Ana səhifə »  Xəbər lenti »  Vüqar Seyidov: Prezident İlham Əliyev regionda yeni reallıqların fövqündə sülhün və əməkdaşlığın banisidir
A+   Yenilə  A-
Vüqar Seyidov: Prezident İlham Əliyev regionda yeni reallıqların fövqündə sülhün və əməkdaşlığın banisidir

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Belə bir söz var, deyərlər ki, ən böyük mədəniyyətlər böyük müharibələrdən sonra yaranır. Düşünürəm ki, sadəcə mədəniyyətlər yox, ən böyük əlaqələr və əməkdaşlıqlar da böyük müharibələrdən sonra yaranır. Xatırlayırsınızsa, müharibənin ən qaynar fazası idi, cənab Prezident dedi ki, müharibə bitəcək, sonra hamı əməkdaşlıq üçün bizə müraciət edəcək. Əslində bu qalib və müzəffər ordunun Ali Baş Komandanının düşmənə yardım etməyə meyilli ölkələrə ciddi xəbərdarlığı idi. Bu gün müharibə bitib. Biz regionda yeni reallıqlar yaratmaqla yeni əməkdaşlıqlarda diqtə edən tərəfik. Yalnız neft - qaz ixrac edən dövlət kimi deyil, tranzit yollara nəzarət edən, ordu quruculuğu sahəsində ciddi təcrübəsi olan, Avropanın enerji təminatını həyata keçirən bir dövlət kimi dünya xalqlarının etimadını qazanmışıq.

21 yanvar 2021-ci il tarixdə Azərbaycan və Türkmənistan Respublikaları arasında imzalanmış "Dostluq" yatağının işlənməsi üzrə memorandum həm ölkəmizin, həm də regionun tarixində böyük hadisədir. Məsələnin bir neçə aspekti vardır. İlk olaraq məsələyə milli - mənəvi nöqteyi nəzərdən baxmağı təklif edirəm. İmzalama mərasiminin açılışında hər iki dövlət başçısının öz ana dilində salamlaşmasını yadınıza salmaq istərdim. Eyni söykökünə sahib olan iki dövlət başçısı  heç bir tərcüməçi olmadan bir-birilərini yaxşı anlamaqdadırlar. Azərbaycan indi Türkiyə ilə bütün türk dünyası arasında mənəvi, siyasi və iqtisadi körpü rolunu oynamaqdadır. Türklərin Ata yurdu olan Orta Asiya ilə Kiçik Asiya arasında Qafqaz regionu artıq çox böyük əhəmiyyətə malikdir. Türkiyədən Naxçıvana, Zəngəzura, Qarabağa, Bakıya və Xəzər dənizi vasitəsi ilə bütün Orta Asiyaya, Çinə açılan yollar yalnız iqtisadi birliyimizi deyil, söykökü birliyimizi də özündə ehtiva etməkdədir. Aralıq dənizindən Böyük Çin səddinə qədər harada türk dilli xalqlar yaşayırsa, artıq o əraziyə gedən yollar ölkəmizdən keçəcəkdir. Bu hər bir türkün ürəyində bəslədiyi böyük Turanın reallaşmasıdır. Bu həm milli, həm etnik, həm də dini birliyimizin coğrafi olaraq ifadəsidir. Qardaş Türkiyə üçün də türk-islam birliyinin əsasında bu coğrafi amil dayanmaqdadır. “Dostluq” yatağının işlənməsinə dair memorandum Turan birliyinin töhfələrindəndir.

Xəzər dənizinin dövlətimizin Türkmənistanla sərhəddində yerləşən bizim tərəfimizdən “Kəpəz”, onlar tərəfindən isə “Sərdar” adlandırılan indiki “Dostluq” yatağı 1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdir. Hesablamalara görə yatağın 50 milyon ton neft, 30 milyard kub qaz rezervi vardır. Bunlar çox ciddi rəqəmlərdir. Məhz ehtiyatların bu qədər böyük həcmli olması Sovetlər birliyi dağıldıqdan sonra Xəzər dənizinin statusunun müəyyən edilməsində ciddi problemlər yaradırdı. Bu iqtisadi amil Azərbaycanla Türkmənistan arasında siyasi münasibətlərə də mənfi təsir etməkdə idi. Xəzər dənizinin statusu məsələsi və hövzə dövlətlərin onun mineral sərvətlərindən istifadə etməsi ilə bağlı bugün artıq heç bir mübahisəli amil qalmamışdır. Lakin nəzərə alsaq ki, 1994-cü ildə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin birbaşa iştirakı ilə həyata keçirilən neft strategiyamız olmasa idi, biz bu uğurlara nail ola bilməzdik. İqtisadi problem dənizdə qonşu olan iki qardaş xalq arasında siyasi konfliktlərə gətirib çıxara bilərdi. Lakin biz 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” konvensiyanın imzalanması və artıq cari memorandumla birlikdə bütün siyasi, iqtisadi təhlükələri Xəzər dənizi hövzəsində zərərsizləşdirmiş olduq.

