktorları ilə onlayn görüş
04 Mart 11:22
Martın 8-də ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
04 Mart 08:46
Ermənistanda siyasi böhran dərinləşir
04 Mart 08:45
“Koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”
04 Mart 08:42
Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...
03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA