Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Radikal müxalifətin növbəti manipulyasiya cəhdi...

Radikal müxalifətin növbəti manipulyasiya cəhdi...

28.01.2021 [08:50]

Məlum olduğu kimi, Azərbaycanda vətəndaşların sosial rifahı hər zaman əsas prioritetlərdən hesab edilir. Bu baxımdan, cəmiyyətin bütün kateqoriyalarına dövlət tərəfindən diqqət və qayğı göstərilir, bu istiqamətdə davamlı addımlar atılır. Lakin “fəaliyyəti” ancaq dağıdıcılığa, ölkəmizin əldə etdiyi uğurlara qara yaxmağa köklənmiş radikal müxalifət bu məsələyə də “özünəməxsus şəkildə” yanaşır. Belə ki, antimilli şurada cəmləşən dağıdıcı ünsürlər ya dövlətin guya sosial məsələlərin həllinə diqqət etmədiyini iddia edir, ya da ölkəmizdə həyata keçirilən sosial siyasət fonunda dövlətin şəhid ailələrinin və müharibə əlillərinin sosial rifahının yüksəldilməsi istiqamətində atdığı addımları öz adlarına çıxmağa çalışırlar. Bu yerdə yaxşı deyiblər ki, utanmasan, oynamağa nə var ki?
Öz növbəsində, radikal müxalifət düşərgəsinin bu manipulyasiya cəhdi cəmiyyətdə haqlı etirazlarla qarşılanır. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov da bildirib ki, dağıdıcı ünsürlərin şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən göstərilən diqqət və qayğını öz adlarına çıxmaq cəhdləri sadəcə gülüş doğurur: “Dağıdıcı müxalifətin Vətən müharibəsində tutduğu mövqe onların əsl məqsədlərini bir daha ortaya çıxardı. Eyni zamanda, özünü milli birlikdən kənarda saxlayan antimilli şura və digər radikal qüvvələrin bu gün sosial məsələlər üzərindən manipulyasiya etmək arzuları da fiaskoya məhkumdur. Çünki bütün şəhid ailələri və qazilər dövlət tərəfindən qayğı ilə əhatə olunub. Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup müharibə əlillərinin təqaüdü isə 300 manata qədər artırılıb. O cümlədən şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi yönündə addımlar atılmaqdadır. Bütün bunlar bir daha onu göstərir ki, Vətən müharibəsində xalqın yanında yer almayanlar yeni yalanlar uydurmaqla siyasi səhnəyə qayıtmaq istəyirlər. Bu isə mümkün deyil”.
Milli Məclisin deputatı Razi Nurullayev də özünütəcrid müxalifətinin tutduğu mövqenin qəbulolunmaz olduğunu deyib: “Onların iddiaları birmənalı şəkildə yalandır. Bu günə qədər onlar heç bir şəhid ailəsinə və ya yaralı əsgərimizə, qazimizə baş çəkməyiblər. Sosial şəbəkələrdə yalan iddialar səsləndirənlər Vətən uğrunda müharibədə xalqın milli birliyindən kənarda qalmaqla hansı mövqedə olduqlarını açıq şəkildə ortaya qoydular. Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən davamlı şəkildə diqqət və qayğı göstərilir. Son bir neçə ayda bu kateqoriyadan olan insanlara verilən təqaüdlərin və müavinətlərin artırılması, 2020-ci il üzrə rekord sayda - 1500 mənzil və fərdi evin onlara verilməsi bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli müvafiq Sərəncamı isə bu istiqamətdə aparılan siyasətin növbəti təzahürüdür”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30