Azərbaycan öz qazının Avropaya “Tap”, “Tanap” vasitəsi ilə çıxarılmasını təmin etmişdir. Əlbəttə, indi regionda olan bütün neft-qaz ixrac edən dövlətlər Azərbaycanın milyardlarla dollar və siyasi iradə hesabına inşa etdirdiyi bu ixrac boru kəmərləri vasitəsi ilə öz qazını Avropaya göndərməkdə maraqlıdır. Regionda Ermənistan – Azərbaycan Dağlıq Qarabağ konfliktinin bitməsi və ilıq siyasi mühit yaradılması əlbəttə, bizimlə əməkdaşlıq etmək istəyən, bizim layihələrə qoşulmaq arzusunda olan dövlətlərin sayını artırmaqdadır. Yalnız enerji layihələri deyil, indi ən az enerji layihələri qədər böyük əhəmiyyətə malik nəqliyyat layihələri də vardır ki, ölkəmizin və qonşularımızın böyük mənfəət əldə etməsinə səbəb olacaqdır. İndi artıq Çindən gələn bütün malların Azərbaycan Respublikası ərazisindən Zəngəzur vasitəsi ilə Türkiyəyə çıxışı təmin olunacaqdır. Bu ən qısa və ən rentabelli yol hesab olunur. Türkmənistan da bu nəqliyyat yollarının bir hissəsinə çevirilməkdə maraqlıdır.

Cənab Prezidentin regionda yeni reallıqların fövqündə sülhün və əməkdaşlığın banisi kimi irəli sürdüyü və həyata keçirilən hər bir layihə eyni zamanda da təhlükəsizliyimizi qarantlaşdıran amillərdəndir. Vətən müharibəsi dövründə Ermənistanın ölkəmizdən keçən beynəlxalq layihələrə yönəlmiş sərsəm və təcavüzkar açıqlamaları xarici partnyorlarımız tərəfindən ciddi reaksiya ilə qarşılanmışdır. Ermənistan heç bir boru xəttinə zərər yetirə bilməmişdir. Bu birmənalıdır. Mən onu da xatırlayıram ki, müharibə vaxtı cənab Prezident Rusiyadan qalxan silahla dolu hərbi yük təyyarələrinin Türkmənistan üzərindən İrana, oradan da Ermənistana getdiyini xüsusi qeyd etmişdir. Hesab edirəm ki, “Dostluq” yatağı bu kimi amilləri də aradan birdəfəlik qaldıracaqdır. Biz öz soykökü ortaq olan qardaşlarımızla ancaq əməkdaşlıq və qarşılıqlı mənfəət əldə etmək haqqında məsələləri müzakirə edəcəyik. Bu kimi əməkdaşlıqlar ölkəmizin regionda və dünyada siyasi varlığını gücləndirməklə təhlükəsizliyini təmin edəcəkdir.

"Dostluq" yatağının işlənməsi üzrə memorandum eyni zamanda Xəzər dənizinin dibi ilə kabellərin çəkilməsinə və strateji informativ resursların Azəbaycanın əlində cəmləşməsinə xidmət edən növbəti uğurun əldə olunması deməkdir. Müasir dövrün ən vacib “silahı” elə informasiyanın özüdür. Azərbaycan regionda belə bir strateji mövqeyə malik olmaqla gücünü, qüdrətini daha da şaxələndirəcəkdir. Azərbaycanı bir dünya brendinə çevirən, sözümüzü imzamız qədər etibarlı edən və bizi dünyanın ən hörmət edilən dövlətləri sırasına yüksəldən cənab Prezident İlham Əliyevin bu memorandumun imzalanmasında da müstəsna xidmətləri vardır.

 
  • Oxunub:  4020  |  
  • Tarix:  25-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 08:45
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
03 Mart 08:43
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
03 Mart 08:36
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb
03 Mart 08:30
“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03 Mart 08:29
Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03 Mart 08:28
Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası
02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
02 Mart 14:36
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər
02 Mart 14:27
Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
02 Mart 14:17
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar
02 Mart 14:08
Ötən gün ölkəmizdə 22 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub
02 Mart 13:52
Xəzər dənizində zəlzələ olub
02 Mart 13:24
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
02 Mart 13:20
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib
02 Mart 13:12
Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
02 Mart 13:10
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
02 Mart 13:09
ÜST: Son yeddi həftə ərzində COVID-19-a yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb
02 Mart 12:59
Azərbaycanın mədəniyyət naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb
02 Mart 12:56
Prezident İlham Əliyevin mətbuat konfransını İspaniyanın “La Vanguardia” qəzeti də işıqlandırıb
02 Mart 12:50
Xorvatiya portalında ermənilərin Qarabağda törətdikləri vandallıq aktları ilə bağlı məqalə dərc olunub
02 Mart 12:41
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
02 Mart 12:39
Azərbaycanla Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
02 Mart 12:36
Bu il Formula 1 Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq
02 Mart 12:18
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
02 Mart 12:12
Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir
02 Mart 12:11
Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb - VİDEO
02 Mart 12:10
Təhsil Nazirliyi: Fevralda Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 87 nəfər işə qəbul olunub
02 Mart 12:09
Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir
02 Mart 12:06
Türkiyədə ənənəvi təhsil bu gündən bərpa olunur
02 Mart 12:04
Fransa portalında Azərbaycan multikulturalizmindən bəhs olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5