Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Koronavirusdan sağalan xəstələrin iybilmə və dadbilmə hissi nə zaman bərpa olunur?

Koronavirusdan sağalan xəstələrin iybilmə və dadbilmə hissi nə zaman bərpa olunur?

27.01.2021 [08:55]

Məlum olduğu kimi, koronavirusa yoluxmuş bir çox insanlarda dad və iybilmə duyğusu itir. Elmi araşdırmalara görə, koronavirusa yoluxarkən iy və dadbilmə hissiyatını itirənlərin 90 faizində bu hissiyyatlar təxminən bir aydan sonra bərpa olunur. Lakin koronavirusdan sağalan əksər insanlar dad və iybilmə duyğusunun bərpa olmadığından şikayət edirlər. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Sevinc Həmidova bildirib ki, dadbilmə və iybilmənin tamamilə itməsi COVID-19-a məxsus əlamətlərdir. İybilmə və dadbilmə hissi bir-birilə sıx əlaqəli olduğundan, iybilmənin itirilməsi zamanı, əksər hallarda dadbilmə də itir. Bu əlamətləri özündə hiss etməyən şəxs özünü sağlam hesab etsə də, gigiyena qaydalarına əməl etməlidir.
Onun sözlərinə görə, COVID-19-a yoluxma zamanı dadbilmə və iybilmənin itməsi problemlərinin yaranma səbəbləri hələ tam müəyyənləşdirilməyib: “Güman olunur ki, yoluxma zamanı ağız suyunun tərkibi pozulur, buna görə dadverici maddələr daha sürətli dağılaraq dadverici reseptorlara çata bilmir. Başqa nəzəriyyəyə görə, reseptorlar özləri zədələnir, təkcə dadbilmə yox, həm də iybilmə hissi itir”.
Həkimin sözlərinə görə, yoluxma zamanı maddələri qəbul edən həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir: “Adətən, koronavirusa yoluxanlarda xəstəliyin lap əvvəlində iybilmə və dadbilmə itir, amma iki həftə sonra hər şey bərpa olunur. Ancaq bəzi insanların hətta sağalmadan aylar sonra da bu pozuntulardan əziyyət çəkməsi hallarına tez-tez rast gəlinir”.
Mütəxəssis iybilmə və dadbilməni geri qaytarmaq üçün xüsusi təlimi məsləhət görür. Onun sözlərinə görə, hər gün bir neçə dəfə 20 saniyə ərzində müxtəlif qoxuları qəbul etmək lazımdır. Bunlar güclü ətirlər olmalıdır. Qərənfilin, sarımsağın, darçının iylənilməsi lazımi orqanları fəal işləməyə məcbur edəcək.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 243 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30