Ana səhifə »  Xəbər lenti »  İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
A+   Yenilə  A-
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Ağdam da var. 1993-cü ildə işğal olunan və Qafqazın Xirosiması adlandırılan Ağdam rayonunda erməni vandalizmi hər addımda özünü göstərir. Burada bir dənə də olsun salamat yaşayış binası, istehsal sahəsi, yaxud infrastruktur obyekti qalmayıb. Bir vaxtlar kənd təsərrüfatının inkişaf etdiyi bu rayonda indi hər şey məhv olub. Bugünkü ekspert yazısında Ağdamın aqrar potensialına nəzər salmışıq.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı, ekspert Əbdülrəhim Dadaşovun Ağdamın aqrar potensialı barədə yazısını təqdim edir.

İyirmi yeddi il işğal altında qalan Ağdam rayonunun çoxşaxəli aqrar potensialı var. İşğal nəticəsində Ağdamın sərvətləri düşmən tərəfindən talan edilib, kənd yerlərində təsərrüfatla məşğul olan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri darmadağın edilib.

İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Ölkə ərazisinin 1,3 faizini əhatə edən və sahəsi 1150 kvadratkilometr olan rayonun relyefi əsasən düzənliklərdən, qismən dağlıq ərazilərdən ibarətdir. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ərazi baxımından Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxildir. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti isə kənd təsərrüfatı olmuşdur.

Ağdam rayonunun iqlimi qışda quru keçir, mülayim-isti iqlim tipi hakimdir. Bu iqlim tipi mülayim nəmliyi, qışının yağıntılı və yumşaq, yayının isə mülayim-isti keçməsi ilə səciyyələnir. Rayonun mövcud torpaq örtüyündə əsasən çimli dağ-çəmən, bozqır dağ-çəmən, qonur dağ-meşə, qəhvəyi dağ-meşə, dağ-qara, bozqəhvəyi, dağ-şabalıdı, boz, şabalıdı, çəmən-meşə torpaq tipləri yayılıb. Yuxarı Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdam rayonundadır. Rayonun ərazisi əsasən Qarqar, Gülyataq, Xaçın, Qabartı çayları ilə suvarılır. Bu rayonun kənd təsərrüfatı torpaqları, həmçinin Xaçın çayı üzərində yerləşən Dərbənd su anbarı və Tərtərçay üzərində yerləşən Sərsəng su anbarı hesabına da suvarılır. Lakin bununla belə, əkin dövriyyəsinə cəlb edilən azad olunmuş ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Suqovuşan, Xudafərin və Sərsəng su anbarları, Ağdam kənd, Vəlvələçay kimi su resurslarının Ağdamın əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi rayonun kənd təsərrüfatının inkişafına töhfəsi çox yüksək olacaq.

Yayı isti, qışı quraq keçən Ağdam rayonunda örüş-otlaq və biçənək sahələri genişdir (18.4 min ha) və əhalinin maldarlıq sahəsində olan təsərrüfatçılıq ənənələri saxlanılmışdı. Rayon düzən ərazisinə və əlverişli təbii-iqlim şəraitinin mövcud olmasına görə bitkiçilik sektoru ağırlıqlı kənd təsərrüfatına malik olsa da, heyvandarlıq sektoru ilə bağlı aqrar potensialı da heç də az deyildi. Qeyd edək ki, burada mövcud olan örüş-otlaq və biçənək sahələri respublikanın müvafiq sahələrinin təxminən 0,8 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm 1 illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər.

İşğal altında qalan və işğaldan azad olunmuş Ağdamda sovetlər dönəmində əkinçiliyin əsas sahələri olan pambıqçılıq, taxılçılıq, üzümçülük və tərəvəzçilik inkişaf etdirilmişdi. Rayon ərazisində taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini geniş sahə tutmuşdu.

