Ana səhifə »  Xəbər lenti »  Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
A+   Yenilə  A-
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib

Yanvarın 22-də “Ali təhsil haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin hazırlanması məqsədilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.

Videokonfransı giriş sözü ilə açan sədr Sahibə Qafarova, konfrans iştirakçılarını salamlayıb, 2020-ci ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticələri və gələcək planlar barədə danışıb. Sədr xatırladıb ki, yanvarın 6-da dövlətimizin başçısının sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədə Prezident ötən ilin yekunlarını geniş və konseptual şəkildə təhlil edərək qarşıda duran vəzifələri müəyyənləşdirib.

Milli Məclisin sədri deyib ki, ötən ilin ən ümdə hadisəsi Vətən müharibəsində əldə olunmuş tarixi zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpasıdır. Bu münasibətlə konfrans iştirakçılarına təbriklərini çatdıran Sahibə Qafarova qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharəti, yüksək liderlik qabiliyyəti və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın əldə etdiyi bu Qələbə tariximizdə əbədi olaraq qalacaq.

Sədrin sözlərinə görə, geridə qalan 2020-ci ildə koronavirus pandemiyasının bütün dünya dövlətləri üçün yaratdığı problemlər fonunda Azərbaycan bir çox ölkələrlə müqayisədə bu sınaqdan daha az itkilərlə çıxıb. Bildirilib ki, ötən il ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bir çox sahələrində inkişaf meyilləri qeydə alınıb, siyasi islahatların, o cümlədən struktur və kadr islahatlarının həyata keçirilməsi ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub.

2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində Milli Məclisin yeni tərkibinin formalaşdığını xatırladan Sahibə Qafarova diqqətə çatdırıb ki, parlament ölkənin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və praqmatik daxili və xarici siyasətini Milli Məclis səviyyəsində dəstəkləyərək bu istiqamətdə zəruri işlər görüb. Vətən müharibəsində parlament diplomatiyasının bütün imkanları ölkəmizin haqq işi barədə dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub. Qanunverici orqanın fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün məqsədyönlü addımlar atılıb.

Videokonfransda parlamentin sədri deyib ki, qlobal pandemiyanın yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, təhsil sahəsində də məqsədyönlü işlər görülüb, istər tədrisin təşkili, istərsə də qəbul imtahanlarının keçirilməsində qarşıya qoyulan məqsədlərə nail olunub. Bu, həm dövlətimiz tərəfindən bu sahəyə yüksək diqqət və qayğının göstərilməsi, həm də təhsil sistemində işlərin peşəkarlıqla təşkil edilməsinin nəticəsidir.

Təhsil sahəsinin hər bir dövlətin, cəmiyyətin inkişafında mühüm rola malik olduğunu qeyd edən Sahibə Qafarova bildirib ki, haqlı olaraq, təhsil, bilik inkişafın, tərəqqinin özəyi kimi dəyərləndirilir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycanda təhsilin inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət və ardıcıl tədbirlər nəticəsində böyük nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev təhsil sahəsinin inkişafını, ölkəmizdə müasir dünyagörüşlü və vətənpərvər gənc nəslin yetişməsini dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edib, bu istiqamətdə ardıcıl addımlar atılıb. Eyni zamanda, təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, son 15 ildə minlərlə orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu da təhsildə infrastruktur məsələlərinin yüksək səviyyədə həllini təmin edib.

Sədr bildirib ki, ölkəmizdə təhsildə inteqrasiyanı sürətləndirmək, peşəkar, savadlı kadrların hazırlanması məqsədilə də müxtəlif proqramlar icra olunub. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşıb. Sahibə Qafarova xüsusi vurğulayıb ki, bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm işlər görüb, bir çox təşəbbüslər irəli sürüb və reallaşdırıb.

Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatların qanunvericilik əsaslarının yaradılması və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində də uğurlu addımlar atılıb. Bu istiqamətdə Milli Məclis tərəfindən bir sıra qanunlar hazırlanıb və qəbul olunub.

