"Türkiyə Azərbaycan ortaq media platformu ilə qəbul olunan qərar alqışlanmalıdır". Bu sözləri qardaş Türkiyədə yaşayan jurnalist, ankarabaku.com saytının baş redaktoru Oktay Hacımusalı deyib.
O bildirib ki, Türk dünyasının mediasının inteqrasiyası baxımından bu gün Azərbaycan Respublikası Milli Məclisində qəbul olunan qərar olduqca böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, artıq elə bir tarixi şərait yetişib ki, bu tarixi şəraitdə bir çox sahələrdə Türkiyə və Azərbaycan ortaq addım atmalı və bölgədə yaranan yeni geosiyasi vəziyyəti birgə dəyərləndirməlidir: "Xüsusən 44 günlük Vətən müharibəsi dövründə və daha sonrakı dönəmlərdə Türkiyə və Azərbaycan mediasının ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər elə belə işlər deyildi. Həmin dövrdə artıq ortaq media platformasının yaradılması zərurəti özünü göstərirdi. Nəhayət bu gün bu önəmli qərar Azərbaycan Respublikasının Milli Məclisində öz təsdiqini tapdı. Türkiyə Azərbaycan ortaq media platformu ilə qəbul olunan qərar alqışlanmalıdır. Və heç şübhəsiz mən də, eyni zamanda baş redaktoru olduğum Ankarabaku.com saytı da bu prosesdə bütün qüvvə və bacarığımızı səfərbər etməyə hazırıq. Bu proseslərdə iştirak etmək, Azərbaycan Türkiyə arasında yaranan media platformasında aktiv şəkildə fəaliyyət göstərmək mənim üçün də, eyni zamanda komandamız üçün böyük şərəf olar”.
- Oxunub: 5040 |
- Tarix: 01-02-2021 |
-
Çap et |