Bitkiçilik sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Ağdam rayonunda 1988-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (49.5%) və pambıq sahələrinin (48.9%) daha geniş sahələri əhatə etdiyi müşahidə olunur. Bu bitkilərlə yanaşı, 1985-ci ildə Ağdam rayonunda çoxillik əkmələr üzrə üzüm bağlarının 21,3 min hektar, yəni maksimum sahədə üzümlüklərin mövcud olması və bu üzümlüklərin ölkədəki payının 8,0 faizlik bir hissəsini təşkil etməsi üzümçülüyün bu rayonda prioritet sahə olduğunu göstərməkdədir. Üzümçülüklə yanaşı, 80-ci illərdə 306 hektar meyvə və giləmeyvəliklərin mövcudluğu rayonun çoxillik bitki əkinçiliyi ənənəsinə malik olduğunu büruzə vermişdir. Aşağıdakı diaqramda əks olunan strukturdan bölgənin hansı bitkiçilik məhsullarının istehsalı ilə ixtisaslaşdığı, kənd təsərrüfatının tarixi ənənəsinin hansı sahələrdə təmərküzləşdiyi nəzərə çarpır.

Ümumilikdə Ağdam rayonunda 1988-ci ildə mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 1,4 faizini, eləcə də rayonda mövcud olan pambıq sahələri isə ölkədəki sahənin 2,5 faizini təşkil etmişdi.

Qrafik 1.

1988-ci il üzrə Ağdam rayonunda bitkiçilik məhsullarının əkin strukturu, %

Mənbə: Dövlət Statistika Komitəsi.

Ağdamın işğala məruz qalmamış hissəsində 2019-cu ilin əkin sahələrinin strukturuna nəzər saldıqda da taxıl (65.5%) və pambıq sahələri (11.8%) azalmış olsa da daha geniş sahələri əhatə etdiyi görünür. Bununla belə, tərəvəz (20.4%), o cümlədən kartof (1.7%) və soğan (3.7 min ha) bitkilərinin də xüsusi çəkiləri nəzərə çarpan dərəcədə fərqlənməkdədir. Ağdamın işğala məruz qalmamış hissəsində üzümlük sahələri demək olar ki, yoxdur. Lakin, meyvə və giləmeyvəliklərin sahəsi 764.8 hektar olub. İllər keçdikcə əkin strukturunda pambıq sahələrinin çoxillik əkmələr və tərəvəz sahələri ilə əvəzləndiyi müşahidə edilir.

2019-cu ildə isə rayonda mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 1,6 faizini, eləcə də pambıq sahələri isə ölkədəki sahənin 2,9 faizini təşkil edib.

Qrafik 2.

2019-cu il üzrə Ağdamın işğala məruz qalmamış hissəsində
bitkiçilik məhsullarının əkin strukturu, %

Mənbə: Dövlət Statistika Komitəsi.

 

1. Taxıl istehsalı potensialı. Əldə edilən rəsmi statistik məlumatlara əsasən 1980-ci ildə 6,3 min hektar sahədə taxıl əkilib və biçilmiş taxıl sahələrindən 28,3 min ton məhsul əldə edilib, 1985-ci ildə müvafiq olaraq sahə 7,3 min hektar və biçilmiş taxıl 29,8 min ton olub. 1988-ci ildə isə 7,7 min hektar taxıl sahəsindən 30,1 min ton taxıl biçilib. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) taxıl istehsalında 6,4 faizədək artım müşahidə olunub. Taxıl üzrə orta məhsuldarlıq 39,8 sent/ha təşkil edib, maksimum məhsuldarlıq isə 44,6 sent/ha olub ki, bu da həmin illərdə ölkə üzrə məhsuldarlıq göstəricilərindən 1,9 dəfəyədək yüksək olduğunu göstərir. Həmçinin taxılın keçmiş məhsuldarlıq göstəricisi 2019-cu il üzrə müqayisədə isə 15,8 faiz daha çox olub. 1980-1988-ci illərdə Ağdam rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 2,5 faizini təşkil edib. 2019-cu ildə işğala məruz qalmayan Ağdam ərazisindəki müvafiq istehsalın xüsusi çəkisi isə 1,6 faizdir (55,7 min tondur). Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsindən daha yüksək olması, taxıl istehsalında Ağdam rayonunun potensial imkanlara malik olduğunu göstərir.

