Ana səhifə »  Xəbər lenti »  UNESCO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub
A+   Yenilə  A-
UNESCO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub

Folklor İnstitutunun təşkilatçılığı ilə bu qurumun nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO “Aşıq Şəmşir” kafedrasının yaranması və fəaliyyət perspektivlərinin müzakirəsi ilə bağlı onlayn dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, akademik Muxtar İmanov respublikanın müvafiq dövlət qurumlarının UNESCO ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın yüksək səviyyədə olmasında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin olduğunu qeyd edib. Akademik vurğulayıb ki, son illər ərzində Azərbaycan mədəniyyətinə məxsus nümunələr UNESCO-nun qorunan maddi və qeyri-maddi mədəni irs siyahılarına daxil edilib. “Aşıq Şəmşir” kafedrasının yaranması Azərbaycan–UNESCO əməkdaşlığının növbəti bəhrəsidir: “UNESCO-da dastançılıq ənənəsi üzrə dünyada ilk kafedra olan “Aşıq Şəmşir” kafedrasına Azərbaycanda və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 40-a yaxın elm və mədəniyyət qurumlarından müsbət rəy alınıb. Bunların sırasında Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Almaniya, Misir, Tunis və s. ölkələrin qurumları var”.

Kafedranın adına aydınlıq gətirən M.İmanov bildirib ki, Aşıq Şəmşir görkəmli el sənətkarıdır və klassik aşıq sənəti ilə çağdaş aşıq sənəti arasında mənəvi körpü olan böyük xalq ozanıdır. Bu sənətkarın irsi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin səmərəli fəaliyyəti sayəsində UNESCO səviyyəsində tanınır və qəbul olunur. Kafedranın “Aşıq Şəmşir” adlanmasının digər səbəbi isə Qarabağı Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi öyrənmək və dünyada təbliğ etmək məqsədi daşıyır.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli kafedranın yaranması münasibətilə müəssisənin kollektivini və elmi ictimaiyyəti təbrik edib, bunu önəmli mədəni hadisə kimi qiymətləndirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin rolundan bəhs edib. Bu kafedranın Azərbaycan xalq musiqisini, xalq dastanlarını, xüsusən Qarabağın şifahi xalq ədəbiyyatını və musiqisini, o cümlədən Aşıq Şəmşir irsini beynəlxalq səviyyədə tanıtmağa imkan yaradacaq bir mərkəz olacağına ümid bəslədiyini bildirib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov kafedranın Azərbaycanın xalq musiqisi və dastançılıq ənənələrinin dünyada tanıdılmasına və UNESCO kafedraları arasında əməkdaşlığa xidmət edəcəyini bildirib. O, dövlət siyasətinin prioritetlərinə cavab verən bir sıra yeni istiqamətlər üzrə UNESCO kafedralarının sayının artırılması çərçivəsində iş aparılmasının Milli Komissiyanın fəaliyyətində əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş katib bu gün ölkəmizin UNESCO-nun etibarlı tərəfdaşına çevrildiyini bildirib, sözügedən qurumla əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsində, təşkilatın ideya və məqsədlərinin təşviq edilməsində, eyni zamanda, mədəni irsimizin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu vurğulayıb. UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilmiş “Azərbaycan muğamı” (2008), “Azərbaycan aşıq sənəti” (2009) və “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” (2018) nominasiyalarından danışan E.Sultanov yeni yaradılan kafedranın bu mövzuları özündə ehtiva etdiyini bildirib.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini və beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə kafedranın gələcək fəaliyyətində Folklor İnstitutuna uğurlar diləyib.

Sonra Aşıq Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək kafedranın yaradılmasında əməyi olan hər kəsə, xüsusilə UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Yığıncaqda, həmçinin Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO üzrə nümayəndəsi Fazil Qasımov, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Folklor İnstitutunun şöbə müdirləri, professorlar Ramazan Qafarlı, Seyfəddin Rzasoy, UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katibi Öcal Oğuz və Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Metin Ekici çıxış edərək Aşıq Şəmşir irsinin əhəmiyyətindən danışıb, kafedranın yaradılmasını böyük elmi-mədəni hadisə kimi qiymətləndirib və Folklor İnstitutuna gələcək işlərində uğurlar arzulayıblar.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  27-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

09 Mart 14:06
Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kollektivə təqdim olunub
09 Mart 13:35
Martın 10-na gözlənilən hava proqnozu
09 Mart 13:31
Mikayıl Cabbarov: “Aİ Biznes Mühiti Hesabatı 2020” sənədinin nəticələrini müzakirə edirik
09 Mart 13:25
Əliabbas Salahzadə: Partiyanın VII qurultayında qəbul olunan qərarlar ölkəmizin qarşısında yeni imkanlar açır
09 Mart 13:21
Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib
09 Mart 13:15
Misirdəki diaspor mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib
09 Mart 13:09
Ağstafada Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub
09 Mart 13:06
ICESCO “Qadın İli” çərçivəsində ilk açılış tədbirini keçirəcək
09 Mart 12:55
Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə memorandum imzalayıb
09 Mart 12:45
DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
09 Mart 12:35
Sahibə Qafarova: Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər
09 Mart 12:10
Əldə edilən uğurlar görülən işlərin nəticəsidir
09 Mart 12:03
“Məni unutma” adlı rəsm sərgisi təşkil olunub
09 Mart 12:00
Katakombaların bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması ölkəmizin dünya mədəni irsinin qorunmasına mühüm töhfələrindən biri olacaq
09 Mart 11:57
Azərbaycanın xarici siyasətdə əsas prioriteti milli maraqların təmin olunmasıdır
09 Mart 11:53
Cənubi Qafqazın ən qüdrətli və sabit ölkəsi - Azərbaycan!
09 Mart 11:51
YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi ölkənin siyasi həyatına dinamizm gətirəcək
09 Mart 11:49
Azərbaycan regionda enerji asılılığı olmayan yeganə ölkədir
09 Mart 11:47
Azərbaycan və Türkiyənin Los-Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüblər
09 Mart 11:25
Futzal üzrə Azərbaycan millisi Moldova yığmasının qonağı olacaq
09 Mart 11:22
Yunus Əmrə İnstitutunun rəhbəri Beynəlxalq Muğam Mərkəzində olub
09 Mart 11:21
Milli Məclisin növbəti plenar iclası keçirilir
09 Mart 11:19
Müdafiə Nazirliyi Füzuli rayonunun Görazıllı kəndinin videogörüntülərini yayıb - VİDEO
09 Mart 11:13
Şəhid Məzahir Göyüşovun xatirəsi yad edilib
09 Mart 10:52
Azərbaycan neftinin bir barreli 69,38 dollara satılır
09 Mart 08:50
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət edilib
09 Mart 08:47
Türkiyə Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında telefon danışığı olub
09 Mart 08:43
Bu gün Yel çərşənbəsidir
08 Mart 19:03
Azərbaycanda sutka ərzində koronavirusa 195 nəfər yoluxub
08 Mart 17:59
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
08 Mart 17:21
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur
08 Mart 16:31
“YAŞAT” Fondunun layihəsi davam edir
08 Mart 13:38
Qadın, Ana adı həmişə böyük ehtiramla tərənnüm olunur
08 Mart 13:02
Milli Məclisin sədri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
08 Mart 12:58
BMT-nin mötəbər Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi
08 Mart 10:08
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5