Ana səhifə »  Xəbər lenti »  Azərbaycan nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilir
A+   Yenilə  A-
Azərbaycan nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilir

Bu gün ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, demək olar ki, bütün regional layihələrin əsas tərəfdaşı və təşəbbüskarıdır. Bölgədə yaranmış yeni reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır. Enerji, neft-qaz sahələrində irimiqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli layihələr icra edir. Artıq Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinin inkişafına böyük töhfələr verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsi və pandemiya ilə mübarizə fonunda dövlətimiz diplomatiya, iqtisadi, nəqliyyat-kommunikasiya əməkdaşlıq çərçivəsində yeni-yeni uğurlara imza atır. Hazırkı vəziyyətdə Cənubi Qafqazda yeni regional əməkdaşlıq və inteqrasiya üçün əlverişli imkanlar yaranıb. Deputat, eyni zamanda, qeyd edib: “Yanvarın 13-də Azərbaycan, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşündə siyasi, strateji, ticari, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın davam etdirilməsi üzrə İslamabad Bəyannaməsi qəbul olundu. Yanvarın 16-da Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük, sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalandı. Yanvarın 21-də Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandum imzalandı. Bu mərasimlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüş zamanı Anlaşma Memorandumunun hazırkı və gələcək əhəmiyyəti haqqında bir çox məsələlər qeyd olundu”.

Komitə sədri bildirib ki, hazırda əldə olunan nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıqların qurulmasına etibarlı zəmin yaratdı. Eyni zamanda, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatının pay bölgüsü üzrə sahilyanı ölkələr arasında müxtəlif sənədlərin imzalanmasına səbəb oldu. Bu çərçivədə 2001-ci il noyabrın 29-da “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 2002-ci il sentyabrın 23-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 2003-cü il mayın 14-də “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanması mühüm tarixi hadisələrdir. Qeyd etmək lazımdır ki, Azərbaycan davamlı olaraq Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün çalışıb və bu dənizin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində müxtəlif səylər göstərib. Bu gərgin zəhmət sayəsində Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşmasına nail olunub, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Aparılan məqsədyönlü strategiyanın nəticəsi olaraq, bu günlərdə Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması üçün tarixi şərait yarandı. Bu isə o deməkdir ki, Transxəzər boru kəməri layihəsi üçün son maneə də aradan qalxdı”, - deyə komitə sədri diqqətə çatdırıb.

H.Hüseynovanın sözlərinə görə, memorandum istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə, regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Azərbaycan hazırda Cənub Qaz Dəhlizini (SGC) formalaşdıran Trans-Anadolu qaz boru kəməri (TANAP) və bu yaxınlarda başa çatdırılmış Trans-Adriatik kəməri (TAP) vasitəsilə Türkiyə və Avropa bazarlarına təbii qaz tədarük edir. Yaxın gələcəkdə Azərbaycanın Avropaya daha çox təbii qaz ötürməsi üçün “Dostluq” yatağı daha böyük perspektivlər vəd edir. Hər iki ölkə başçısının qeyd etdiyi kimi, “Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir”. Xalqlarının gələcəyi naminə aparılan əməkdaşlıq ölkələrimizin onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir. Beləliklə, Türkmənistan Azərbaycan vasitəsilə əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Qeyd etdiyimiz kimi, Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatları artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəldilib. Azərbaycan ilə Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir. Bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq.

“Qlobal transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox mühüm məsələlər öz həllini tapır. Həm Azərbaycan, həm də Türkmənistan investisiyalar üçün açıqdır. Xarici şirkətlər hər iki ölkəyə Azərbaycana inamla böyük vəsait yatırırlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, onlar əmindirlər ki, vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Siyasi sabitlik ölkələrin inkişafında strateji əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu uğurlu əməkdaşlığa zəmin yaradan digər mühüm amillərdən biri də humanitar faktordur. Ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin potensialı səmərəli əməkdaşlığın yaranmasının əsas səbəblərindəndir”, - deyə deputat qeyd edib.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  26-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub
05 Mart 11:55
Ümumdünya Piylənmə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb
05 Mart 11:40
Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
05 Mart 11:26
Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib
05 Mart 11:23
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
05 Mart 11:18
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
05 Mart 11:16
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir
05 Mart 11:15
Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
05 Mart 11:12
Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir YENİLƏNƏCƏK
05 Mart 11:04
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb VİDEO
05 Mart 11:03
KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
05 Mart 11:01
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
05 Mart 10:59
Böyük Qayıdış üçün mühüm tədbirlər həyata keçirilir
05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib
05 Mart 09:11
Fəzail Ağamalı: Siyasi dialoq prosesi islahatların tərkib hissəsidir
05 Mart 09:09
Tahir Kərimli: Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
05 Mart 09:07
Elçin Mirzəbəyli: Mövcud reallıqlara adekvat olmayan davranışların nəticələri Ermənistan üçün çox ağır olacaq
05 Mart 09:05
Elşad Musayev: Prezident İlham Əliyevin mətbuat konfransı ölkəmizin informasiya cəbhəsində mövqeyinin daha da möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir
05 Mart 09:03
Nurəddin Məmmədlinin gülünc “məntiq”i...
05 Mart 09:02
Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05 Mart 09:00
“Hüquq guşəsi: oxucu soruşur”
05 Mart 08:59
“Vaksinasiyanın alternativi yoxdur”
05 Mart 08:57
Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir
04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6