Müstəqilliyimiz bərpa olunduqdan sonra aqrar sahədə aparılmış əsaslı islahatlar və innovativ texnologiyaların tətbiqi nəticəsində ölkədə məhsuldarlığın artması ilə yanaşı, Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək olar. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Ağdam rayonunda taxıl istehsalının 86,6 min tona çatdırılması gözlənilir.

2. Pambıq istehsalı potensialı. Rəsmi statistik məlumatlara əsasən deyə bilərik ki, pambıqçılıq sahəsi rayon əhalisi tərəfindən tarixən də ən çox istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsi olub. 1980-ci ildə 9060 hektar sahədən 43774 ton, 1985-ci ildə 4017 hektar sahədən 12254 ton, 1988-ci ildə isə 7565 hektar sahədən 19297 ton məhsul istehsal edilmişdi. Aparılmış təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) pambığın məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 35,4 sent/ha olduğu halda, Ağdam rayonunda bu bitkinin məhsuldarlığı 48,3 sent/ha çatıb. 1980-1988-ci illərdə Ağdam rayonunda pambıq istehsalı ölkə üzrə istehsalın təxminən 3,0 faizini təşkil edib. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsindən 23,8 faiz çox olması pambıq istehsalında Ağdam rayonunun daha artıq məhsul istehsal etmə imkanlarının mövcud olduğunu göstərir. Qeyd etmək lazımdır ki, 2019-cu ildə Ağdamın işğala məruz qalmamış kəndlərində 2,6 min hektar tarladan 28,1 sent/ha məhsuldarlıqla 7,3 min ton pambıq becərilib. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Ağdam rayonunda pambığın intensiv üsullarla əkilib-becərilməsi hesabına 31,4 sent/ha məhsuldarlıqla istehsalın 10 min tona çatdırılması proqnozlaşdırılır ki, bu da ölkədə pambıq istehsalının təxminən 2,5 faizinin məhz Ağdam rayonu hesabına formalaşacağı deməkdir.

3. Tərəvəz istehsalı potensialı. Ağdam rayonunda kənd təsərrüfatı istehsalı üçün potensial olan digər bitkiçilik sahəsi tərəvəzçilikdir. Tarixi keçmişə nəzər saldıqda, 1980-ci ildə 417 hektar sahədən 976 ton bostan məhsulu istehsal edilmişdi, ümumiyyətlə 1980-1988-ci illər ərzində bu sahələrdən maksimum 1556 ton məhsul yığılmışdı. Cari dövrün Ağdam rayonu üzrə mövcud statistik məlumatlarına nəzər saldıqda isə 2019-cu ildə 4,5 min hektar sahədən 107,5 min ton tərəvəz əldə edilib. Təhlildən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) tərəvəz məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 223,0 sent/ha olduğu halda Ağdam rayonunda bu bitkinin məhsuldarlığı 94,4 sent/ha həddini keçməyib, lakin 2019-cu ildə bu məhsuldarlıq 235,0 sent/ha təşkil edir. 1980-1988-ci illər ərzində Ağdam rayonunda tərəvəz istehsalı ölkə üzrə istehsalın 0,2 faizini təşkil etdiyi halda, 2019-cu ildə 6,3 faizdir. Son illər ərzində Ağdamın işğala məruz qalmamış hissəsində tərəvəz əkinlərinin, xüsusilə soğan və sarımsaq istehsalına olan marağın iqtisadi göstəricilərdə də əksini tapması, bu trendin digər azad edilmiş sahələrə də şamil ediləcəyini deməyə əsas verir. İnnovativ tədbirlər nəticəsində rayonda digər bitki növləri ilə yanaşı, tərəvəz bitkilərinin əkin sahəsinin genişləndirilməsi və yüksək məhsuldarlığın əldə edilməsi hesabına istehsalın həcminin artımı ilə 2025-ci ildə 231.5 min tona yaxın tərəvəz istehsalı proqnozlaşdırılır.

