Ana səhifə »  Xəbər lenti »  Xaricdə yaşayan soydaşlarımız ana Vətənə yüksək bağlılıq nümayiş etdirirlər
A+   Yenilə  A-
Xaricdə yaşayan soydaşlarımız ana Vətənə yüksək bağlılıq nümayiş etdirirlər

Son vaxtlarda azərbaycanlılar dünyanın bir sıra iri şəhərlərində genişmiqyaslı aksiyalar, layihələr həyata keçirərək ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına öz töhfələrini verirlər
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət sayəsində daha da zənginləşdirilən azərbaycançılıq ideologiyası milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını ümumi amallar uğrunda birləşdirib. Deyə bilərik ki, ötən dövrdə azərbaycançılıq ideologiyasının yüksək səviyyədə təbliğ olunması, bu məqsədlə davamlı tədbirlərin həyata keçirilməsi sayəsində ölkəmizdə nümunəvi ab-hava yaranıb. Bu gün davamlı sabitlik, vətəndaş həmrəyliyi, insanların ümummilli məsələlərə həssaslıqla yanaşmaları Azərbaycanın mənzərəsini səciyyələndirən cəhətlərdir.
Bu konteksdə diqqəti çəkən digər bir mühüm məqam isə müxtəlif səbəblərdən respublikamızdan kənarda yaşayan soydaşlarımızın ana Vətənə yüksək bağlılıq nümayiş etdirmələridir. Biz azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən soydaşlarımızın son vaxtlarda dünyanın bir sıra iri şəhərlərində genişmiqyaslı aksiyalar, layihələr həyata keçirdiklərinin şahidi oluruq. Bu qəbildən olan tədbirlərə, adətən, yerli vətəndaş cəmiyyətlərinin fəalları, siyasi və mədəni çevrələrin təmsilçiləri də qatılırlar. Həmçinin soydaşlarımızın xarici ölkələrdə keçirdikləri aksiyalar müxtəlif dillərdə işıq üzü görən kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılır. Beləliklə də, həmvətənlərimiz ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına öz töhfələrini verirlər. Məhz onların aktiv fəaliyyətinin nəticəsidir ki, tarixi faktlara, ədalətə, humanizm prinsiplərinə əsaslanan Azərbaycan həqiqətləri getdikcə daha böyük auditoriyalarda rəğbət qazanmaqdadır.
Azərbaycan Silahlı Qüvvələrinin ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazandığı şanlı qələbə xalqımızın qürur mənbəyi olaraq tarixdə əbədi qalacaq. Bu qələbə sayəsində üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Bu qələbənin təmin olunmasını şərtləndirən amillər sırasında xalqımızın birliyi müstəsna rol oynadı. Vətən müharibəsinin başladığı ilk günlərdən ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyaların təmsilçiləri yüksək həmrəylik nümunəsi sərgiləyərək Prezident, Ali Baş Komandan İlham Əliyevə birmənalı dəstəklərini bildirdilər.
Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsi günlərində nümayiş etdirdikləri həmrəylik hər cür xoş sözə layiqdir. Həmin günlərdə erməni diasporunun təsir dairəsinin kifayət qədər güclü olduğu ölkələrin iri şəhərlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin səsləndirildiyi çoxsaylı mitinqlərin, küçə yürüşlərinin keçirilməsinin asan olmadığını təsəvvür etmək çətin deyil. Bir sıra hallarda erməni lobbisinin təsir dairəsində olan yerli hakimiyyət və güc strukturları belə tədbirlərin qarşısını almağa böyük səy göstərirdilər. Lakin diaspor təşkilatlarımız güclü həmrəylik göstərərək planlaşdırdıqları tədbirlərin baş tutmasına nail olurdular. Soydaşlarımızın keçirdikləri belə tədbirlərin coğrafiyası da kifayət qədər geniş idi. Qardaş Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Fransa, Almaniya, ABŞ və digər çoxsaylı ölkələr bu siyahıda yer alır. Ümumiyyətlə, Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiə edib və erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab veriblər. Ötən ilin yayında baş verən Tovuz hadisələri zamanı, eləcə də Vətən müharibəsi başlayan gündən etibarən dünya azərbaycanlıları ayağa qalxaraq respublikamıza dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçiriliblər. Bundan başqa, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, dünyanın demək olar ki, hər yerində 26 dildə məlumatlar yayılıb.
44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız yalnız aksiyalar keçirməklə, informasiya təbliğatı aparmaqla kifayətlənməyiblər. Onlar, həmçinin Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və qazilərimizə maddi dəstək göstərilməsində yüksək fəallıq nümayiş etdiriblər. Məsələn, müharibə günlərində Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən ordumuza, şəhid ailələrinə və qazilərimizə 332.640 manat, 188.416 ABŞ dolları və 118.782 avro məbləğində maddi dəstək göstərilib. Könüllü şəkildə yığılan vəsaitlər Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa olaraq çatdırılıb. Bundan başqa, soydaşlarımızın təşəbbüsü ilə əsgərlərimiz üçün isti geyimlər, ərzaq bağlamaları, tibbi avadanlıqlar da göndərilib. Kanadada yaşayan bir qrup soydaşımız isə 101 şəhid ailəsini himayəyə götürüb. Belə misalların sayı kifayət qədər çoxdur.
