Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanmasına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türk Şurasının Tvitter hesabında edilən paylaşımda deyilir: “Türkdilli ölkələr arasında enerji sahəsində əməkdaşlığı daha da artıracaq hidrokarbonat sahəsinin birgə araşdırılması və inkişaf etdirilməsi məqsədilə qardaş Azərbaycan və Türkmənistan tərəfindən alınan qərar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən məmnuniyyətlə qarşılandı”.
- Oxunub: 2340 |
- Tarix: 22-01-2021 |
-
Çap et |