4. Üzüm istehsalı potensialı. Üzüm bitkisi digər Qarabağ rayonlarında olduğu kimi, Ağdam rayonunda da ənənəvi təsərrüfat sahələrindən biri sayılır. Tədqiqatlar göstərir ki, 1985-ci ildə 21,3 min hektar sahədən 104,0 min ton üzüm istehsal edilmişdi, lakin sonrakı illər ərzində üzüm sahələri azaldılaraq 1988-ci ildə 15,5 min hektar olmuşdu. 1988-ci ildə isə üzümlüklərdən 86,1 min ton məhsul əldə edilmişdi. 2019-cu ildə isə Ağdamın üzüm istehsalı cəmi 402 ton olub ki, bu da üzümlük sahələrinin qalmadığını, böyük sahələrin işğal altında qalmış olduğunu, digər ərazidəki üzümlüklərin isə tərəvəz və s. digər sahələrlə əvəzləndiyini göstərir. Göründüyü kimi, keçmiş illər ərzində Ağdam rayonunda üzümçülük sahəsinin ən məhsuldar dövrü elə 1985-ci ilə təsadüf edir. Təhlildən aydın olur ki, işğaldan öncəki dövrdə (1980-1988) üzüm bağlarının məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 95,3 sent/ha olduğu halda, Ağdam rayonunda bu bitkinin məhsuldarlığı 68,4 sent/ha olub. 1980-1988-ci illər ərzində Ağdam rayonunda üzüm istehsalı ölkə üzrə istehsalın təqribən 7,2 faizini təşkil edib. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsinin 89,6 faizini təşkil etməsi üzüm istehsalında Ağdam rayonunun təsərrüfatçılıq ənənələrinin həmin dövrlərdə mövcud olduğunu göstərir. Yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş yeni tədbirlər planı çərçivəsində digər bitki növləri ilə yanaşı, üzümlük sahələrinin artımı və daha yüksək məhsuldarlığın səviyyəsi hesabına ölkənin üzümə olan tələbat səviyyəsinin tam təmin edilməsi gözlənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi bu rayonda şərabçılıq sektorunun canlanmasının bilavasitə əsas amili olacaq. Belə ki, 2025-ci ildə üzüm istehsalında Ağdam rayonunun ölkədəki payının 1,8 faiz təşkil edərək 3,8 min ton civarında üzüm istehsal edilməsi proqnozlaşdırılır.

5. Digər növ bitkilərin istehsalı potensialı. Ağdam rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsinin mövcud olması bu regionda meyvə və tərəvəz istehsalının da istehsal potensialı vəd etdiyini söyləmək mümkündür. Qeyd etmək lazımdır ki, potensial nəzərə alınaraq bu zonada nar və xurma bağlarının pilot layihə olaraq salınması da plan çərçivəsində həyata keçiriləcək. Belə ki, regionlarda aqrar perspektiv nəzərə alınarsa, ölkədə tətbiq edilən aqrar innovasiyalardan istifadə edilməsi ilə yeni intensiv meyvə-giləmeyvə bağlarının salınması və bostan bitkilərinin yetişdirilməsinə başlanıldığı təqdirdə ölkənin bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatı və ixracatının artımına böyük töhfəsi olacaqdır. Heyvandarlıq sahəsinin yemə olan tələbatı nəzərə alınarsa, bu rayonda yemlik otların da yetişdirilməsi üçün sahələrin salınması tədbirlər planı çərçivəsində nəzərə alınacaqdır.

Ümumilikdə, 1980-1988-ci illərin təcrübəsi, ölkədə son illər ərzində aqrar innovativ inkişaf trendləri və statistik göstəricilərinin təhlilindən əldə edilən nəticələr, 2025-ci ilə qədər Ağdam rayonunda 35,7 min hektarlıq əkin və bağ sahələrindən 373,2 min ton bitkiçilik məhsulu istehsalı imkanları vardır ki, bu da ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 3,8 faizini əhatə edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində Ağdam rayonunun yaratdığı əlavə məhsulun dəyərinin 214,7 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 4,9 faiz olması gözlənilir.

Ağdam rayonunda 2025-ci il üçün bitkiçilik məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 1. 