Sədr qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil sahəsində islahatların yeni mərhələsi olub. Bu strategiyaya uyğun olaraq müasir beynəlxalq təhsil standartlarına əsaslanaraq, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək məqsədilə davamlı islahatlar həyata keçirilməkdədir. O cümlədən ali təhsil sahəsində də sistem xarakterli tədbirlər görülüb, islahatlar aparılıb, ali təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bununla belə, zaman sürətlə dəyişir, müasir çağırışlar meydana gəlir. Azərbaycanın sürətli və davamlı inkişafı bütün sahələrdə yeni reallıqlar yaradıb. Təbii ki, bu yeni və müasir reallıqlar, həmçinin mövcud dünya təcrübəsinin təhlili ölkəmizdə ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsini və qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir.

Bu baxımdan, Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəlmişdir. Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur. Ali təhsil müəssisələrinin müasir elmi - tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması təmin edilməlidir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, "Təhsil haqqında" qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməyib. Ali təhsil haqqında məsələlər "Təhsil haqqında" Qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapıb. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki, bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda "Ali təhsil haqqında" qanun hazırlanır. Sədr qeyd edib ki, əvvəllər belə bir qanun olmayıb.

Sahibə Qafarova bildirib ki, 2021-ci il bizim üçün sadəcə yeni bir təqvim ili deyil. Biz Azərbaycan dövləti və xalqımız üçün yeni bir mərhələyə qədəm qoymuşuq. Bu da onunla bağlıdır ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfər, torpaqlarımızın işğaldan azad olunması ölkəmizin qarşısında yeni perspektivlər yaradıb, yeni vəzifələr müəyyənləşdirib. Bu, quruculuq dövrüdür və bu mərhələdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr sözügedən müşavirədə Prezident İlham Əliyev tərəfindən aydın şəkildə ifadə edildi. Mən inanıram ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına kömək edəcək. O, əminliyini ifadə edib ki, ölkəmizin təhsil ictimaiyyəti də yeni quruculuq dövründə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və Azərbaycanın davamlı inkişafına töhfələr verəcək.

Sədr çıxışının sonunda bugünkü konfransda həm təhsil sahəsində əldə olunan nailiyyətlər və digər məsələlər, həm də "Ali təhsil haqqında" qanunun hazırlanması və qəbul olunması ətrafında müzakirələr aparılacağına, dəyərli təkliflər səslənəcəyinə inamını ifadə edib.

Sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, işçi qrupun rəhbəri Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, bu, işçi qrupunun ilk iclasıdır. Bugünkü iclasın məqsədi təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərini dinləmək, mövcud vəziyyəti təhlil etmək və onların əsasında "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanmasıdır. Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək. Qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək. Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq.

Videokonfransda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan mühüm məsələ olan “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır.

Nazir hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə məlumat verib. Təhsil naziri təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb.

Sonra çıxış edən Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul, tələbə qəbulu prosesinin ümumi qaydaları haqqında təkliflərini səsləndirib. DİM sədri beynəlxalq imtahanlar haqqında, ali təhsilin beynəlmiləlləşməsi haqqında, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi, qəbul imtahanlarında keçid ballarının aşağı salınması, qəbul planının artırılması və digər məsələlər barədə fikirlərini bildirib. Məleykə Abbaszadə hazırlanacaq qanun layihəsində bir sıra anlayışların açıqlanmasının vacibliyindən danışıb, tələbə qəbulu sahəsində statistik məlumatları diqqətə çatdırıb.

Onlayn videokonfransda çıxış edən Milli Məclisin elm və təhsil komitəsinin üzvləri - İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Kamilə Əliyeva, Şahin Seyidzadə, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov hazırlanacaq qanun layihəsi barədə qeyd və təkliflərini səsləndiriblər. Çıxış edənlər distant təhsil, elmi kadrların hazırlanması, təhsildə milli-mənəvi dəyərlər, bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər.

Videokonfransa yekun vuran elm və təhsil komitəsinin sədri və işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qeyd edib ki, iclasda cəmiyyəti narahat edən məsələlər ətrafında çox maraqlı və səmərəli müzakirələr aparılıb. Bu gün səslənən təkliflər əsasında “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanacaq və işçi qrupunun növbəti iclasında geniş müzakirə olunacaqdır.

