Ana səhifə »  Xəbər lenti »  Vüqar Rəhimzadə: Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq

Dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Bu vəzifələr özlüyündə təkmilləşməni bir zərurətə çevirir. Bir mühüm məqamı da qeyd edək ki, hələ 2003-cü ildə İlham Əliyev ilk dəfə Prezident seçilərkən andiçmə mərasimində iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoymuş, inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salaraq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu önə çəkərək “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürmüşdü. Son 17 ildə Azərbaycanda təhsilin, elmin, yeni texnologiyaların inkişafı, onların arasında vəhdətliyin yaradılması istiqamətində atılan addımlara diqqət yetirsək, irəli sürülən bu tezisin reallıqda öz əksini tapdığını görərik. Məhz ölkə iqtisadiyyatının elmi əsaslara söykənməsinin nəticəsidir ki, Azərbaycan 2008-ci ildə başlanan, hətta inkişaf etmiş ölkələr üçün belə ciddi problemlər yaradan iqtisadi və maliyyə böhranından az itki ilə çıxmaqla yanaşı, son bir ildən artıq dövrdə dünyanı cənginə almış COVID-19-la mübarizə dövründə də reallaşdırdığı uğurlu iqtisadi islahatlar, sosial dəstək proqramları ilə diqqətdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir: “İnformasiya-kommunikasiya texnologiyaları (İKT) son illərdə sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr vermişdir. Bu gün ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələyə diqqəti yönəldərək bildirmişdir ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir”.

Baş redaktor bildirib ki, Azərbaycan kosmik klubun üzvüdür. 2013-cü il “İKT İli”ndə ilk telekommunikasiya peyki, “Azərspace-1” orbitə buraxılıb: “2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace-2” peyki orbitə buraxılmışdı. “Azərsky” müşahidə peykinin rolunu, önəmini 44 gün davam edən İkinci Qarabağ müharibəsində, eyni zamanda, ondan sonrakı mərhələdə aydın görmək mümkündür. Məhz bu peyklərin vasitəsilə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq Azərbaycana əlavə üstünlüklər qazandırmışdır. Bir mühüm məqamı da qeyd edək ki, xarici KİV-lərə müsahibələri zamanı Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycanın beynəlxalq səviyyədə qadağan edilmiş raketlərdən istifadə etdiyi barədə əsassız iddiaları ilə bağlı qərəzli suallara cavabında ölkə Prezidenti daim bu reallığı diqqətə çatdırırdı ki, müasir texnologiyaların inkişaf etdiyi hazırkı dövrdə hər bir dövlət bu raketlərin hansı tərəfdən atıldığını izləmək imkanındadır. Təbii ki, dövlətimizin başçısı bu kimi açıqlamaları ilə Azərbaycanın texnoloji sahədə böyük imkanlara malik olduğunu da dünyaya çatdırdı. Qeyd edilən qəbulda da “Əlbəttə ki, mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm”, - söyləyən Prezident İlham Əliyev bildirib ki, həm telekommunikasiya, həm də Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün geniş imkanlar yaradır. Vətən müharibəsində Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. İkinci Qarabağ müharibəsi texnoloji inkişaf baxımından bir yenilik kimi dəyərləndirilir.

V.Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Azərbaycan İKT sahəsində təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. O da məlumdur ki, Azərbaycan 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bu tədbir bir dəfə - 1973-cü ildə keçmiş Sovetlər İttifaqı dövründə Bakı şəhərində keçirilib. O zaman ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səy göstərmişdi ki, Sovet İttifaqında ilk dəfə keçirilən bu Konqres məhz Bakıda təşkil edilsin. Təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. Keçmiş İttifaqda məhz Bakının Astronavtika Konqresinin məkanı kimi seçilməsi böyük uğur idi. Bu mühüm hadisəni Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizin bu tədbirə ev sahibliyinin böyük məsuliyyət və bununla bərabər malik olduğumuz imkanların təqdimatı baxımından böyük fürsət olduğunu vurğulayır. Qürurverici haldır ki, həmin beynəlxalq tədbirdə Azərbaycanın texnoloji sahədə qazandığı yeniliklərin böyük rol oynadığı İkinci Qarabağ müharibəsində ölkəmizin Qələbəsindən də bəhs ediləcək. Ölkəmizin Vətən müharibəsində tətbiq etdiyi taktika beynəlxalq ekspertlər tərəfindən öyrənilir, araşdırılır, bu Qələbəmizin yeni-yeni nəşrlərdə, dərsliklərdə əksini tapacağı şəksizdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz hər bir sahədə gücləndik, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaratdıq.

Baş redaktor diqqəti dövlətimizin başçısı İlham Əliyevin gələcəkdə müsbət dinamikanı qorumaq və inkişaf etdirmək üçün açıqladığı hədəflərə yönəldib: “Təbii ki, bütün dövrlər üçün aktual olan məsələlərdən biri kadr hazırlığıdır. Yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində atılan addımların davamlılığını təmin etmək üçün xüsusilə gənclərin bu işlərə geniş miqyasda cəlb edilməsi əsas çağırışlardandır”.

Artıq Azərbaycan postmüharibə dövrünü yaşayır» söyləyən V.Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də koronavirus infeksiyası ilə mübarizə Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynadı: «Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, yeni texnologiyaların tətbiqi bundan sonra da hərbi gücümüzü daim yüksək səviyyədə saxlamağımıza imkan yaradacaq. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və yeni texnologiyaların tətbiqi müharibədə Qələbənin qazanılmasının əsas amillərindən biridir.

