Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
A+   Yenilə  A-
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

Yanvarın 22-də Milli Məclisin gənclər və idman komitəsi yaz sessiyasında ilk iclasını keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn iclasda Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev əvvəlcə Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə deputatları bir daha təbrik edib. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazıb, uzun illər işğal altında olan ərazilərimiz azad edilib. Uzun illər aparılan uğurlu siyasətin məntiqi nəticəsi olan bu Qələbənin memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Tarix bir daha göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, onun güclü iradəsi var. Xalqımız mərhəmətli olduğu qədər, düşmənə zərbə vuracaq dəmir yumruğa da malikdir.

Vitse-spiker qeyd edib ki, 44 günlük Vətən müharibəsində Milli Məclis çox böyük işlər görüb, bütün deputatlar birlik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib və bütün sahələrdə, mətbuatda, telekanallarda Azərbaycanın haqq sözünü dünya birliyinə və ictimaiyyətə çatdırıb.

Sonra Adil Əliyev yeni sessiyanın başlanması münasibətilə həmkarlarını təbrik edib, qanunvericilik fəaliyyətində parlamentə uğurlar arzulayıb.

Gündəlikdəki birinci məsələ – 2020-ci ilin payız sessiyası ərzində komitədə görülmüş işlər barədə hesabat rəngli şəkillərlə müşayiət olunan jurnal şəklində tərtib edilərək deputatlara təqdim olunmuşdu. Vitse-spiker bildirib ki, Milli Məclis bütövlükdə 2020-ci ili uğurla başa vurub. Hesabat dövründə gənclər və idman komitəsində 7 iclas keçirilib, 9 məsələyə baxılıb, müzakirə olunan qanun layihələri plenar iclasa tövsiyə edilib.

Payız sessiyasında gənclər və idman komitəsinə vətəndaşlardan, idarə və təşkilatlardan 201 məktub, müraciət və sənəd daxil olub, aidiyyəti üzrə baxılması üçün komitə tərəfindən müxtəlif qurumlara 92 məktub göndərilib.

Sessiya müddətində 1545 nəfərin elektron müraciəti qeydə alınıb ki, bunlardan 1248 müraciət “Facebook” və digər sosial şəbəkələr, 174 müraciət isə “Whatsapp” mobil tətbiqi vasitəsilə daxil olub. 1512 məsələ öz həllini tapıb. Həmçinin komitəyə daxil olan 216 şifahi müraciətin 162-si həll olunub.

Bildirilib ki, komitə üzvləri ölkənin ictimai-siyasi həyatında aktiv iştirak ediblər, seçicilərin qayğılarına həssaslıq göstəriblər. Ötən ilin ikinci yarısında vitse-spiker, komitə sədri Adil Əliyev tərəfindən qəbul günlərində və fərdi qaydada olmaqla 635 vətəndaş qəbul edilib ki, onlardan 472 nəfəri Nərimanov rayonundakı seçicilər, 130-u digər rayon və şəhərlərdən gələnlər olub. Qəbullarda səslənən müraciətlər üzrə müvafiq tədbirlər görülüb. Vətəndaş müraciətləri əsasən iş və məşğulluq, sağlamlıq, məişət problemləri, abadlıq işləri, kredit, sosial təqaüdlər və sair ilə bağlı olub.

İclasda qeyd olunub ki, hesabat dövründə komitədə çoxsaylı tədbirlər keçirilib. Xüsusilə Ermənistanın Azərbaycana növbəti təxribatçı hücumu nəticəsində başlanan əks-hücum əməliyyatı zamanı, Vətən müharibəsi günlərində Azərbaycanda fəaliyyət göstərən 51 siyasi partiyanın Ermənistanın təcavüzü ilə bağlı vahid bəyanatı Parlamentlərarası İttifaqa təqdim edilib, işğal olunmuş ərazilərdəki məscidlərimizdə ermənilərin yaratdığı təhqiramiz vəziyyəti əks etdirən foto və videomateriallar göndərilib, İran, Moldova, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri ilə görüşlər, həmçinin ölkə daxilində müxtəlif qurumlarla görüşlər keçirilib, 44 günlük müharibə dövründə dünyanın 6 ölkəsində 40-dan çox media qurumunda türk, ingilis, rus, alman və ərəb dillərində məqalələr çap etdirilərək gerçək vəziyyət şərh olunub, Türkiyə KİV-lərinə müsahibələr verilib, Azərbaycan mətbuatında fəal çıxışlar edilib.