Xaricdə yaşayan azərbaycanlılar tərəfindən ana Vətənə dəstək, milli mədəniyyətimizin təbliği ilə bağlı aksiyalar müharibə başa çatdıqdan sonra da davam etdirilir. Məsələn, ABŞ-ın Men ştatında Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsini əks etdirən layihə gerçəkləşdirilib. Layihə Men ştatında Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan və bir həftə davam edən aksiya zamanı üzərində Azərbaycanın tarixi abidələrini, dövlət atributlarını, zəngin mədəniyyət nümunələrini, Bakı şəhərinin gözəlliklərini və Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi avtomobil ştatın müxtəlif şəhərlərində dolaşaraq sakinlərin diqqətini ölkəmizə cəlb edib. Elektron lövhədəki müxtəlif şəkillərin fonunda “Azərbaycanda inanc müxtəlifliyinə qayğı ilə yanaşılır”, “Azərbaycanda gözəllik, mədəniyyət, tarix və ənənələr yanaşıdır”, “Qəlbini Azərbaycana sevgi və barışla zəngin et” çağırışları, eləcə də “Xarı bülbül” çiçəyinin təsviri və “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.
Digər belə bir tədbir Norveçin paytaxtı Osloda baş tutub. Belə ki, Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan-Norveç diaspor təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə paytaxt Oslonun mərkəzi küçələrində Qarabağ həqiqətlərindən bəhs edən 200 reklam lövhəsi (bilbord) quraşdırılıb. Layihə yerli ictimaiyyətin diqqətini Qarabağ həqiqətlərinə və 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsinə cəlb etmək məqsədilə gerçəkləşdirilib. Layihə çərçivəsində yerli vətəndaş cəmiyyətinə noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın şərtlərinə riayət olunmasına birgə səylər göstərilməsi, Azərbaycan ərazilərində humanitar aksiyaların həyata keçirilməsinin mümkün olması ilə bağlı çağırışlar səsləndirilib. Layihənin müəllifləri, həmçinin dünya ictimaiyyətini Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət yetirməyə çağırıblar. Bilbordlarda yerləşdirilən fotoşəkillər arasında məşhur fotoqraf Reza Deqqatinin birinci və ikinci Qarabağ savaşı zamanı çəkdiyi fotolardan da istifadə olunub.
Böyük Britaniyadakı azərbaycanlı icmasının təşəbbüsü ilə London şəhərində xalqımızın zəngin mədəniyyətini və ənənələrini vəsf edən layihənin gerçəkləşdirilməsi də təqdirəlayiq haldır. Layihə çərçivəsində London metrosunun 20 stansiyasında quraşdırılmış 6 lövhədə Azərbaycanın bugünkü reallıqlarını, o cümlədən milli mədəniyyətimizin müxtəlifliyini və rəngarəngliyini əks etdirən fotoşəkillər bir-birini əvəzləyib. Sərnişinlər tərəfindən olduqca maraqla qarşılanan layihənin icrasına ötən il dekabrın 20-dən başlanılıb. Layihə cari il yanvar ayının əvvəlində başa çatıb.
Azərbaycan dövləti xaricdəki diaspor təşkilatlarının ana Vətən naminə fəaliyyətlərini hər zaman yüksək dəyərləndirir. Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə diaspor təşkilatlarının üzvlərini - bütövlükdə 30 ölkədə yaşayan 92 nəfər diaspor fəalını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib. Xaricdə yaşayan soydaşlarımız yüksək dövlət təltifinə diasporun ana Vətənlə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə respublikamızla bağlı obyektiv informasiyaların yayılmasında, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğində, respublikamızın beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsində göstərdikləri xidmətlərə görə layiq görülüblər. Yeri gəlmişkən, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilən soydaşlarımız bunu yüksək minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar bundan sonra da hər zaman ana Vətənin yanında olacaqlarını, dövlətimizin dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə milli maraqlarımızın qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirirlər.
Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, azərbaycançılıq ideologiyası gənc müstəqil dövlətimizin milli gücünü artıran fundamental amillərdən biri qismində çıxış edir. Bu gün dünyada erməni lobbi təşkilatlarına bağlı olan müxtəlif anti-Azərbaycan dairələr mövcuddur. Ölkəmizin uğurları həmin dairələri bərk narahat edir. Biz Vətən müharibəsi dövründə ayrı-ayrı ölkələrdən respublikamıza edilən təzyiqlərin timsalında bunu əyani şəkildə gördük. Onlar açıq-aşkar dirəniş göstərirdilər ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməsin, haqq mübarizəsini dayandırsın. Şübhəsiz ki, belə təzyiqlər gələcəkdə də gözləniləndir. Buna görə də biz Ulu Öndərimizin əvəzolunmaz mirasına - azərbaycançılıq ideologiyasına istinad etməklə milli həmrəyliyimizi, vətəndaşlıq mövqeyimizi daha da gücləndirməliyik. Bizim sarsılmaz birliyimiz ana Vətənimiz Azərbaycanın gələcək uğurlarını, qələbələrini, zirvələrə yüksəlməsini təmin edəcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2310  |  
  • Tarix:  27-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur
03 Mart 11:03
Cari ildə Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,5 milyon dollar gəlir əldə edib
03 Mart 11:01
Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır
03 Mart 10:47
Dövlət qulluğu vəzifələri üzrə imtahan vermiş namizədlər haqqında statistik məlumatlar açıqlanıb
03 Mart 10:39
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
03 Mart 10:38
Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir
03 Mart 10:34
Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir
03 Mart 08:45
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
03 Mart 08:43
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
03 Mart 08:36
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb
03 Mart 08:30
“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03 Mart 08:29
Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03 Mart 08:28
Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası
02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
02 Mart 14:36
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər
02 Mart 14:27
Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
02 Mart 14:17
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5