Bununla da "Ali təhsil haqqında" Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədilə yaradılmış işçi qrupunun onlayn videokonfransı başa çatıb.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  22-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

05 Mart 16:32
Prezident: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
05 Mart 16:29
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı kitab nəşr etdirilib
05 Mart 16:24
Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...
05 Mart 16:14
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
05 Mart 16:10
Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
05 Mart 16:05
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
05 Mart 16:01
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
05 Mart 15:59
Azərbaycan Texniki Universiteti “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır
05 Mart 15:53
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub
05 Mart 15:47
Qarabağa həyat yenidən qayıdacaq
05 Mart 15:45
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
05 Mart 15:34
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
05 Mart 15:30
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb
05 Mart 15:27
Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub
05 Mart 15:20
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
05 Mart 15:15
Təhsil naziri: 1000-dən çox müəllimin vaksinasiyası həyata keçirilib
05 Mart 15:13
Azərbaycanda koronavirusdan 175 nəfər sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb
05 Mart 15:06
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik, bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib
05 Mart 15:02
Britaniya səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
05 Mart 14:57
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var
05 Mart 14:56
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
05 Mart 14:50
Deputat: Neftin qiyməti yüksək olarsa Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq
05 Mart 14:48
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
05 Mart 14:46
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
05 Mart 14:44
Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir
05 Mart 14:44
Misir portalında Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən bəhs edən məqalə yerləşdirilib
05 Mart 14:40
Səbail rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət qayğısı ilə əhatə olunublar
05 Mart 14:34
İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
05 Mart 14:31
Qarabağda böyük iqtisadi layihələr icra olunacaq
05 Mart 14:30
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
05 Mart 12:20
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
05 Mart 12:06
“Cənub Qafqazda yeni reallıqlar: perspektivlər və çağırışlar” mövzusunda vebinar keçirilib
05 Mart 12:05
Keçən il 32 min 340 təsərrüfatdan 6,6 min tondan çox bal əldə olunub
05 Mart 11:55
Ümumdünya Piylənmə Gününə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb
05 Mart 11:40
Azərbaycanda su ehtiyatlarını peyk təsvirləri ilə 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq
05 Mart 11:26
Vergi Xidmətinin Tədris Mərkəzi ilə BDU-nun əməkdaşlıq məsələləri müzakirə edilib
05 Mart 11:23
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb
05 Mart 11:18
“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib
05 Mart 11:16
Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir
05 Mart 11:15
Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
05 Mart 11:12
Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilir - YENİLƏNƏCƏK
05 Mart 11:04
Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb VİDEO
05 Mart 11:03
KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişlənir
05 Mart 11:01
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir
05 Mart 10:59
Böyük Qayıdış üçün mühüm tədbirlər həyata keçirilir
05 Mart 10:31
Azərbaycan gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib
05 Mart 10:30
DİN: Bakıda itkin düşən 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib
05 Mart 10:20
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
05 Mart 10:19
Milli Məclisin Sədri TBMM-in Sədrinə başsağlığı verib
05 Mart 10:17
Qulam M. İshaqzai: Yeni əməkdaşlıq çərçivə sənədi Azərbaycanın daha güclü, daha bərabər və daha firavan cəmiyyət qurmaq səylərini dəstəkləyəcək
05 Mart 10:13
5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
05 Mart 09:23
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
05 Mart 09:16
Tərtərdə şəhid ailələri ilə görüşlər davam etdirilir
05 Mart 09:15
YAP Qusar rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
05 Mart 09:14
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Rəcəb Qurbanovun ailəsini ziyarət ediblər
05 Mart 09:13
Hatəm Qocayev: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbə tariximizdə əbədi qalacaq
05 Mart 09:12
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının iclası keçirilib
05 Mart 09:11
Fəzail Ağamalı: Siyasi dialoq prosesi islahatların tərkib hissəsidir
05 Mart 09:09
Tahir Kərimli: Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini uğurla həyata keçirəcək
05 Mart 09:07
Elçin Mirzəbəyli: Mövcud reallıqlara adekvat olmayan davranışların nəticələri Ermənistan üçün çox ağır olacaq
05 Mart 09:05
Elşad Musayev: Prezident İlham Əliyevin mətbuat konfransı ölkəmizin informasiya cəbhəsində mövqeyinin daha da möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir
05 Mart 09:03
Nurəddin Məmmədlinin gülünc “məntiq”i...
05 Mart 09:02
Məğlub Ermənistan yeni siyasi kataklizmlərlə qarşı-qarşıya...
05 Mart 09:00
“Hüquq guşəsi: oxucu soruşur”
05 Mart 08:59
“Vaksinasiyanın alternativi yoxdur”
05 Mart 08:57
Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir
04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6