2025-ci ildə Ağdam rayonu üzrə bitkiçilik məhsulları istehsalının proqnozu

Bitkiçilik məhsulları                                

Rayon üzrə əkin sahəsi proqnozu, ha

Rayon üzrə məhsuldarlıq proqnoz, sent/ha

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

Taxıl                              

18629

46.5

86627

2.1

Pambıq                                             

3137

31.4

9850

2.5

Kartof                                                       

558

170.0

9482

0.7

Tərəvəz                                         

9258

250.0

231455

12.6

Bostan bitkiləri

570

220.0

12537

2.2

Meyvə və giləmeyvə

3000

65.1

19530

1.6

Üzüm

500

75.2

3760

1.8

Cəm

35652

+

373242

3.8

Mənbə: Dövlət Statistika Komitəsi.

Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə almaq lazımdır ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə edilib. İstər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar ölkənin kənd təsərrüfatında əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.

Heyvandarlıq sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Rəsmi statistik məlumatlara əsasən, Ağdam rayonu üzrə 1980-ci ildə 34328 baş iribuynuzlu mal-qara vardı. Bu rəqəm 1985-ci ildə 42530-a yüksəlmiş və 1988-ci ildə isə 44386 baş olmuşdur. Xırdabuynuzlu mal-qara isə 1980-ci ildə 146770, 1985-ci ildə 162245, 1988-ci ildə 191759 baş olmuşdur. 2019-cu ildə isə Ağdamda 42297 baş iribuynuzlu və 104768 baş xırdabuynuzlu mal-qara vardı. Bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 2741, 3537 və 3817 ton olub. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı 1988-ci ildə 24,4 min tona bərabər idi. Yumurta istehsalı isə qeyd edilən 3 ilə uyğun olaraq 12,6 milyon, 17,4 milyon və 19,2 milyon ədəd olub. 2019-cu ildə isə rayonda müvafiq olaraq 2563 ton kəsilmiş ət, 37,9 min ton süd, 15,0 milyon ədəd yumurta və 204 ton yun istehsal edilib. Statistik məlumatlara əsasən deyə bilərik ki, Sovet İttifaqının tərkibində olduğumuz dövrdə Ağdam rayonunda heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf edib.

Qrafik 3.

İşğaldan öncə Ağdam rayonunda iri və xırdabuynuzlu heyvanların sayı, baş

Mənbə: Dövlət Statistika Komitəsi.

Ağdam rayonunda 2025-ci il üçün heyvandarlıq məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 2.

2025-ci ildə Ağdam rayonu üzrə heyvandarlıq məhsulları istehsalının proqnozu

Heyvandarlıq sahəsi                               

Ölkə üzrə istehsal proqnozu

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

Ət (diri)

668224

1270

0.2

Süd                            

2431880

47159

10.8

Yumurta, min ədəd                                        

2104081

907702

1.8

Yun

19975

64

2.5

Barama, ton                          

1679

400

23.8

Cəm

3246324

267962

8.3

 

Mənbə: Dövlət Statistika Komitəsi.

2025-ci ilə qədər Ağdam rayonunda 64,7 min baş iribuynuzlu (inək və camışlar) və 30,6 min baş xırdabuynuzlu (qoyun və keçilər) heyvandarlığın bərpa edilməsi ölkədə bu sahənin inkişafına və sürü dövriyyəsinin təqribən 5,2 faiz artımına səbəb olacaq. Bununla yanaşı, quşların sayının 1,1 milyon başa qədər, arı ailələrinin sayının isə 4,6 min ədəd olması gözlənilir. Bu sahələrdə rayonun ölkə istehsalındakı payı müvafiq olaraq ət istehsalında 0,2 faiz və yun istehsalında isə təqribən 2,5 faiz olacaq. Süd və yumurta istehsalında isə müvafiq olaraq 10,8 faiz və 1,8 faiz təşkil edəcək.

Burada, barama istehsalının keçmişdən qalan ənənəsi onu göstərir ki, təxminən 400 ton barama istehsalı potensialı da nəzərə alınmalıdır. Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Ağdamın payı 270 min tona yaxın və yaxud 8,3 faiz olacağı ehtimal edilir. Rayon üzrə 200 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı gözlənilir ki, bu da ölkə üzrə müvafiq istehsal miqyasında 4,7 faiz əlavə dəyər yaradacağı potensialından xəbər verir.

