Ana səhifə »  Xəbər lenti »  Küləklə sovrulanlar...
A+   Yenilə  A-
Küləklə sovrulanlar...

Azərbaycanın radikal müxalifətinin bir sağalmaz azarı var. Radikallar hansı qitədə, hansı materikdə, hansı ölkədə xaos, qarışıqlıq və ya mənfi bir hal görən kimi dərhal sosial şəbəkələrə doluşub bu xoşagəlməz prosesi Azərbaycanla “əlaqələndirməyə”, daha doğrusu, Azərbaycana “transfer etməyə başlayırlar”. İllər öncə Gürcüstanda, Ukraynada baş verən rəngli inqilablar vaxtı da belə idi, “ərəb baharı” zamanında da bizim dağıdıcı ünsürlər eyni eşqlə cuşa gəlmişdilər, indi də eyni ruh halını yaşamaqdadırlar. Belə ki, dünya qütbləşməsinin acı savaşı xarakterində ortaya çıxan nüfuz davalarını “şərh etmək”dən yorulmayan dağıdıcı ünsürlər yenə də “iş başındadırlar”.
Dünyanın bir gün belə sakit və ya sabit fırlanmağına imkan verməyən bəzi xarici güclərin milli dövlətlərin daxili işlərinə burun soxmadan yaşamadığı açıq şəkildə ortadadır və bu, bir acı həqiqətdir. “Harada aş, orada baş” olmağa çalışan bəzi güclər bu səbəbdən özlərinə “düşmən” saydıqlarına qarşı zaman-zaman təzyiqlər etməyə çalışırlar. Bu istəyin “izçisi”nə çevrilməyi özünün həyat kredosu sayan ölkəmizdəki radikal müxalifət isə boş-bekar durmayıb bundan özünə “pay çıxarır”. Vaxtilə rəngli inqilabların rənginə boyananlar bu gün də başqalarını yamsılamaq xasiyyətlərindən əl çəkmirlər. Zavallı radikalları hər zaman olduğu kimi, bu dəfə də cuşa gətirən “yaşıl əskinas”ın qoxusudur. Artıq hamının, hətta bir zamanlar onlara “day-daylıq” edənlərin belə yadından çıxmış antimilli şuraçılar yenə də özlərini yada salmaq eşqindədirlər. Elə bu ünsürlərin son dövrlərdə yalançı “sosial problemlər” kəşf edib özlərinə mövzu düzəltmək istəkləri də bundan qaynaqlanır. Yəni ölkəmizin tarixi qələbəsinə kölgə sala bilməyən dağıdıcılar indi fərqli yollarla pul qazanmağa niyyətləniblər.
Onu da qeyd edək ki, dağıdıcıların bu işdə ən böyük “yardımçıları” ermənipərəst Osmanqızı TV-dir. Sevinc Osmanqızının “yalançıya kor şahidlik” etmək vəzifəsinə kimlər tərəfindən təyin edilməsi isə heç kimə sirr deyil. Ermənipərəstlərin pulu ilə özünə “yeni dünya”da yer etməyə çalışan Osmanqızı ölkəmizdəki şəriklərinə də pay almaq üçün dəridən-qabıqdan çıxır. Bir sözlə, əli hamının ətəyindən üzülən Əli Kərimli, okeanın o tayında özünə “yuva qurmuş” Cəmil Həsənli, antimilli şuranın “kassa”sından aylıq maaşını almağa çalışan Gültəkin Hacıyeva kimiləri yenidən “hansısa rəngə boyanmaq” eşqinə düşüblər.
Amma onların unutduqları bəzi nüanslar var. Dünənə qədər “koronavirus çox yayılsın”, “neftin qiyməti daha da ucuzlaşsın”, “hakimiyyətə şər atmaq peşəmizdir” deyib siyasət meydanında baş girləməyə çalışanlar anlamalıdır ki, onlar tarixin zibilxanasına atılmışlardır. Əli Kərimli başda olmaqla radikal müxalifət düşərgəsi nəinki Azərbaycan xalqına, heç bu ünsürlərə vaxtilə sponsorluq edənlərə belə lazım deyil. Bütün kartları açılmış, xəyanətləri ortada olan, hətta Vətən müharibəsində belə xalqın yanında yer almayan, qələbədən sonra erməni havadarlarının danışan dilinə çevrilən, heç bir sosial dayağı, elektoratı olmayan dağıdıcıların gerçək sifəti hər kəsə yaxşı bəllidir. Xalqımız yaxşı bilir ki, bir gün əlində qərənfil gəzdirən, bir gün narıncı köynək geyinən, “ərəb baharı”na sevinənlər, necə deyərlər, hər əsən küləklə sovrulan, yalnız öz maraqlarını və xidmət etdikləri xarici ermənipərəst dairələrin mənafelərini düşünənlərdir.
Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsi ağı qaradan seçdi və kimin dövlət, xalq, Vətən məsələsində siyasi fikir ayrılığını fürsətcillik kimi dəyərləndirdiyini aşkara çıxardı. Eyni zamanda, anti-Azərbaycan dairələr son dövrlərdə Azərbaycanın regionda hansı məqama yüksəldiyini, ölkəmizin iqtisadi güc mərkəzi statusunda çıxış etdiyini görürlər. Azərbaycan artıq beynəlxalq logistika mərkəzidir. Azərbaycan dünya enerji bazarında qaz ixracatçısına çevrilir. Azərbaycan türkdilli ölkələrin mədəni əlaqələrinin inkişafı ilə yanaşı, iqtisadi əlaqələrinin də möhkəmlənməsinə yeni töhfələr verir. Dünyanın şimalı da, cənubu da, şərqi də, qərbi də Azərbaycanı Cənubi Qafqazın lideri kimi qəbul edir. Yeni iqtisadi reallıqlar əsasında bölgədə formalaşdırılması nəzərdə tutulan əməkdaşlıq platformalarının çərçivəsini məhz Azərbaycan müəyyənləşdirir. Təbii ki, bu, xarici ermənipərəst mərkəzləri narahat edir. Onların yerli xidmətçiləri isə ötürülən tezislər əsasında sosial şəbəkələrdə “xor kopellası” yaratmaq istəyirlər.
Amma dağıdıcıların özlərini təsdiq etmək cəhdləri yenə də iflasa uğraycaq. Çünki ölkəmizdə güclü xalq-hakimiyyət tandemi mövcuddur. Bu xalq necə ki təcavüzkar erməni ilə döyüşən zaman öz dövlətinin, hakimiyyətinin yanında yer aldı, bir yumruğa çevrilib düşmənin başına endi, eləcə də xəyanətkarlara da birlikdə cavab verir. Antimilli ünsürlərin yalanlarına verilən cavablar da bu dediklərimizi təsdiqləyir. Cəmiyyətin bütün kəsimləri boşboğazlıq xəstəliyindən qurtula bilməyən dağıdıcı ünsürlərə layiqli yerini göstərir. Sadəcə olaraq, antimilli şuraçıların bundan ibrət alıb-almayacaqları sual altındadır...

 
  • Oxunub:  3630  |  
  • Tarix:  27-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub
05 Mart 11:55
Ümumdünya Piylənmə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb
05 Mart 11:40
Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
05 Mart 11:26
Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib
05 Mart 11:23
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
05 Mart 11:18
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
05 Mart 11:16
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir
05 Mart 11:15
Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
05 Mart 11:12
Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir YENİLƏNƏCƏK
05 Mart 11:04
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb VİDEO
05 Mart 11:03
KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
05 Mart 11:01
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
05 Mart 10:59
Böyük Qayıdış üçün mühüm tədbirlər həyata keçirilir
05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib
05 Mart 09:11
Fəzail Ağamalı: Siyasi dialoq prosesi islahatların tərkib hissəsidir
05 Mart 09:09
Tahir Kərimli: Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
05 Mart 09:07
Elçin Mirzəbəyli: Mövcud reallıqlara adekvat olmayan davranışların nəticələri Ermənistan üçün çox ağır olacaq
05 Mart 09:05
Elşad Musayev: Prezident İlham Əliyevin mətbuat konfransı ölkəmizin informasiya cəbhəsində mövqeyinin daha da möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir
05 Mart 09:03
Nurəddin Məmmədlinin gülünc “məntiq”i...
05 Mart 09:02
Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05 Mart 09:00
“Hüquq guşəsi: oxucu soruşur”
05 Mart 08:59
“Vaksinasiyanın alternativi yoxdur”
05 Mart 08:57
Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir
04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6