Komitə üzvləri şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşıblar. Bu qəbildən olan ailələrlə görüşlər keçirilib, onlara yardımlar olunub. Qazilərlə, ordudakı hərbçilərlə görüşlər onlara böyük mənəvi dəstək verib.

İclasda komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planına da baxılıb. Qeyd edilib ki, yuxarı instansiyalardan Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub. İş planında həmçinin ölkə əhəmiyyətli ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif səpkili tədbirlərin təşkilinə də geniş yer ayrılıb.

Müzakirələrdə iştirak edənlər vətənpərvər Azərbaycan gənclərinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük hünər göstərərək döyüş meydanında Qələbə çaldıqlarını bildiriblər.

Gündəlikdəki məsələlərə dair rəy və təkliflərini bildirən komitə sədrinin müavini Şahin İsmayılov, deputatlar Müşfiq Cəfərov, Jalə Əhmədova, Könül Nurullayeva, Ülvi Quliyev, Şahin Seyidzadə, Cavid Osmanov, Sevinc Hüseynova, Mahir Abbaszadə komitənin payız sessiyasındakı fəaliyyətini yüksək qiymətləndiriblər. Hesabatın dolğun və təqdirəlayiq şəkildə tərtib olunduğu qeyd edilib. Yaz sessiyasına dair iş planının çox əhatəli olduğu və günün aktual məsələlərini əhatə etdiyi vurğulanıb. Yeni çağırışlarla bağlı qanunvericiliyin zənginləşdirilməsi, bir sıra tədbirlərin təşkili, əsasən də gənclərlə bağlı müxtəlif təkliflər səslənib.

Geniş müzakirələrin yekununda hesabat məqbul sayılıb. Təkliflər nəzərə alınmaq şərtilə yaz sessiyasının iş planı təsdiqlənib.

İclasda deputatlar Elnur Allahverdiyev, Etibar Əliyev, Vüqar İskəndərov, Eldəniz Səlimov, Milli Məclis Aparatının iqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov da iştirak ediblər.

 
  • Oxunub:  2970  |  
  • Tarix:  22-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 16:45
FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb
05 Mart 16:41
YAP Mətbuat Xidmətinin məlumatı
05 Mart 16:39
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub
05 Mart 11:55
Ümumdünya Piylənmə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb
05 Mart 11:40
Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
05 Mart 11:26
Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib
05 Mart 11:23
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
05 Mart 11:18
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
05 Mart 11:16
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir
05 Mart 11:15
Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
05 Mart 11:12
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilir - YENİLƏNƏCƏK
05 Mart 11:04
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb VİDEO
05 Mart 11:03
KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
05 Mart 11:01
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
05 Mart 10:59
Böyük Qayıdış üçün mühüm tədbirlər həyata keçirilir
05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib
05 Mart 09:11
Fəzail Ağamalı: Siyasi dialoq prosesi islahatların tərkib hissəsidir
05 Mart 09:09
Tahir Kərimli: Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
05 Mart 09:07
Elçin Mirzəbəyli: Mövcud reallıqlara adekvat olmayan davranışların nəticələri Ermənistan üçün çox ağır olacaq
05 Mart 09:05
Elşad Musayev: Prezident İlham Əliyevin mətbuat konfransı ölkəmizin informasiya cəbhəsində mövqeyinin daha da möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir
05 Mart 09:03
Nurəddin Məmmədlinin gülünc “məntiq”i...
05 Mart 09:02
Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05 Mart 09:00
“Hüquq guşəsi: oxucu soruşur”
05 Mart 08:59
“Vaksinasiyanın alternativi yoxdur”
05 Mart 08:57
Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir
04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6