Aqrar istehsal potensialı ilə yanaşı, Ağdam rayonunda taxılın emalı, südün emalı, gön-dərinin emalı müəssisələrinin qurulması üçün böyük potensial da nəzərə alınmalıdır. Bu region üçün trend hesab edilən tərəvəzçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafının iqtisadiyyata töhfəsinin sovet dövründəki potensialdan daha artıq olduğu müşahidə edilir.

Ümumilikdə, Ağdam rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcədə heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində, məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 641 milyon manat, başqa sözlə 4,5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekti hiss ediləcək.

1985-ci ildən 35 il kimi çox uzun bir vaxt keçib. Bir qərinə ərzində kənd təsərrüfatının bütün sahələrində Azərbaycan Respublikası ciddi inkişaf əldə edib. Şübhəsiz ki, ermənilər tərəfindən işğal edilməsəydi, Ağdam rayonunun 77 faizlik hissəsi də bu inkişafdan kənarda qalmayacaqdı. Eyni zamanda, müasir dövrdə elmin inkişaf səviyyəsi, intensiv istehsal texnologiyaları, innovativ becərmə üsulları və digər amillər rayonun potensial imkanlarının daha böyük olduğunu deməyə əsas verir.

Peyk görüntülərindən də Ağdamın 27 il işğal altında qalan torpaqları ilə işğala məruz qalmamış əraziləri arasında olan fərq aydın görünür. Necə ki, işğalda qalan Ağdam ərazisi digər hissə ilə müqayisədə inkişafdan çox uzaq, “ruhlar şəhəri” adlandırılaraq illərlə anılmışdır. Heç şübhəsiz ki, bu, ermənilərin düşünülmüş və qərəzli, faşist və separatçı siyasətinin bariz nümunəsidir. Lakin artıq Ağdam azaddır, tamdır və bütövdür... Ağdam öz potensialı ilə yüksək inkişaf vəd etməkdədir.

Böyük torpaq sahəsinə malik olan Ağdamın kənd təsərrüfatı üzrə istehsal göstəricilərinin təqdim edilməsindən görünür ki, keçən 30 il ərzində Qarabağın işğal altında qalması ölkə üçün nə qədər böyük ziyana səbəb olub. Ümid edirik ki, ən qısa zamanda insanlar öz ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşayıb yaradacaqlar. Ağdam rayonunun əsas ixtisaslaşdığı sahələr olan taxılçılıq, tərəvəzçilik və üzümçülüyün yenidən bərpa edilməsi isə ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə vermiş olacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş digər rayonlarımızın aqrar potensialı və perspektivlər barədə aşağıdakı linklərdən tanış olmaq olar.

Qubadlı: https://azertag.az/xeber/1691043

Cəbrayıl: https://azertag.az/xeber/1641437

Zəngilan: https://azertag.az/xeber/1633639 .

 
  • Oxunub:  3150  |  
  • Tarix:  23-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib
06 Mart 12:53
Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır
06 Mart 12:52
Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
06 Mart 12:51
Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06 Mart 12:48
Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır
06 Mart 12:09
Liviyanin müvəqqəti işlər vəkili: Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur
06 Mart 12:08
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndinin videogörüntülərini yayıb - VİDEO
06 Mart 11:38
Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar
06 Mart 11:33
YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
06 Mart 11:31
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
06 Mart 10:47
Sabah ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək
06 Mart 10:42
“Qardaşlığımızı dünyaya göstərdik”
06 Mart 10:38
“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır
06 Mart 10:37
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb
06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib
05 Mart 18:36
Vətəndaş həmrəyliyindən siyasi həmrəyliyə doğru
05 Mart 18:31
Qadın cəmiyyətin aparıcı qüvvəsidir
05 Mart 18:15
Prezident: Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, amma buna nail ola bilməyəcək
05 Mart 18:04
Bakı Limanı Niderlandın Fontis Universiteti və Qilde İnstitutu ilə təlim proqramına başlayır
05 Mart 18:00
Azərbaycanda köməkçi texnologiyaların gücləndirilməsi imkanları müzakirə edilib
05 Mart 17:53
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6