COVID-19-la birgə mübarizəyə dəstək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin, görüşlərin özünütəcrid qaydalarına uyğun olaraq videoformatda təşkili hər bir ölkənin, o cümlədən Azərbaycanın innovasiyalar sahəsində mövcud imkanlarına işıq saldı. Ölkəmiz bu sahədə də liderliyini qorudu. Bütün bu reallıqlar fonunda bu fikri böyük inamla ifadə edə bilərik ki, qarşıdakı illərdə Azərbaycan bu sahədə daha da böyük uğurlara imza atacaq.

 
  • Oxunub:  2550  |  
  • Tarix:  27-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

27 Fevral 18:56
“France 24” kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb
27 Fevral 18:33
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir
27 Fevral 18:27
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir
27 Fevral 18:08
Jan-Mişel Brən: Fransa mətbuatı Xocalı faciəsinə biganə qalmamalıdır
27 Fevral 18:06
Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
27 Fevral 17:45
Azərbaycanda koronavirusdan 172 nəfər sağalıb, 278 yeni yoluxma faktı qeydə alınıb
27 Fevral 17:42
“Kənddən şəhərə” həftəsonu yarmarkası fəaliyyətə başlayıb
27 Fevral 17:36
Amerikalı konqresmen Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib
27 Fevral 17:17
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi beynəlxalq onlayn konfrans keçirib
27 Fevral 17:14
İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq
27 Fevral 17:07
“Azərlotereya” ASC-nin Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb
27 Fevral 17:02
Goranboyda Xocalı soyqırımı qurbanları yad edilib
27 Fevral 16:58
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər
27 Fevral 16:57
Prezident İlham Əliyev mətbuat konfransında mühüm mesajlar verdi
27 Fevral 16:55
“Israel Hayom” qəzeti: Azərbaycanlılar Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı qırğını heç vaxt unutmayacaq
27 Fevral 15:37
Azərbaycan Prezidenti mətbuat konfransında ölkəmizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətləri göstərdi
27 Fevral 15:20
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
27 Fevral 15:00
Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır
27 Fevral 14:57
Maisə Heybətova: Vaksinasiya edilənlərin sayının artması COVID-19 infeksiyasının qarşısını alacaq
27 Fevral 14:53
Arzuxan Əlizadə: Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir
27 Fevral 14:47
Torpaqlarımızın işğal olunması AXC-“Müsavat” cütlüyünün xəyanətinin nəticəsi idi
27 Fevral 14:36
Fuad Əliyev: Ermənistan beynəlxalq qanunvericiliyi və konvensiyaları pozduğuna görə mütləq cavab verməlidir
27 Fevral 14:31
Qulamhüseyn Əlibəyli: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir
27 Fevral 14:23
Rufiz Qonaqov: Ölkəmizdə postmüharibə dövründə siyasi dialoqun daha da gücləndirilməsi mühüm əhəmiyyətə malikdir
27 Fevral 13:58
Ukrayna gəncləri “Xocalıya ədalət!” aksiyası keçiriblər
27 Fevral 13:55
Nazirlər Kabineti “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradıb
27 Fevral 13:49
Bakı metrosundakı müasir tipli vaqonların sayı 75-ə çatıb
27 Fevral 13:44
Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib
27 Fevral 13:04
İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq
27 Fevral 12:15
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçirilib
27 Fevral 11:59
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılışı olub
27 Fevral 11:42
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edilib
27 Fevral 11:40
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
27 Fevral 11:39
Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir
27 Fevral 11:11
Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndinin videogörüntülərini yayıb - VİDEO
27 Fevral 10:58
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olanlar mənzil və fərdi evlə təmin olunacaq
27 Fevral 10:49
Xocalıdan olan rabitəçilərlə görüş keçirilib
27 Fevral 09:33
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
27 Fevral 09:30
ABŞ-ın ştatlarında Xocalı qətliamına həsr olunmuş tədbirlər davam edir
27 Fevral 09:27
Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir
26 Fevral 22:14
Qərbi Azərbaycan İcması Ankara Təmsilçiliyi Xocalı şəhidlərini anıb
26 Fevral 21:38
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral 20:30
Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
26 Fevral 20:26
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 20:23
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 20:19
Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
26 Fevral 19:32
Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq
26 Fevral 19:31
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib
26 Fevral 19:29
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
26 Fevral 19:26
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 19:21
Parlament Jurnalistləri Birliyi açıqlama YAYDI
26 Fevral 19:15
Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
26 Fevral 19:08
BDU-da beynəlxalq tədbir: Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət
26 Fevral 18:59
Azərbaycan Texniki Universitetində yeni təşkilat və xidmət yaradılıb
26 Fevral 18:56
Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
26 Fevral 18:43
Texniki Universitetdə videokonfrans: Xocalı-türkün yurdu, türkün qüruru
26 Fevral 18:15
Xocalı faciəsi - qan yaddaşımız
26 Fevral 18:12
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub
26 Fevral 18:08
Xocalı soyqırımı Azərbaycan tarixində ən qanlı faciələrdən biridir
26 Fevral 17:38
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
26 Fevral 17:34
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir
26 Fevral 17:06
İqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Azərbaycanda Milli Uyğunlaşma Planının hazırlanması prosesinə başlanılır
26 Fevral 17:03
İtaliyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar videoformatda tədbir keçirilib
26 Fevral 17:01
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir, insanları bilərəkdən ölümə məhkum etməkdir
26 Fevral 16:57
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 16:55
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir
26 Fevral 16:36
Prezident: Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq, bu məsələdə hər hansı spekulyasiya yersizdir
26 Fevral 16:30
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir
26 Fevral 16:21
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
26 Fevral 16:05
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Samuxda ağaclar əkilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə0 +3